çərşənbə günü, 11 noyabr 2026
     

Fars-erməni birliyinin növbəti təzahürü – Cənubi azərbaycanlılara “atropatenalılar” adı qoyuldu

Image


Erməni daşnakları və fars şovinistlərinin Azərbaycan xalqına yönəlik təxribatları səngimək bilmir. Özlərinin qədim tarixi olmayan, o xalqın, bu xalqın tarixinə, mədəniyyətinə əsassız iddialar irəli sürən fars-hay cütlüyü Güney Azərbaycandakı soydaşlarımızla bağlı  həqiqətə uyğun olmayan fikirlər irəli sürürlər.    

Bu saxtalaşdırma işində İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan xüsusi canfəşanlıq edir. Həmişə olduğu kimi, yenə də yalan, şər-şamata püskürür.

Vardan Voskanyan utanmadan, heç bir məsuliyyət daşımadan Cənubi Azərbaycandakı soydaşlarımızı “atropatena sakinləri”, Azərbaycan şəhərlərini isə “Atropatena şəhərləri” adlandırıb.

V.Voskanyan günyeli soydaşlarımızın 100 ildən çoxdur apardıqları mübarizə əziminə, verdikləri milli mücadiləyə, xalqımızın birləşmək arzularına ləkə atır. O iddia edir ki, guya güneylilər “atropotenalılardır” və s. Hətta utanmadan soydaşlarımızın sayına da kölgə salmaq istəyir. 40 milyonluq Azərbaycan türkünü görməzdən gələn fars tulası, erməni dığası Voskanyan sözün həqiqi mənasında həm tarixi təhrif edib, həm də həddini aşıb. Gerçək tarixdən xəbərsiz, uydurma miflər içində həyat sürən bir toplumun nümayəndəsindən bundan artıq nə gözləmək olardı ki? Onsuz da bir tərəfdən haylar, bir tərəfdən də farslar bizim xalqımıza qarşı bu cür hədyan kampaniyalar aparıblar. 

  • “Güneyli soydaşlarımızın “atropatenalılar” adlandırılması yolverilməzdir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Voskanyanın iddiaları tamamilə əsassızdır: “Düzü, İrəvan Dövlət Universitetinin  Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın  müsahibəsini oxudum. Dünənə qədər ümumiyyətlə Qafqazda azərbaycanlıların olmadığını iddia edən erməni alimlərinin birdən-birə bizim bu torpaqlarda aborigen olmağımızı etiraf etmələri 44 günlük müharibənin onlara bugünə qədər keçilən dərslərin ən keyfiyyətlisi olub deyə bilərik. Təsəvvür edin, uzun-uzadı yazısında Vardan Voskanyanın bir cümləsi düzdü “Azərbaycanlılar Zaqafqaziya türklərinin ümumi adıdır”. Vəssalam. İndi Voskanyana izah edim.

Hazırda dünya tarixində belə bir konsepsiya mövcuddur ki, Azərbaycan bir dövlət kimi bizim eradan əvvəl (e.ə) 321-ci ildə, Makedoniyalı İsgəndərin imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu barədə tarixçi Strabon yazıb. Əslində, Strabonun dedikləri düzdür. Lakin burada bir məqam var. Onun qeyd etdiyi kimi e.ə 321-c ildə Azərbaycan adlı ölkə yaranmayıb, məhz bərpa olunub. Bu, Azərbaycan dövlətçiliyinin yaranmasının ikinci mərhələsi olub. Ancaq biz dəqiq bilmirik ki, Atropatena adı tam olaraq hansı tarixdə ortaya çıxıb. Qədim Elam mətnlərində b.e.ə V əsrdə  Atropatenlilər adı qeyd edilir. Buna görə də Atropatena adının sərkərdə Atropatdan yarandığını iddia edən sovet tarixçiliyinin fikri səhvdir. Hesab edirəm ki, Atropetena adını məhz Atropata bağlayan ermənilər, ruslar və farslar tariximizi saxtalaşdırmağa xidmət edirlər. “Atropatena” anlayışının guya sonralar “Azərbaycan”a çevrilməsi, eləcə də bu sözün “At­ropatın ölkəsi”, “odlar yurdu”, “odun qoruyucusu”, “at­ropat tayfasının adı” və s. kimi mənalandırılmasının heç bir elmi əsası yoxdur. Çünki “Atropatena” sözünün, hansı mənanı daşımasından asılı olmayaraq, “Azərbaycan” anla­yışı ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Fikrimizcə, yunan-roma tarixçilərinin “Atropatena” ölkəsi anlayışı farsların mənafeyinə və dilinə uyğun gəldiyi üçün bu ad farsdilli mənbələrdə də bu şəkildə saxlanmışdır”.

Z.Əliyev qeyd edir ki, Azərbaycan tarixçiləri də məsələnin əsl mahiyyətinə var­madan və yaxud bəziləri vararaq, “Azərbaycan” anlayışının mənasını yalnız “Atropatena”da axtarmışlar və axtarırlar. “Burada bir məsələni istisna etmək olmaz ki, farsdilli mənbələrdə ”Atropatena” sözü də təhrifə uğramışdır. Buna görə də erməni və fars mediası bu ifadəni dilə gətirib istifadə edir, guya Azərbaycan Atropatena dövlətinin varisidir. İlk dövlətimiz bu olub. Azərbaycan tarixində 20-yə qədər dövlət olub və təxminən 20 dövlət də Azərbaycan ərazisində müxtəlif dövrlərdə hökmranlıq edib. Azərbiqan (Azərbaycan) adının əvvəlindəki Az sözü 3500-4000 il əvvəl Azərbaycanda yaşamış türk boylarının adıdır. Qədim Azərbaycanda formalaşan Az boyları Kür-Araz mədəniyyətindən sonrakı çağlarda Azərbaycan-Anadolu-Avropa boyunca İslandiyaya qədər gedib çıxmış, digər qismi Şimali Qafqaz və Türküstana köç etmişlər. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. 5 min ilə yaxın dövlətçilik tarixi olan Azərbaycanın adını Atropatenaya bağlamaq bizim qədimliyimizi şübhə altına almaqdır. Ariapərəst Qərb alimləri bu sözü açıqlarkən böyük bir təəssübə yol vermiş, onu qədim Pars dili əsasında tərcümə edib tam öz xeyirlərinə yozmuşlar. Belə ki, onlar Aturpatakan sözündən istifadə edib, Atropatenlilərin kimliyinə sahib çıxmağa çalışırlar, qeyd edim ki, bu Aturpatakanı üç hissədən ibarət bir söz birləşməsi hesab edib belə izah etmişlər: Atur: qədim pars dilində od mənasında olub . Pat: qədim pars dilində keşikçı, qoruyan mənasında olub pa və paidən yaranmışdır. Kan: qədim pars dilində məkan bildirən şəkilçi olmuşdur. Beləliklə Aturpat sözünü od keşikçisi və tam bir fars sözü kimi tərcümə etmişlər. Bu isə kökündən səhvdir. Düzü Atropatenlilər olmalıdır. Ermənilər də qəsdən bu sözü istifadə edib bizim tariximizi və dövlətçiliyimizi farslara bağlamağa cəhd edirlər. Ermənilər və farslar az imiş kimi, hətta bəziləri iddia edir ki, guya Azərbaycan adı ərəblərdən sonra istifadə edilməyə başlayıb. Bunları deyənlərə Dərbənd divarlarını gedib görməyi tövsiyə edirəm. Elə Vardan Voskanyana da. Görün qədim dövrə aid bu yazıda nə deyilir

ZNE W MN

ZNE ’plbl

dlywš ZY

’twrp’tkn

’m’lkl

ēn ud az

ēn ābarbar

Daryuš ī

Ādurbādagān

āmārgar

Tərcüməsi: Bu və bundan üstün (düzəltdi) Adurbadaqan hesabdarı Dariyus

Azərbaycan adının hələ Sasainlər dövründə belə istifadə edilməsinə dair bu faktı yəqin qəbul edər belələri. Sasani dövrünün ən önəmli məbədlərindən biri “Azərqoşunasp” (qoşun başçılarına aid od məbədi) burada yerləşirmiş. Ona görə də Vardan Voskanyana tarixi oxumağı məsləhət görürəm. Ciddi tarixi. Atropatena adlı dövlət Azərbaycan dövlətinin başlanğıcı deyil, sadəcə bu torpaqlarda mövcud olmuş dövlətlərdən biri olub və onun da Aturpat, yaxud Atropatla bağlılığı olmayıb. Təkrar edirəm, qədim Elam mətnlərində b.e.ə V əsrdə Atropatenlilər adı qeyd edilir. Bu adın hələ İsgəndərdən qat-qat əvvəl olması onu göstərir ki, belə bir dövlət olub və İsgəndərdən sonra o ad altında Atropatenlilər öz dövlətlərini yenidən bərpa ediblər”.  

Z.Əliyev qeyd etdi ki, bütün tarixi faktlar, gətirilən sitatlar Voskanyanın və onun kimilərinin iddialarını alt-üst edir. “Güneyli soydaşlarımızın “atropotenalılar” adlandırılması yolverilməzdir və onlar Azərbaycan türkləridir. Bu gün molla rejimi ilə daşnaklar birləşərək bütün vasitələrlə xalqımıza qarşı təxribatlar törədirlər. Amma onlar nə qədər cəhdlər etsələr də həqiqətləri gizlədə bilməzlər” - deyə Z.Əliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ