Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfər edib.
XİN-in tvitter səhifəsinə bildirilir ki, səfəri çərçivəsində nazir zəlzələ bölgəsində xilasetmə əməliyyatlarına dəstək göstərən xilasedicilərimizi ziyarət edib.
C.Bayramov zəlzələdən zərər çəkmiş şəxslərin xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə təşəkkür edib.