Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 444 bina dağılıb. Axtarış xilasetmə əməliyyatları 7-ci gün də davam edir.
Ölən və yaralananların sayı artır
16:55 - Zəlzələdə can itkisi 29.605-ə yüksəldi.
01:05 - Zəlzələlərdə ölənlərin sayının 24 min 617-yə yüksəldiyini açıqlandı.