çərşənbə günü, 11 noyabr 2026
     

Sülhməramlıların Qarabağı minalardan təmizləməsində çətin suallar yaranıb... - MÜSAHİBƏ

Image


Erməni mediası Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qruplarının obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirdiyini yazır.

Qeyd edirlər ki, gün ərzində 0,4 hektar ərazi təmizlənib. Guya 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri tərəfindən 2507,7 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı və zərərli obyekt aşkar edilib. Bu erməni mətbuatının yaydıqlarıdır.

Qeyd edək ki, ortada Rusiya sülhməramlıları tərəfindən Qarabağda minaların təmizlənməsi prosesi ilə əlaqədar müəmmalı suallar var, onların bu prosesdə iştirakı ilə bağlı müəyyən şübhəli suallar meydana çıxır. 

  • “...Bu rəqəmlər hamısı əsassızdır”

Bu müəmmaların çözülməsi əlbəttə vacibdir. Mövzu ilə əlaqədar politoloq Mehman İsmayılovun fikrini öyrəndik.

- Ermənistan sülhməramlılarla minaların təmizlənməsi, onların xəritələrinin üzə çıxarılması məsələsində əməkdaşlıq edirmi?

- Birincisi, məsələnin bu cür qoyulması düzgün deyil. 

- Niyə?

- Çünki 30 il müddətində Azərbaycanın işğal olunmuş ərazilərini ermənilər rusların nəzarəti ilə minalayıblar. Ruslar ermənilərlə birlikdə öz basdırdıqları minaları təmizləyirlər. Təbii, əgər gerçəkdən təmizləyirlərsə...

- Rusiya sülhməramlılarının minaları təmizlədiyinə inanmırsız?

- İnandırıcı gəlmir. Digər tərəfdən də, rusların səsləndirdiyi bu rəqəmlərin özü nə dərəcədə həqiqətə uyğundur? Doğrudanmı,  2507,7 hektar ərazi, 689,5 km yol təmizlənib? Əgər ərazi minalardan həqiqətən də təmizlənibsə, demək o xəritə əsasında təmizlənib. Ya da vizual axtarışla mina axtaranların fəaliyyəti nəticəsində bu iş mümkün olub. Əgər xəritə ilə tapıblarsa, onda rusların və ermənilərin əlində bu xəritə var?

- Belədirsə, onda ruslar niyə erməniləri məcbur etmirlər ki, o xəritələri Azərbaycana versinlər?

- Elə sual da budur. Əgər o xəritə rusların və ermənilərin əlində varsa onu niyə Azərbaycana vermirlər? Rusların özlərinin o xəritələri bizə verməməsinin, yaxud onların erməniləri buna məcbur etməməsinin səbəbi var. Biz hamımız bilirik ki, minalanma prosesinin həyata keçirilməsində Rusiya mütəxəssisləri ermənilərlə birgə iştirak ediblər. Bizim ərazilərimizi Ermənistan Rusiya ilə birlikdə işğal edib. O dövrdə Sovet İttifaqının, sonra da Rusiya Federasiyasının hərbi hissələri Azərbaycanın torpaqlarının işğal edilməsində iştirak edib. O mühəndis-istehkam qurğularını ruslar, iranlılar, fransızlar və ermənilər birgə inşa etmişdilər. Onları isə 44 günlük savaş müddətində Azərbaycan darmadağın etdi. Yəni ortaya bir məntiqli sual çıxır. Əgər minaların xəritəsi sənin əlində varsa, sən onun əsasında minaları belə “uğurla” təmizləyirsənsə, bəs o xəritələr Azərbaycana niyə verilmir? Biz bilirik ki, rus ordusunun baş qərərgahında həmin minaların xəritəsi var.

Belə fərz edək ki, Azərbaycan müharibəni udmasaydı və desəydi ki, mən işğalda olan torpaqları istəmirəm, öz suverenliyimi əlimdə olan ərazilərlə təmin edəcəyəm, bəs onda bunlar o torpaqları basdırdıqları dəhşətli minalardan necə təmizləyəcəkdilər? Ona görə də, bu minaların xəritələri Ermənistanda da, ruslarda da var. Bu ərazilər rus mütəxəssisləri ilə birgə minalanıb.

- Belə qəddarlıq olar, niyə belə amansızlıq ediblər, indi də xəritələri vermirlər...

- Burada məqsəd o olub ki, azərbaycanlı qaçqın və köçkünlər öz yurdlarına qayıtmasınlar. Azərbaycanın bərpa işlərini sürətlə apara bilməməsi üçün minalanmış ərazilərin xəritələri Azərbaycana verilmir. Azərbaycan nə qədər sürətlə minaları təmizləyib axırına çıxarsa bir o qədər də sürətlə tikinti işini aparacaq, eyni zamanda məcburi köçkünlər geri qayıdacaq. Nəticədə də rusların və ermənilərin istəmədiyi etnik balans pozulacaq. Ona görə də onlar Ağdamın, Füzulinin, bütün Qarabağın  ərazisini nöqtə-nöqtə minalayıblar ki, bu terrora qarşı Azərbaycan onillərlə mübarizə aparsın, tikinti-bərpa işlərini apara, infrastrukturu qura bilməsin. Çünki cənab Prezident dedi ki, ona 25 milyard dollar pul və 30 il zaman lazımdır. Bu çox dəhşətli bir problemdir. Əslində, ermənilər bütün növ terroru Azərbaycana qarşı həyata keçirib, bu da mina terrorudur. Azərbaycanın tikinti-bərpa işlərini sürətlə aparmasında nə Rusiya maraqlıdır, nə də Ermənistan, ona görə də xəritələr bizə verilmir.

- Mehman müəllim, sülhməramlıların minalardan təmizlənmə prosesində iştirakı bir sıra müəmmalı, şübhəli suallar yaradır...Sizin fikriniz nədir?

- Birincisi, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti sülhyaratma qüvvəsi deyil. Biz bilirik ki, onların məqsədi Qarabağdan istifadə edib Azərbaycanı daim Rusiyanın təsir zonasında saxlamaqdır. İkincisi, 28 ay müddət keçib, Rusiyanın sülhməramlıları Qarabağın ərazisində olan separatçı ermənilərə, Ermənistanın qanunsuz olaraq orada qalan qoşunlarına hərbi təlim keçir. Onları öyrədir. Bu müddət ərzində Ermənistan Azərbaycanın ərazisinə 2700 mina gətirib basdırıb. Rusiyanın sülhməramlıları imkan verib ki, gəlib minanı basdırsınlar, Laçın yolundan hərbi militarist məqsədlər üçün istifadə etsinlər. Belə olan vəziyyətdə Rusiyanın səsləndirdiyi bu rəqəm nə dərəcədə inandırıcıdır? Sən separatçıların,  Azərbaycanın ərazi bütövlüyünə qarşı vuruşan ermənilərin yanındasan, onlara təlim keçirsən. Sən separatçıya təlim keçirsənsə, necə mina təmizləməklə məşğulsan? Yaxşı, minanı təmizləyirsən ki, Azərbaycanın məcburi köçkünləri, qaçqınları geri qayıtsınlar. Eləmi? Bəs separatçıya niyə hərbi təlim keçirsən? Minanı daşımağa niyə imkan yaradırsan?

- Bəs minaları təmizlədiklərini açıqlamaqla nə demək istəyirlər?

- Onlar görüntü yaradırlar ki, guya Rusiyadan başqa heç kəs burada sülhyaratma missiyasını həyata keçirə bilməz. Onlar Avropanın, ümumiyyətlə Qərb dünyasının qarşısında belə bir şəkil yaratmağa çalışırlar ki, Rusiya burada işğalçılqla yox, sülhyaratma ilə məşğuldur. Baxın, minaları təmizləyir, atəşkəs rejiminin qorunmasına şərait yaradır, Rusiya tərəfsizdir. Rusiya tərəfsizdirmi? Tərəfsiz deyil. Rusiyanın qoşunları Ermənistanın ərazisindədir, Ermənistan KTMT-nin üzvüdür, Ermənistanı yaradan, Azərbaycanın torpaqlarını işğal edib Ermənistana verən Rusiyadır. Rusiya tərəfsiz deyilsə ondan necə sülhyaratma qüvvəsi alınar? Əsaslandırmaq olarmı ki, onlar burada sülhyaratma missiyası həyata keçirir? Qətiyyən yox. Əgər o məntiqlə yanaşırıqsa ki, onlar sülhyaratma ilə yox, işğalla məşğuldurlar, işğal üçün də bu mina terroru bunlara çox yardım edir, onda bu rəqəmlər hamısı əsassızdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ