Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 444 bina dağılıb. Zəlzələdən sonra axtarış xilasetmə əməliyyatları davam edir.
Ölən və yaralananların sayı artır
19:40 - Səhiyyə naziri Fahrettin Koca: "İtkilərimiz 22 min 327-yə yüksəldi. 80 278 yaralımız var".
17:00 - Prezident Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələlərdə bu saatadək 21 min 848 nəfərin həyatını itirdiyini, 80 min 104 nəfərin isə yaralandığını açıqlayıb.
15:46 - Prezident Ərdoğan indiyədək zəlzələlərdə 21 min 43 nəfərin həyatını itirdiyini, 80 min 97 nəfərin isə yaralı olaraq xilas edildiyini açıqlayıb.
15.30 - Kahramanmaraşda baş verən zəlzələlərdə 20 937 nəfər həyatını itirib, yaralıların sayının isə 80 min 88 nəfər olduğu açıqlanıb. 102 min 388 fəlakət qurbanı bölgədən başqa əyalətlərə təxliyə edilib.
09.38 - AFAD Kahramanmaraş mərkəzli zəlzələlərdə 20 min 665 adamın həyatını itirdiyini, 80 min 88 adamın isə xilas edildiyini bildirib.