Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular. Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.
Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib. Hatay vilayət prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Məlumat üçün bildirək ki, həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndəsidir.
“Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olması dünya gündəminə çıxarılmalıdır”
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erməni xilasedicilərin Türkiyəyə yardım üçün getməsi insanların marağına və narahatlığına səbəb olmuşdu: “Ermənilər hər zaman olduğu kimi yenə də öz xislətlərinə, ənənələrinə sadiq qaldılar. Tarix boyu ermənilər həm fiziki, həm də mənəvi oğurluqla məşğul olublar. Hətta onlar tarixi belə oğurlayıb, özlərini Qafqazın, regionun ən qədim xalqı kimi qələmə verirlər. Təbii ki, bunların özü də bir oğurluqdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, İkinci Qarabağ müharibəsi ərəfəsində biz ermənilərin oğurluqları ilə bağlı onların mifini darmadağın etdik. Buna baxmayaraq, bu millət öz əməllərini davam etdirir: “Məlumat üçün bildirim ki, XI əsrdə yazılmış “Qabusnamə” adlı əsərdə hökmdar öz oğluna vəsiyyət edərkən bildirir ki, ermənilərdən heç vaxt qul alma. Həmin əsərdə də hökmdar öz oğluna ermənilərin xəyanətkar, oğru olduğunu deyir. Bu kimi faktlar çoxdur”.
X.Bəşirov hesab edir ki, Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olması dünya gündəminə çıxarılmalıdır. Hər kəs onların necə bir millət olduğunu bilməlidir: “Erməni xilasedicilərinin soyğunçuluq etməsi Ermənistan dövlətinin hadisəyə necə yanaşdığının göstəricisidir”.
Günel CƏLİLOVA