çərşənbə günü, 11 noyabr 2026
     

Erməni sensasiyası - “Araik Arutunyanı Moskvada Putin özü şəxsən qəbul etdi”

Image


Erməni nəşri “Hraparak” təxminən 10 gün əvvəl separatçıbaşı Araik Arutunyanın Rusiyanın “Arsaxa münasibətdə mövqeyini və siyasətini aydınlaşdırmaq” üçün Moskvaya getdiyini və artıq geri döndüyünü yazıb. Nəşr qondarma “dövlət naziri” Ruben Vardanyanın da Moskvaya getdiyini (halbuki qaçdığı deyilir - Ə.T) qeyd edir.

Nəşr iddia edir ki, guya Vardanyanı Moskvaya “Arsaxın daxili siyasi problemlərini müzakirə etmək və mövcud vəziyyətin həllini tapmaq üçün dəvət ediblər”. Guya ki, Azərbaycan tərəfi Laçın yolunun açılması müqabilində Vardanyanın istefasını tələb edib. Guya Araik də Moskvada kifayət qədər “yüksək səviyyədə” görüşlər keçirib.

“İrəvanda Vladimir Putinlə görüşündən sonra Kreml ona daha çox güvəndi və demək olar ki, birbaşa dedi: “Vardanyan müdaxilə edərsə, buraxın, biz onu təyin etməmişik” - deyə nəşr iddia edib.

Göründüyü kimi, erməni mediası Laçın yolunda keçirilən aksiyanın əsl mahiyyətini dəyişməyə, saxtalaşdırmağa və onu Vardanyanın üstündə cəmləşdirməyə cəhdlər edir, eyni zamanda da guya A.Arutunyanı Moskvada Putinin qəbul etdiyi iddiasını irəli sürür.

Erməni mediası məsələni belə qələmə verməyə çalışır ki, guya Azərbaycanın Laçın yolunda aksiya keçirməsində məqsəd Vardanyanın istefasına nail olmaq, onu Qarabağdan qovmaqdır. Başqa bir tərəfdən isə, guya Putinin Araiki şəxsən qəbul etdiyini  iddia edirlər.

Ekspertlər hesab edir ki, Laçın yolunun bağlanması məsələsinin bu cür təhrif edilməsi yolverilməzdir, bu aksiya Azərbaycanın mədənlərində, təbii yataqlarında ermənilərin apardığı qanunsuz istismara qarşıdır ki, ermənilər bunu dayandırsın və o yataqlar yenidən Azərbaycanın nəzarətinə keçsin. Bu dövlətimizin halal haqqıdır ki, Xankəndidəki təbii ehtiyatlar yatağını nəzarətə götürsün.

  • “... Arutunyan kimdir ki, onu o səviyyədə qəbul etsinlər”

Məsələyə şərh verən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, QHT-lərin Şuşa-Laçın yolunda keçirdiyi aksiyanın səbəbi və məqsədi aydındır. “Təbii sərvətlərimizin qanunsuz istismarının qarşısını almaq və qızıl, mis və molibden yataqlarında monitorinq keçirmək tələbi ilə çıxış edən ekologiya mütəxəssislərinin tələbi rus sülhməramlıları tərəfindən 2022-ci ilin dekabr ayının 3-də qəbul olundu. Razılaşmaya görə, dekabrın 10-da bu monitorinq həyata keçirilməli idi. Lakin həmin gün “dövlət naziri” Ruven Vardanyan bir qrup başıpozuğu ətrafına toplayaraq bu monitorinqin keçirilməsinə imkan vermədi. Yalnız bundan sonra QHT fəallarının Şuşa-Laçın yolunda iki aya yaxındır davam edən və bundan sonra da davam edəcək aksiyası başladı. Tələb aydındır. Qarabağ ərazisi Azərbaycanın ərazisidir, Praqada və Soçidə imzalanmış sənədlərdə həm Ermənistan, həm Fransa, həm Avropa İttifaqı, Soçidə imzalanmış sənəddə Rusiya Azərbaycanın bütün ərazisi üzərində suverenliyini öz imzaları təsdiq etdilər. Bu Azərbaycana imkan verir ki, öz ərazisində, istənilən yerdə monitorinq keçirsin. Ona heç kim mane ola bilməz və olmamalıdır. Qarabağda yaşayan erməniləri də qorxudan budur. Onlar monitorinqin beynəlxalq mütəxəssislər tərəfindən keçirilməsinə ehtiraz etmirlər, ancaq Azərbaycanın monitorinq keçirməsinə etiraz edirlər. Çünki bu artıq Azərbaycanın Qarabağ üzərində suverenliyinin etiraf olunmasıdır ki, Qarabağ erməniləri bundan oddan qorxan kimi qorxurlar.

Azərbaycan Prezidenti ilin əvvəlində aksiyanın dayandırılması şərtini açıq şəkildə dilə gətirdi, monitorinq keçirilməsinə şərait yaradılsın, bundan sonra aksiya dayandırıla bilər. Eyni zamanda dəfələrlə Ruben Vardanyana Azərbaycan hakimiyyətinin münasibəti də müxtəlif səviyyələrdə dilə gətirilib. Vardanyan Azərbaycan hakimiyyətinin  nəzərində Moskvadan göndərilmiş provaktordur və Azərbaycan hakimiyyəti onunla hər hansı bir danışıqlar aparmaq niyyətində deyil. Bu şəraitdə həm ermənilər, həm də Vardanyanın Moskvadakı ağaları, təbiidir ki, onun Qarabağdan çıxarılması barədə düşünməyə başlayıblar. Son müzakirələr də görünür bu məqsədə xidmət edir. Vardanyan həm Rusiyanın maraqlarına zidd olan fəaliyyət göstərir, həm Ermənistan üçün problemlər yaradır, həm də Qarabağ erməniləri üçün çox ciddi problemlər yaradıb və bu səbəbdən Azərbaycanın tələblərinə əməl olunmalı və Ruben Vardanyan Qarabağdan gəldiyi kimi yola salınmalıdır”.

A.Arutunyanın Moskvada Putinlə görüşməsi ilə bağlı erməni mediasının iddiasına gəlincə, A.Səmədov bunu erməni nəşrinin uydurması hesab edir: “Araik Arutyunyanın Moskvada yüksək səviyyədə görüşlər keçirməsi və Putunlə görüşməsi iddiası nəşrin uydurmasıdır. Rusiya prezidenti özünün ən yaxın silahdaşlarını belə qəbul etməkdən çəkinir və bütün iclaslar, demək olar ki, onlayn formatda keçirilir. Bu şəraitdə Araik Arutyunyan kimdir ki, onu o səviyyədə qəbul etsinlər. Ümumiyyətlə, Rusiya prezidenti səviyyəsində qəbul olunmasına nə ehtiyac var? Hətta Lavrovun, yaxud Rusiya prezidentinin hansısa bir köməkçisinin onu qəbul etməsi Araik Arutyunyan üçün çox böyük şərəf olardı”.

Bu xəbərin erməni nəşrinin uydurması olduğunu bir daha vurğulayan A.Səmədov hesab edir ki, orada Araikin elə bir ciddi rolu da yoxdur, Volkovun qoyduğu bütün tələblərə onsuz da ermənilər dönmədən əməl edirlər. “Hesab edirəm ki, sadəcə tələblər qoymaq lazımdır. Rusiya öz mövqeyini dəqiqləşdirməlidir, qəti tələblər qoymalıdır. Bu tələblərin birincisi Vardanyanın Qarabağdan çıxarılması, ikincisi monitorinqin keçirilməsinə şərait yaradılmasıdır. Güman edirəm, artıq ermənilər də başa düşürlər ki, onların başqa çıxış yolu yoxdur”-deyə A.Səmədov qeyd etdi.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ