Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti humanitar yardım Türkiyəyə çatıb. Trend-in məlumatına görə, Azərbaycanda yardımı aparan avtomobillər Türkiyənin Kahramanmaraş rayonuna çatıb.
Yardımlara 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.