çərşənbə günü, 11 noyabr 2026
     

Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür...

Image


Qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan 4 gündür ki, Moskvadadır. Onun Moskvaya necə, hansı yolla və kimin vasitəsilə getməsi müzakirə mövzusu olsa da, erməni mediası iddia edir ki, Ruben Vardanyan Moskvaya qaçıb.

Nəşr yazıb: “Qarabağdan alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl Arayik Arutyunyan Rusiyanın Qarabağla bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl Qarabağa qayıdıb. Onun ardınca “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır. Ruben Vardanyan, böyük ehtimalla, geri qayıtmayacaq. Çünki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Ruben istefa verib”.

Bildirilir ki, Moskvanın layihəsi olduğu üçün Vardanyan Ermənistanın rəhbərliyi üçün də arzuolunmaz şəxsə çevrilib. Onun Nikol Paşinyanla da münasibıtlərinin gərgin olduğu bildirilir.

Vardanyanın Qarabağa yenidən dönüşü mümkündürmü?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ruben Vardanyan Qarabağda “dövlət naziri” təyin olunandan sonra Rusiya vətəndaşlığından imtina etdi: “O özünü  qondarma “Qarabağ respublikası”nın vətəndaşı sayır. Hətta oradakı ermənilərə onları “cənnətə” çıxaracağı ilə bağlı vəd də verib. Vardanyan Qarabağa göndəriləndə də Arayik Arutunyan Moskvaya çağırılmışdı. Maraqlıdır ki, indi də bənzər proses yaşanır. Vardanyandan əvvəl Arutunyan Moskvaya gedib-gəldi. Vardanyan Rusiyanın layihəsidir və buna kimsə şübhə etmir. Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı olduğunu açıq-aydın bəyan edir. Ona arxa çevirərək, üzünü Qərbə tutur. Paşinyan addımları ilə bunu təsdiq edir. KTMT-nin təlimlərinə icazə vermədi, həmin qurumun yekun sənədini İrəvanda keçirilən tədbirdə imzalamadı. Artıq məlumdur ki, Qərb Ermənistan-Azərbaycan sərhədinə 200 nəfərlik müşahidə missiyası göndərir. Onlardan 70 nəfərinin hərbçi olduğu təsdiqini tapır. Hətta İran da bu addımı dəstəklədi. Belə olan təqdirdə, Rusiya Paşinyana qarşı müəyyən təzyiqlərdən istifadə etməyə çalışır. Vardanyan da həmin layihənin tərkib hissəsi idi. Ancaq ona populyarlıq qazanmağa mane oldular. Arayik Arutuntan Vardanyanı sıxmaqla, həm də Paşinyana olan sədaqətini nümayiş etdirməyə çalışır. O, Vardanyanın ən yaxın adamı olan Aşot Akopçiyanı da “vəzifədən” azad etməklə ona zərbə vurmuş oldu”.

Ekspertin sözlərinə görə, hazırda Vardanyanın geri qayıdıb-qayıtmamağı Rusiyanın müəyyən siyasi dairələrindən asılıdır: “Hər halda, onlar siyasi vəziyyəti analiz edirlər, müxtəlif planlar qurulur yəqin. Eyni zamanda onu da deyim ki, Rusiyanın həmin siyasi dairələrinin Azərbaycanla da bazarlıq etməsi ola bilər. Yəni bildiyiniz kimi, Azərbaycan da qəti olaraq Vardanyanın bura gəlməsinə etiraz edib. Bunu Ermənistan rəhbəri Paşinyan da, Azərbaycan da istəmir. Burada müəyyən məsələlər yaranıb ki, hazırda siyasi müstəvidə görünür, bilinir. Ona görə də, bu gün Vardanyanın qayıdıb Qarabağda nələrsə edəcəyi real görünmür. Çox güman ki, onun gəlməsinə Rusiya icazə verməyəcək. Rusiyada öz işinə, biznesinə davam edəcək. Ancaq mən onu başa düşürəm ki, Rusiya Paşinyanın bu hərəkətinə səssiz qalmayacaq. Ermənistan ondan qopa bilməyəcək. Çünki Ermənistanın iqtisadiyyatının 70 faizdən çoxu rusların əlindədi. Onların orda 102-ci hərbi bazası var. Eyni zamanda Rusiya sərhədlərini, Ermənistan sərhədlərini də rus əsgərləri, qoşunları qoruyur. Bu gün Rusiyanın Ermənistan bölgəsində olan hərbi imkanları çox güclüdür. Ermənistan ondan qopmaq istəyir, ancaq bunun üçün də yuxarıda göstərdiyimiz amilləri nəzərə almaq lazımdır. Bu kontekstdə Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəsə iş görəcəyi ssenarisi puç oldu. Bunun puç olması üçün də Azərbaycan da öz işini gördü. Vardanyan miliyarder  oliqarxdır. O , Qarabağa gələndən iki həftə sonra Azərbaycanın ərazisində olan qızıl, mis yataqlarını istismara başladı və bizim ekofəallarımız buna etiraz etdilər. Gördü ki, artıq burda qalıb heç nə edə bilmir. Ona görə də Moskvaya getdi. Güman edirəm ki, onun qayıtmasına heç bir lüzum yoxdur. Əgər qayıdacaqsa, daha da acınacaqlı vəziyyətə düşəcək”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ