Paşinyanın bir planı da Moskvadan rədd edildi. Çox çalışırdı ki, Qarabağda sülhməramlılara ya BMT mandatı verilsin, ya da Qarabağa çoxmillətli sülh qüvvələri gətirilsin.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Dünən Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru İliçev "net" cavab verdi: "Sülhməramlılar öz vəzifələrini icra edir, onlara BMT mandatı ehtiyac deyil, 10 noyabrda Azərbaycan və Ermənistan razılaşıblar. Çoxmillətli sülh qüvvələrinə gəldikdə isə buna bütün tərəflərin razılığı gərəkdir".
Yəni demək istəyir ki, Azərbaycan və Rusiya da çoxmillətli sülh qüvvələrinə razılıq verməlidir..."
Tahir TAĞIYEV