Bazar ertəsi günü, 14 sentyabr 2026
     

"Hələ Naxçıvanda olarkən Heydər Əliyev Azərbaycanın iqtidarı idi" - Aydın Quliyev

Image


Qədim Çin filosofu Konfutsidən soruşdular: " Hakimiyyəti idarə etmək üçün zəruri olan 3 gücdən - ordu, maliyyə və xalqın dəstəyi - hansı biri olmasa, qalan ikisinin hesabına hakimiyyətçiliyi yenə uğurla davam etdirmək olar? Cavab verdi ki, ordu.

Yenə sual etdilər: "Maliyyə və xalqın dəstəyinin hansı olmasa irəli getmək olar? Cavab verdi: "Təkcə xalqının dəstəyinə söykənə bilən lider bu bir faktorun sayəsində, yəni ordu və maliyyə olmadan çox şeylər yarada bilər"..

Konfutsinin 2300 il övvəl söylədiyi müdrik deyimini 20-ci əsrin sonlarında Heydər Əliyev sübuta yetirdi. Konfutsi ilə Heydər Əliyevin arasındakı min illərlik dövrdə bu böyük nümunəni təkrar edənlərin daha kimlər olduğunu təhlil etməyəcəyik.Bunsuz da aydındır ki, 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin lideri seçilərək 2003-cü ilədək onu uğurla idarə etmiş Heydər Əliyev sözü gedən mövzuda hamıdan fərqli, təkrarsız , orijinal və yeni nümunə yaratdı.Heydər Əliyevin yaratdığı orijinallıq nədədir?

Heydər Əliyev hələ güclü nizami ordusu,maliyyə ehtiyatları olmayan ölkənin idarə olunması və aydın üfüqlərə çıxarılması kimi ağır məsuliyyətin altına heç bir riss qorxusu keçirmədən məhz XALQININ dəstəyinə söykənərək çiyin vermişdi.Ona görə risqsiz deyirik ki, Heydər Əliyev 1993-cü ildə xalqın elliklə ona verdiyi dəstəyin real gücünü yaxşı dəyərləndirir, xalqın etimadını yüksək sviyyədə doğrultmaq üçün özünün böyük təcrübə və siyasi istedada malik olduğunu əla bilirdi.Bir-birini tamamlayam məhz bu iki əlavə gücün sayəsində müstəqil Azərbaycan dövlətinin gələcək sıçrayışları üçün çox vacib fundament olan ilk 10 illik dövrü tatixi uğurlarla başa vurdu..

Müstəqil Azərbaycanın 10 il prezidenti olmuş Heydər Əliyevin tariximizdəki rolunu şəriksiz edən çoxsaylı konkret nəticələrdən danışmaq olar .İctimai -siyasi sabitlik,təsadüfi siyasi komandaların iqtidara gəlmək şanslarını qapatmaq, ordu qurmaq,xarici siyasəti dayanıqlı və bir-birinə mane olmayan zəruri çoxvektorlu səviyyəyə çıxarmaq və digər real təzahürlərin adını çəkmək olar.Bu məsələdə hər kəsin öz şəxsi baxışını üstün və iddialı mövqe kimi irəli sürmək hüququnun olduğunu hamı yəqin ki, qəbul edər.Fikrimcə , Heydər Əliyevin yuxarıda dediyim uğurlarının hər birini Azərbaycan tarixinin təkzibedilməz hadisələri kimi qəbul etməklə yanaşı , bunların hər biri üçün tariximizdə əbədilik sığortası yaradan başqa daha böyük bir mətləbdən də danışmalıyıq.Heydər Əliyevin tariximizdə ən böyük xidməti, onun bütün əvvəlki digər xidmətlərinin davamlılığına təminat verən nailiyyəti o oldu ki, ölkəmizin ərazi bütövlüyünü nisbətən ən az itki ilə təmin edə biləcək siyasi hakimiyyət varisini dəqiq müəyyənləşdirdi.O ,ölkənin içində ilk nizamyaratma və dövlət quruculuğu işini nədən başlamağı düz müəyyən etmişdi,xarici siyasətin istiqamətlərini düz müəyyən etmişdi,dövlətin qarşısında dayanan vəzifə və hədəfləri düzgün sıralandırmışdı,daxili birlik ideologiyayasını düz müəyyən etmişdi,siyasi idarəçilik üslubunu da o dövrün tələbləri baxımından dəqiq təyin etmişdi...Bu təyinatların hər biri öz istiqamətində konkret nəticəyönümlü oldu ki, bu nəticələrin davamlı dövlətçilik prosesinə çevrilməsini təmin etmək üçün müstəsna vacib olan hakimiyyətin siyasi varislik vəzifəsini də düzgün icra etdi...

Hakimiyyətin siyasi varisini düzgün təyin etmək üçün xalqa " mən ona özüm qədər inanıram" deyərək dəqiq istiqamət göstərməsəydi ,erməni işğallarına son qoya bilərdikmi? Heydər Əliyevdən sonrakı Prezidentin kimliyi məsələsində başqa variant olsaydı, ərazi bütövlüyümüz təmin edilə bilərdimi? Meydana çıxan bu və digər sualların hər birinə 27 sentyabr-9 noyabr 2020-ci il tarixli Vətən Müharibəsi tamlıqla cavab verdi...

O ,müstəqil Azərbaycanın siyasi hakimiyyətinə 2-ci dəfə Prezident kimi qayıtdı, Ümummilli Lider statusuna yetişərək müstəqillik tariximizin misilsiz nümunəsini yaratdı...

Bəzi qüvvələr hələ də 1993-cü ilin iyun hadisələrinə münasibətdə təftişçilik və ya qaralamaq mövqeyində olsalar da , real tarix real faktlara əsaslanır.Reallıq isə odur ki, 1993-cü ilin iyun hadisələri həqiqi dövlətçiliyin və müstəqil dövlət siyasətinin formalaşmasına keçid məqamı oldu...

M.K.Atatürk vaxtilə yazmışdı: "Tarix yazmaq tarix yaratmaq qədər mühümdür. Tarixi yazan onu yaradana sadiqqalmasa,dəyişməyən həqiqət insanlığı çaşdıracaq mahiyyət alar"... Doğru deyilmi? Yazılan təfsilat yaradılan tarixə uyğun olmasa nə baş verər?...

1995-ci ildə Heydər Əliyevin prezidentliyinin ilk bir illik dövrünün təhlilinə həsr olunmuş " Siyasətin gücü" adlı kitab yazdım.Bu ad təsadüfən seçilməmişdi, politoloji təfəkkürün və ya poetik təxayülün məhsulu da deyildi.Heydər Əliyev siyasətinin və siyasətdə Heydər Əliyev fenomeninin özünəməxsus adı kimi seçilmişdi .Çünki o, elə həmin dövrdə də dünyada aparıcılığı ələ almış gücün siyasətinə alternativ olaraq siyasətin gücünü göstərə bilən nadir şəxsiyyətlərdən olduğunu sübut etdi .Eyni zamanda xalqın məhz onu seçməkdə, hakimiyyətə onu dəvət etməkdə, taleyini ona etibar etməkdə haqlı olduğynu da təsdiqlədi...

Heydər Əliyev dövlətçiliyin həqiqi əsaslarını yaratmağa başlayanda Azərbaycan hərbi,iqtisadi, siyasi gücünə, ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə deyildi.Üstəlik dünyada bir çox diplomatik, siyasi dairələr Azərbaycanın məruz qaldığı təcavüzün mahiyyətini görməzlikdən gələrək Azərbaycana nəinki məğlub ölkə kimi baxırdılar, həm də Azərbaycanı bu acı və ağır reallıqla barışdırmağa hesablanmış planlar işləyirdilər.Bu planları Azərbaycana qəbul etdirmək üçün onların açıq siyasi təşfiqə başlamalarına mane olan böyük və həlledici faktor məhz Heydər Əliyevin xarizması oldu.Azərbaycan o zamanlar hələ zəif olsa da, psevdoreallıqları hamıya qəbul etdirməyə çalışan Şimal və Qərb qüvvələri Heydər Əliyevin şəxsində hansı qüvvə ilə üz-üzə gəldiklərinin fərqinə vardılar .Tam qətiyyətlə demək olar ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gətirilməsəydi, sözü gedən beynəlxalq qüvvələr erməni təcavüzü nəticəsində yaradılmış o zamankı psevdoreallıqları Azərbaycana qəbul etdirə bilərdilər.Heydər Əliyev müdrikliklə təyin etdi ki, xarici siyasətinin və beynəlxalq münasibətlərdə mövqeyinin arxasında hərbi, iqtisadi qüdrət olan,elə buna görə də real güc və " kononyor diplomatiyası " mövqeyindən siyasət aparan böyük dövlətlərdən fərqli olaraq Azərbaycan başqa yol tutmalıdır,öz problemlərini həll etmək ,zəngin potensiallarını işləyən aktivlərə çevirmək üçün güc siyasətinə yox, siyasət və diplomatiyanın gücünə söykənməlidir.Siyasi və diplomatik kursun bu özünəməxsusluğu əvvəllər də çoxları tərəfindən dərk olunsa da, müstəqillik tariximizdə ilk dəfə məhz Heydər Əliyev milli diplomatiyamızın real gücə çevrilməsinə nail oldu...

Maraqlı və təqdirəlayiqdir ki, Heydər Əliyevin gəlişinin Azərbaycanın o dövrü və sonrakı dövrləri üçün nə demək olduğunu beynəlxalq aləmdə də yaxşı görənlər və dəyərləndirənlər var idi.O dövr Almaniya parlamentinin üzvü Valter Vimmerin dolğun fikirlərini xatırlatmaq yerinə düşür:"İndi Azərbaycan 2-ci Dünya müharibəsindən çıxmış Almaniyanı, prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır.Əgər daxili və xarici qüvvələr prezident Əliyevə mane olmasalar ,işləməyə imkan versələr,Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər."V.Vimmer bəzi daxili və xarici qüvvələrin Azərbaycan üçün dağıdıcı təsirlərini neytrallaşdırmaqda mütərəqqi Qərb ölkələrinin fəal dəstək mövqeyini çox əhəmiyyətli amil kimi qeyd etməyi nəzərdən qaçırsa da,sonrakı bir neçə ildə Heydər Əliyevin əldə etdiyi nəticələr Vimmerin öznün də uzaqgörən siyasətçi olduğunu təsdiqlədi.

Azərbaycanın dostları da, rəqibləri və düşmənləri də Heydər Əliyevin geniş erudisiyaya,iti təfəkkür tərzinə,fenomenal yaddaşa,incə və məntiqli siyasi gedişlər müəyyənləşdirmək bacarığına,çevik diplomatik manevrlərə, real və praqmatik siyasi təhlillər aparmaq qabiliyyətinə malik olduğunu qəbul etdilər..və onunla sonadək işlədilər...

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi bir xronoloji fakt kimi sadə görünə bilər. Lakin həmin dövrü ictimai,siyasi və geosiyasi parametrlərlə təhlil etsək, daha mürəkkəb mənzərəni görə bilərik-Heydər Əliyev Azərbaycanın " xəlbirlə su daşımaq " kimi müşgül vəziyyətə salındığı dövrdə hakimiyyətə gəldi.Lakin dünya və region dövlətlərinin maraq və mənafelərinin çulğalaşması nəticəsində mürəkkəbləşmiş geosiyasi münasibətlər məkanında uğurlu siyasət və diplomatiya apardı.Elə buna görə də onun siyasətini Azərbaycan dövlətçiliyinin " Ariadna sapı" adlandırmaq olar. (Qədim yunan mifologiyasına görə qəhrəman Tesey Krit adasını əjdahadan xilas etdiyinə görə adanın hökmdarı Minosun qızı Ariadnanın ona bağışladığı bir yumaq sapla labirintlərdən sağ-salamat çıxa bilmişdi).

Əgər A.Mütəllibov iqtidarının milli ordu quruculuğu və müstəqil xarici siyasətin formalaşdırılması sahəsində lənglik mövqeyi olmasaydı,Xalq Cəbhəsi iqtidarının dövlət quruculuğu və idarəçilik sahəsində yanlış siyasi kursdan doğmuş səmərəsizliyi və ziyanlı təsirləri olmasaydı, Heydər Əliyevin ilk dövlətçilik uğurlarının miqyası daha böyük olacaqdı, çünki bu halda onun öz gücünü tam şəkildə əsas hədəfin üstünə yönəltmək imkanı yaranacaqdı...

Xalq Cəbhəsi hakimiyyətini və bütünlüklə ölkəni uçuruma aparan proseslər həm də Heydər Əliyevin hakimiyyətə gəlişini labüd edən amillərə çevrildi...

Azərbaycan Xalq Cəbhəsi hansı sürətlə hakimiyyətə gəlmişdirsə,tənəzzül və süqutu da həmin sürətlə baş verdi.Proseslər AXC iqtidarının timsalında sübut etdi ki,hərtərəfli fəaliyyət proqramı və konsepsiya olmadıqda siyasi ruh yüksəkliyi təklənərək kibrit çopü kimi yanıb sönürmüş...

1992-ci ilin dekabrında ABŞ konqresinin Azərbaycana humanitar yardımı qadağan etməsi və Ermənistana humanitar yardım qərarı AXC iqtidarının iflasa getdiyini və təkcə Azərbaycan xalqı ilə yox,güclü dünya qüvvələri ilə də işləyə bilmədiyini ortaya qoydu..AXC iqtidarından üz döndərən xalqın Heydər Əliyevə üz tutması Azərbaycanda təcrübəli siyasi fenomenin ətrafında yeni güclü hərəkatın yarandığını ortaya qoydu.Nüfuzlu dünya dairələri Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin fəaliyyətinə və roluna daha çox diqqət verməyə başladılar.1993-cü ilin fevralında Ağdərənin bir neçə kəndinin ermənilər tərəfindən tutulmasının ardınca Müdafiə Nazirinin istefası da vəziyyəti AXC iqtidarının xeyrinə dəyişmədi,martın 27-də ermənilərin iki istiqamətdə-Qarabağdan və Ermənistandan Kəlbəcərin üstünə hücuma keçmələri qısa müddətdə əvvəlcə 12 kəndin,ardınca isə aprelin 3-də Kəlbəcərin işğalı ilə nəticələndi...Sadə insanlar da fərqinə varırdl ki, AXC iqtidarının sonu yetişib .Mötəbər dünya qüvvələri də Azərbaycan siyasətinin əsil sahibi və ustası kimi Heydər Əliyevlə işləməyə başlayacaqlarının çox yaxınlarda olduğunu hiss etdirməyə başladılar.1993-cü il fevralın 3-də BMT-nin Azərbaycanda daimi nümayəndəsi Mahmud əl-Səidin,fevralın 4-də ABŞ-ın Bakıdakı səfiri Riçard Maylsın Naxçıvana gedərək Heydər Əliyevlə görüşməsi ,fevralın 18-də Heydər Əliyevin Moskvada İngiltərənin Rusiyadakı səfirini onun xahişi ilə qəbul etməsi,Azərbaycana humanitar yardımı qadağan etməsinə baxmayaraq martın 9-da ABŞ-dan Naxçıvana 1 milyon dollar məbləğində humanitar yardım göndərilməsi,16 martda Fransanın Azərbaycanda səfiri Jan Perenin Naxçıvanda Heydər Əliyevlə görüşməsi,ertəsi gün Fransadan Naxçıvana 37 ton humanitar yardım göndərməsi buna sübutdur...Dünyanın Heydər Əliyevin şəxsində Azərbaycanın yeni lideri ilə işləməyə hazırlaşdıqlarının əlamətləri hər keçən gün özünü daha parlaq göstərirdi...Aprelin 29-da isə AXC İK- nin YAP-ı,əslində isə Heydər Əliyevi Azərbaycan dövlətçiliyinə zidd mövqe tutmaqda ittiham edən bəyanatı proseslərə məntiqi nöqtəni qoydu...Köhnə hakimiyyətin fəhmsizliyi o həddə çatmışdı ki, xalqın Heydər Əliyev hakimiyyətə gəlsin deyə hətta üsyana belə hazır olduğunu görə bilmədilər....Beləliklə, müstəqil dövlətçilik tarixinin Heydər Əliyev dövrü başladı...

Hakimiyyətə nəzəri və praktik cəhətdən tam hazır olduğunu, nədən başlayıb hara gedəcəyini əla bildiyini elə ilk günlərdən aydın şəkildə nümayiş etdirdi...İlyarım ərzində ölkə daxilində ciddi siyasi nizam -intizam tədbirlərinə başladı, MDB üzvlüyü məsələsini həll etdi,Ermənistanla müvəqqəti atəşkəs imzaladı,Qərb şirkətləri ilə neft sazişləri üzrə danışıqlara başladı.Dövlətçilik siyasətinin şərti olaraq 4 sütunu adlandıra biləcəyimiz bu addımların hər biri ətrafında müxalif dairələrin çək-çevirləri yenidən başladı, o düz deyil, bu yanlışdır kimi köhnə mülahizə və ittihamlar gündəmə qaytarıldı.Lakin təcrübəli və müdrik dövlət xadimi özünün seçdiyi yolun mütləq həqiqətinə inamını bir an zəiflətmədən irəlilədi...

MDB məsələsini həll etməklə regional siyasətə dərin praqmatik təfəkkürlə yanaşdığını rəsmi Moskvaya bir daha anlatdı, atəşkəs sazişi ilə Ermənistanın onsuz da dərinə işləmiş təcavüzünü ba qədər dayandırdı,neft kontraktları ilə dövlətimiz üçün həyati vacib iqtisadi əsasların qurulmasının yolunu açdı....
Necə deyərlər, yaxın kənarlardan ölkəni ən çox "qarışdıranlar" sakitləşdirildi,hərbi təcavüz dayandırıldı,xaricdən ölkəyə maliyyə axını başladıldı,daxili siyasi sabitlik institutu formalaşdırıldı...

Bundan sonrası isə indi Azərbaycanda gördüyümüz reallıqlardır...

Aydın Quliyev,
Bakı-Xəbər qəzetinin baş redaktoru,
Siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ