çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejimi Xoy sakinlərinə erməni yardımını qəbul etdi, türk yardımından imtina etdi...

Image


Xoyda baş verən zəlzələdən soydaşlarımızın çox böyük əzab-əziyyətlər çəkdikləri, acılar yaşadıqları, bu gün də eyni vəziyyətin içində olduqları məlumdur. Soydaşlarımız sözün həqiqi mənasında humanitar fəlakət içində qalıblar, yaşamağa yerləri, geyməyə isti paltarları, yeməyə bir qab xörəkləri yoxdur.

Molla rejimi təbii fəlakət qurbanlarına heç bir qayğı göstərmir, onların qeydinə qalmır, soydaşlarımız Allahın ümidinə qalıb. Bidliyiniz kimi, Azərbaycan və Türkiyə güneyli soydaşlarımıza yardım göstərmək istəyib, lakin molla rejimi buna imkan vermədi, həm bizim, həm də qardaş ölkənin yardımından imtina etdilər.

Azərbaycanın, Türkiyənin, xaricdə yaşayan soydaşlarımızın Xoyda zəlzələdən əziyyət çəkənlərə etmək istədikləri yardımı qəbul etmir, amma Ermənistandan yardım qəbul edirlər.

Azad İran Teleqram kanalı xəbər verir ki, Ermənistan Xoyda zəlzələdən zərər çəkmiş əhaliyə 42 ton yardım göndərib. Özü acından ölən işğalçı, terrorçu Ermənistanın Güney Azərbaycanın Xoy şəhərinə yardım etməsinə molla rejimi şərait yaradır. Bununla təxribata yol açır, soydaşlarımızı düşmənə möhtac etmək istəyirlər, bu isə soydaşlarımızı ciddi narahat edir.

  • “Üç-dörd dənə battaniyə şəkili yaydılar ki, guya Ermənistan 24 ton battaniyə göndərib”

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, hazırda Türkiyədə yaşayan Güney azərbaycanlı ictimai-siyasi fəal Məcid Cavadi Araz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, molla rejimi, həmişə olduğu kimi, yenə də məsələlərə insani baxımdan yox, öz siyasi mənfəətləri, çıxarları baxımından yanaşır. “Təbii ki, faşist, irqçi rejim olaraq, fars milliyətçiliyi təməlləri üzərində qurulan bir rejim olaraq fars etnik çıxarlarının üzərində hərəkət edib öz siyasi mənfəətlərini güdərək məsələlərə  baxır. Təəssüf ki, biz bunu Xoy zəlzələsi zamanı da gördük, yaşadıq. Hətta Türkiyə zəlzələsində də müşahidə etdik və yaşayırıq. Xoy zəlzələsində, baxmayaraq ki, soydaşlarımız, azərbaycanlılar çox ağır şəraitlə üzləşdilər, qarda, çovğunda, soyuqda  evsiz-eşiksiz, yeməksiz  qaldılar. Bilircisi, molla hökuməti onların vəziyyətinə çox gec reaksiya verdi, onlara çox  gec və yetərsiz yardım çatdırdı. Bütün bu zəlzələdən ziyan çəkən soydaşlarımızın vəziyyətindən bəhs edən çoxsaylı videolar var, deyirlər ki, Güney Azərbaycan türklərinin yardım kampaniyaları olmasaydı biz bəlkə də acından-sussuzluqdan, qarın altında qalıb soyuqdan öləcəkdik. Yəni ora Güney Azərbaycan şəhərlərindən-Urmiyadan, Təbrizdən, Zəncandan, Qəzvindən, Ərdəbildən, hər bir yandan yüzlərlə maşın yardım getdi. Bunu xalq özü təşkil etdi. Hətta İran rejiminin qüvvələri də o yardımların soydaşlarımıza çatdırılmasına bir çox yerdə əngəl törətməyə çalışdılar. Guya “düzənsizlik” olur və s. Bir tərəfdən soydaşlarımızın zəlzələdən əziyyət çəkənlərə yardımlar aparmasına əngəl törədir, o biri tərəfdən də özü onlara yardım göstərmir. İkincisi də, Tehran rejimi Azərbaycan və Türkiyənin yardım təkliflərini rədd etdi. Halbuki, Türkiyə zəlzələ bölgəsinə yarım saatlıq məsafədədir, ora Türkiyə ilə sərhəddir. Onda hələ Türkiyənin özündə zəlzələ olmamışdı. Türkiyə çox rahat və operativ şəkildə Xoya yardım çatdıra bilərdi, amma molla rejimi ona mane oldu, yardımını qəbul etmədi. Eyni şəkildə Quzey Azərbaycandan yardım gəlməsinə də maneçilik törətdi. Bundan sonra yalandan bir xəbər çıxardılar ki, guya Ermənistan Xoya yardım göndərib. Üç-dörd dənə battaniyə şəkli yaydılar ki, guya Ermənistan 24 ton battaniyə göndərib. Amma şəkildə 24 ton-filan görünmür, ortaya çıxan şəkildə üç-dörd dənə battaniyə var. Bəlli deyil ki, bu da hardan gəlib, kim gətirib, İranın özümü şəkil çəkib bunu yalandan deyir? Biz görmədik, bilmədik, sadəcə bir xəbər çıxdı. Bir də belə bir xəbər çıxdı ki, Rusiyanın da yardımını qəbul ediblər, o da Ermənistan üzərindən gələcək. Rusiyanın hazırda torpaq bağlantısı yoxdur, arada Gürcüstan var, Gürcüstanla da Rusiyanın münasibətləri bəllidir. Rusiya yardım gətirirsə niyə Quzey Azərbaycandan, Xəzər üzərindən gəlmir? Rusiya Ermənistana yardımlarını İran üzərindən göndərir. İndi nə oldu ki, Güney Azərbaycana Ermənistan üzərindən yardım göndərir? Bunlar məntiqli deyil.

Bu, molla rejiminin Azərbaycan türklərinin canı bahasına həyata keçirdiyi bir siyasi oyundur”.

Molla rejiminin Xoy zəlzələsi zamanı soydaşlarımıza qarşı qeyri-insani davranış sərgilədiyini deyən M.C.Araz qeyd etdi ki, millətimizin nümayəndələri bunu gördü, yazdı və yaydı. “İrandan indi Türkiyəyə 80 nəfərlik qrup gedib. Bu dəfə də mediada başlayıblar yazmağa ki, biz bunu necə fürsətə çevirə bilərik? Yazırlar ki, “Türkiyənin bu böyük ziyanı bizə bir fürsət oldu, biz bunu iqtisadi fürsətə çevirməliyik. Azərbaycanın yardımları da yaxşı yardımlar deyil, Azərbaycanın etdiyi yardımlar bir işə yaramır”. Molla rejimi Türkiyənin dərdlərini buraxıb Azərbaycanın Türkiyəyə etdiyi yardımların “yararsız” olduğunu iddia edir. Çox gülməlidir. Molla rejimi tamamilə insanlığa zidd, insanlığa uymayan, yaraşmayan bir davranış içərisindədir”.

Müsahibimz hesab edir ki, fars millətçilərinin də, molla dövlətinin də Quzey Azərbaycana və Türkiyəyə qeyri-insani, qeyri-səmimi münasibətini soydaşlarımız, millətimiz, mediamız, təşkilatlarımız  yaxşı görür. Bunların tarixdə yaddaş olduğunu deyən M.C.Araz hesab edir ki, bunlar da, Birinci və İkinci Qarabağ savaşlarında molla rejiminin tutduğu mövqe də unudulmayacaq, tarixin yaddaşına yazılacaq, günün birində bu dəftərlər açılacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ