Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 444 bina dağılıb. Zəlzələdən sonra axtarış xilasetmə əməliyyatları davam edir.
Ölən və yaralananların sayı artır
22.43 - Səhiyyə naziri Koca Kahramanmaraşda baş verən zəlzələlərdə 20 213 nəfərin həyatını itirdiyini, 80 52 nəfərin isə yaralandığını açıqlayıb.
21.56 - AFAD-ın açıqladığı son məlumata görə, Kahramanmaraş mərkəzli zəlzələlərdə 19.875 nəfər həyatını itirib, 79.717 nəfər isə yaralanıb.
18.18 - Prezident Ərdoğan həyatını itirən vətəndaşların sayının 19 388-ə, yaralananların sayının isə 77 711-ə yüksəldiyini açıqlayıb.
16.04 - Prezident Ərdoğan: "Həyatını itirən vətəndaşlarımızın sayı 18 991-ə yüksəldi".
10.29 - AFAD-dan 10 vilayətdə 18 min 342 nəfərin həyatını itirdiyi, 74 242 nəfərin isə yaralandığı bildirilib. Bölgədən 75 780 fəlakət qurbanının başqa əyalətlərə təxliyə edildiyi qeyd edilib.
00.40 - Açıqlanan məlumata görə, baş verən zəlzələlərdə 17 674 nəfər həyatını itirib, 71 806 nəfər yaralanıb
TAHİR