çərşənbə günü, 11 noyabr 2026
     

Avroparlament erməni təsiri altında daha bir qətnamə çıxardı

Image


Avropa Parlamenti də daxil olmaqla, beynəlxalq qurumların əksəriyyəti sanki Ermənistanın, ermənilərin maraqlarını təmin etmək, onların xeyrinə qərar çıxarmaq üçün fəaliyyət göstərirlər. Bütün hallarda yaranan təəssürat budur. Avropa Parlamenti adlanan qurumun müəyyən deputatları, 2023-cü ilin yeni başlamasına baxmayaraq, Azərbaycana qarşı qərəzli mövqelərini sərgiləməyə başlayıblar. Erməni mediası iki gündən bir xəbər yayır ki, Avropa Parlamenti “Azərbaycanın əleyhinə qətnamə qəbul edib”. Bu da adamda belə rəy formalaşdırır ki, bu qurumun ayrı-ayrı ölkələri təmsil edən deputatlarının yeganə vəzifəsi Ermənistan tərəfindən təqdim edilən absurd, heç bir əsası olmayan müraciətlərə “siyasi qiymət” verməkdir. Belə olmasaydı, erməni mediası Avropa Parlamentinin adından verilən dürlü-dürlü “qətnamələri” tirajlamazdı.

Hər kəsə aydındır ki, Avropa Parlamenti ermənipərəst qüvvələrin işğalı altındadır, belə olmasaydı saxta, riyakar, ikiüzlü siyasətin şahidi olmazdıq. Bu həmin Avropa Parlamentidir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozarkən, torpaqlarımızı işğal edərkən səsini belə çıxarmadı, yenə də ermənipərəst mövqeyini göstərdi. Bu gün də o yoldadır.

Erməni mediası yenə də “Avropa Parlamenti Azərbaycanı qoşunlarını Ermənistan ərazisindən çıxarmağa çağırıb” kimi absurd məlumatlar yaymaqdadır.

Qeyd edilir ki, Xarici Əlaqələr Komitəsinin hazırladığı və Aİ-nin Ermənistanla münasibətləri ilə bağlı cümə axşamı hesabat qəbul edilib. Erməni mediasının təqdim etdiyi məlumatdan açıq görsənir ki, yeni hesabatda da Avropa Parlamentinin deputatları Azərbaycana qarşı əsassız tələblər irəli sürüb.  Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi hesabatda Azərbaycana qarşı qərəzli fikirlər qeyd olunub ki, guya 2022-ci ilin sentyabrında Azərbaycan Ermənistana “geniş miqyasda hərbi hücum edib”, bunlar onu “pisləyirlər”.  “Bu isə əvvəlki sülh səylərini pozur və Azərbaycan qüvvələrinin Ermənistanın  suveren ərazisini işğal etməsi ilə nəticələnir” kimi absurd ifadələrin yer aldığı kağız parçasında Azərbaycanla bağlı həqiqətəuyğun olmayan iddialara yer verilib. Azərbaycanı “təcavüzkarlıqda” ittiham edən deputatlar özlərinin daim təcavüzkarın - Ermənistanın yanında dayandıqlarını unudurlar.  Hesabatda Azərbaycan hakimiyyətini “Ermənistan ərazisinin bütün ərazilərindən qoşunlarını çıxarmağa” çağıran Avropa Parlamentinin bu deputatları bəs niyə bir dəfə Qarabağdan, Azərbaycanın süveren ərazilərindən Ermənistanın qanunsuz silahlı dəstələrinin çıxarılmasını, separatçıların zərərsizləşdirilməsini tələb etmir? Təşkilat obyektiv, qərəzsiz olduğunu göstərmək istəyirsə bu tələbi irəli sürsün.  Bunlar elə danışırlar ki, guya sülhə Azərbaycan “ziyan” vurur, Ermənistan isə sülhün yaranması üçün “dəridən-qabıqdan çıxır”. Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin “qorunmamasından” da “narahat olan” parlamentarilər həm Ermənistanın suveren ərazilərinin, həm də sepratçıların qeydinə qalırlar.   Heç bir əsas olmadan erməni fitnəsinə uyub bu kimi mənasız, çəkisiz, dəyərsiz iddialarda bulunurlar. Bu hesabatın bütövlükdə Ermənistanla bağlı qəbul edildiyi deyilir, əlbəttə, ənənələrinə sadiq qalıb burada Azərbaycana qarşı da iddialarını səsləndirməyi yaddan çıxarmayıblar.

Özü də yazırlar ki, guya bu hesabatın lehinə 55 nəfər səs verib, əleyhinə çıxan olmayıb, 5 nəfət bitərəf qalıb. Deyəsən, bu hesabat elə məhəlli səviyyədə 50-55 ermənipərəstin iştirakı ilə qəbul edilib.

“Bu parlamentdəki siyasətçilərin hədsiz acgözlüyü erməni lobbisinin rahat bir formada onları tora düşürməsinə səbəb olur”

Mövzuya şərh verən politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Avropa Parlamentinin ermənipərəst mövqeyi bizim üçün təəccüblü deyil. “Bütövlükdə nəzərə almaq lazımdır ki, guya dünyaya ən demoktatik siyasi institutlardan biri kimi təqdim edilən Avropa Parlamenti özlüyündə çirkli pulların, korrupsiyanın, həmçinin lobbiçi dairələrin əlində oyuncağa çevrilən məkan halına gəlib. Avropa Parlamenti ətrafında baş verən rüşvət və korrupsiya hadisələri, eyni zamanda erməni lobbisinin bu gün bu parlamentə təsir göstərmək üçün siyasətçiləri ələ alması həqiqətdir, reallığı əks etdirir. Avropa Parlamentinin ermənipərəst mövqeyinin dəfələrlə şahidi olmuşuq. Bundan əvvəl də bu təşkilatın qəbul etdiyi “bəyanatlarda”, hazırladığı “hesabatlarda” hər zaman ölkəmiz əleyhinə həqarət və reallığı əks etdirməyən məlumatlar yayılıb. Hesab edirəm ki, Avropa Parlamentinin Ermənistanla bağlı hesabatında məhz Azərbaycanın hədəfə alınması, ölkəmiz barədə absurd iddialar səsləndirilməsi bu qurumun riyakarlığını bir daha ortaya qoymuş oldu. Hesabatın Azərbaycana aid etdikləri hissəsi tamamilə qərəzlidir, əsassızdır, ermənipərəst mövqeyi ifadə edir.  Bu parlamentdəki siyasətçilərin hədsiz acgözlüyü erməni lobbisinin rahat bir formada onları tora düşürməsinə səbəb olur”.

Politoloqun sözlərinə görə, nəzərə almaq lazımdır ki, yüzlərlə ekofəalın iki aydır Laçın yolunda ekoloji məsələlərlə bağlı səsləndirdiyi fikirləri görməzdən gələn Avropa Parlamentinin bu gün hansısa Xankəndi və ətrafındakı separatçıların çağırışları ilə hərəkətlər etməsi bütövlükdə Qərb siyasi institutlarına olan etimadı tamamilə yoxa çıxarır. “Bu da lobbiçilik maraqlarının beynəlxalq hüquqdan daha üstün sırada dayandığı ilə bağlı ictimai rəyi gücləndirir”-deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ