Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 444 bina dağılıb. Zəlzələdən sonra axtarış xilasetmə əməliyyatları davam edir.
Ölən və yaralananların sayı artır
AFAD, Kahramanmaraş mərkəzli zəlzələlərdə 31 min 643 nəfərin həyatını itirdiyini bildirdi.