çərşənbə günü, 11 noyabr 2026
     

İranla Ermənistan Zəngəzur dəhlizinə açıq müharibə elan etdilər...

Image


Ermənistan və İran birləşərək yenə də Zəngəzur dəhlizinə qarşı çıxıblar. Onlar hər cür təxribata əl atırlar ki, Zəngəzur dəhlizi açılmasın. Zəngəzur dəhlizi açılmağa yaxınlaşdıqca və bu layihəni dünya dövlətləri arasında dəstəkləyənlərin sırası genişləndikcə, qlobal əhəmiyyətini qeyd edənlər artıqca molla rejiminin də, terrorçu Ermənistanın da yuxusu ərşə çəkilib. Bu səbəbdən də mollalarla  qriqoryan keşişi birləşib bu möhtəşəm və vacib layihəyə qarşı çıxıblar. 

“İran və Ermənistan öz aralarında heç bir dəhlizin yaradılmasına imkan verməyəcəklər”. Bunu İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da ikitərəfli münasibətlərə həsr olunmuş konfransda deyib.

Azərbaycana qarşı düşmən münasibətini açıq bəyan edən Zohuri “Biz gözləməməliyik ki, kimsə, məsələn, dəhliz yaratmaq ideyası ilə çıxış etsin, sonra hansı mövqe tutacağımıza qərar versin. Biz buna imkan verməməliyik” deyə sayıqlayıb (buna məhz sayıqlamaq demək olar-Ə.T).

O, Qafanda İran konsulluğunun açılmasını “düzgün qərar” adlandırmaqla yanaşı iddia edib ki, Təbrizdə də yaxın vaxtlarda Ermənistan konsulluğu açılacaq.

Erməni mediası yazır ki, Tehran Bakının Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmaqda davam edir, bunun baş tutmaması üçün addımlar atır. Erməni mediası, həmçinin,  2022-ci ilin oktyabrında Qafanda İranın Baş Konsulluğunun açılışı zamanı bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın üzdəniraq bəyanatını xatırladıb. Sözügedən bəyanatda qeyd edilirdi ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.

Erməni mediası Zəngəzur dəhlizi ilə bağlı başqa qeyri-real, qeyri-məntiqi ifadələr işlədib və bildirib ki, İranla Ermənistan bu dəhlizin açılmasına imkan verməyəcək. 

Bəli, İranla Ermənistan Azərbaycana qarşı düşmən münasibətlərini hər vasitə ilə bəyan ediblər və birgə deyiblər ki, “biz Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyik”. Bununla da İran və Ermənistan Zəngəzur dəhlizinə açıq müharibə elan ediblər.

“Hər iki ölkənin təxribatçı addımları onların özlərinə böyük ölçüdə zərər verə bilər”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran bölgədə və başqa regionlarda hər zaman pozuculuqla məşğul olub, səfirin açıqlaması da buna hesablanıb. “Doğrudan da İranın Ermənistandakı səfiri Zəngəzur dəhlizinin açılması ilə bağlı təmsil etdiyi ölkənin mövqeyini tam çılpaqlığı ilə ortaya qoyub. Əslində müxtəlif formalarda İran rəsmiləri Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqe ifadə ediblər. Yəni prezidentləri də, ali siyasi, dini liderləri də, xarici işlər nazirləri də və sair bu barədə danışıblar. Amma bu dəfə İranın Ermənistandakı səfiri bir qədər “barıtı artıraraq” daha kəskin şəkildə məsələyə münasibət bildirib. O bir daha İranın regionumuzla, Azərbaycanla bağlı niyyətini, siyasətinin mahiyyətini ifadə edir. İran bu siyasətlə, bu mövqe ilə Cənubi Qafqazda təhlükəsizlik mühinə nə qədər neqativ təsir göstərdiyini bir daha təsdiq edir. Bu dövlət bu siyasətlə bölgədə sülhə, əminamanlığa, inkişafa deyil, təəssüf ki, regionda münaqişəli vəziyyətin qalmasına, yaxın qonşu dövlətlər arasında münasibətlərin pis olmasına xidmət edir. Təbii, İran diplomatının səsləndirdiyi fikirlər heç bir məntiqə uyğun deyil, Zəngəzur dəhlizinin açılması heç bir halda İran və Ermənistan arasında əlaqəyə maneə yaratmır.  Baxın, regional kommunikasiyaların açılması, təbii ki, regional iqtisadi inkişafa təkan verə bilər. Bundan da ən çox qazanc götürən məhz region dövlətləridir. İran da onun əleyhinə gedirsə, bunun məntiqi izahı ondan ibarətdir ki, o regionda davamlı iqtisadi inkişafın olmasında maraqlı deyil. Təəssüf ki, İran həm Cənubi Qafqazla, eyni zamanda da digər regionlarla bağlı özünün pozucu, qeyri-konstruktiv mövqeyi ilə vəziyyətin qeyri-stabil olmasına səbəb olur”.

M.Məmmədlinin fikrincə, ola bilsin, bu gün qardaş Türkiyənin üzləşdiyi ağır sınaqlardan dolayı İranda və Ermənistandakı müəyyən dairələr düşünürlər ki, Azərbaycanın əsas strateji müttəfiqi çətin vəziyyətdədir, başı özünə qarışıb və hər hansı formadasa Azərbaycana kömək edə bilməz: “Onlarda belə bir fikir yarana bilər ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı hansısa təxribatçı addımlar atsınlar. Hesab edirəm ki, İranda və Ermənistanda belə düşünənlər varsa onlar çox böyük yanlışa yol verirlər. Azərbaycan dövləti də ordusu da, eyni zamanda Türkiyə dövləti də, ordusu da yerindədir, düşmənlərin təxribatlarına cavab vermək qabiliyyətindədirlər. Mən nəzəri baxımdan o ehtimalı qəbul edirəm ki, İrandan da, Ermənistan hökumətindən də belə bir addımın atılması mümkündür. Bilirsiz ki, son günlərdə Azərbaycan mediasında bu barədə məlumatlar yayılıb. “Praktiki olaraq onlar bunu həyata keçirmək istəyindədirlər” kimi fikir irəli sürmək mənim üçün çətindir. Çünki belə bir informasiyam yoxdur. Amma nəzəri baxımdan ehtimal kimi qəbul etmək olar ki, müəyyən dairələr orada öz çirkin planlarını həyata keçirmək üçün müəyyən addımlar ata bilərlər. Ancaq istənilən halda, düşünmürəm ki, bu addımlar atılsa belə, bu qüvvələr nisbətilə bölgədə status-kvonu dəyişmək gücündədir”.

M.Məmmədlinin sözlərinə görə, düşünmək olmaz ki, bu, İkinci Qarabağ müharibəsindən sonra yaranan geosiyasi reallıqları dəyişmək gücündədir: “Qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqazın hərbi, iqtisadi-siyasi baxımdan ən güclü dövlətidir, eyni zamanda onun Türkiyə kimi strateji müttəfiqi, həmçinin bir sıra başqa strateji tərəfdaşları var”.

Müsahibimiz vurğuladı ki, ölkəmizlə bu dildə danışmağın perspektivi yoxdur, həmçinin də indiki şəraitdə dövlətimizə qarşı hər hansı bir addımın atılması, hansısa planların reallaşması ehtimalları yoxdur. O hesab edir ki, İran-Ermənistan birliyinin Azərbaycana qarşı planları həyata keçə bilməz, bu mümkün deyil. “Ermənistandakı revanşist qüvvələr, İran daxilindəki müəyyən mühafizəkar, radikal dairələr ola bilsin ki, müəyyən planlar ətrafında düşünürlər. Amma düşünürəm ki, onlar qərar verməmişdən əvvəl son anda düşünməlidirlər. Əks halda hər iki ölkənin təxribatçı addımları onların özlərinə böyük ölçüdə zərər verə bilər. Ermənistan, nəhayət, öz üzərinə düşən öhdəlikləri həyata keçirməlidir. O cümlədən də, Zəngəzur dəhlizi ilə bağlı Ermənisan üçtərəfli bəyanata uyğun olaraq öhdəlik götürüb və bu öhdəliyini həyata keçirməlidir. Yəni Zəngəzur dəhlizi açılmalıdır. İnanıram və ümid edirəm ki, həmin dəhliz çox uzaq olmayan gələcəkdə açılacaq” - deyə M.Məmmədli qeyd etdi.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ