Ermənilərin murdar xislətinə bax ki, baş nazir Nikol Paşinyanın Türkiyəyə adi başsağlığı verməsini belə qəzəblə qarşılıyırlar. Özü də bunu sıradan ermənilər yox, mediada çalışanlar edir və sərt tənqid edirlər.
Məsələn, erməni analitik Qalust Qriqoryan öz məqaləsində deyib ki, ümumiyyətlə, Türkiyəyə bir kəlmə də başsağlığı verilməməli idi: “Yalnız Suriyaya kədərlənməliyik. Çünki orada iki erməni öldü, üstəlik xeyli sayda erməni evlərini itirdi. Türkiyədə erməni yoxdur. Amma buna baxmayaraq, Paşinyan bir növ erməni Villi Brandt obrazını canlandırmaq qərarına gəlib. Baxın, İran Türkiyədəki faciəyə qətiyyən reaksiya vermədi. Amma Paşinyan başsağlığı vermək qərarına gəlib. Bununla da məhdudlaşmayaraq kömək təklif edib. Kimə?! Türkiyəyə?! O, həqiqətən “Papadan daha çox katolik olmağa” qərar verib. Ermənistanın heç kimə, hətta simvolik yardım etmək imkanı belə yoxdur. Ölkəmizin özünün köməyə ehtiyacı var. Həm də bizə birdəfəlik deyil, əbədi kömək lazımdır. Türkiyəyə isə kömək etmək istəyənlər çoxdur. Qətər, Avropa Birliyi ölkələri və digərləri buna hazırdır”.
Bütün bunlar bir daha ermənilərin əsl simasını ortaya qoyur.
“Problem ondadır ki, hər zaman xəstə təfəkkürü ilə fərqlənən bir kəsim var və onlar nə erməniləri rahat yaşamağa qoyur, nə də qonşularını”
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrətin fikrincə, neçə gündür ermənilərin bu insanlıqdan uzaq təbliğatı müşahidə olunur: “Ümumiyyətlə, sosial mediada fəal olan, xüsusən də Qərb seqmentində oturmuş ermənilər əllərindən gələni edirlər ki, bu məsələdə belə Türkiyənin üzərinə getsinlər. Hətta zəlzələ baş vermiş bölgələri Türkiyə tərəfindən müvəqqəti işğal edilmiş Ermənistan ərazisi kimi təqdim edəcək qədər alçalırlar. Yəni ermənilər insanların faciəsi üzərində belə, siyasi təbliğat qurmağa çalışırlar. Bu da mənəviyyatsızlığın dibidir. Ona görə də ermənilərin bu cür fəallıqla Türkiyəyə əlavə bəlalar arzu etməsi, buna sevinməsi ümumiyyətlə, qardaş ölkəni hətta belə bir təbii fəlakət qarşısında gözdən salmağa çalışması onların hansı əxlaqa və mənəviyyata sahib olduqlarını ortaya qoyur. Ölkələr, insanlar düşmənlik edə bilərlər. Bütün bunlar mümkündür. Lakin bu cür faciələrdə, düşmən belə, düşmənliyini kənara qoyub yardıma gəlməlidir. Çünki bu bir mənəviyyat, əxlaq məsələsidir. Ancaq təəssüflər olsun ki, ermənilərin böyük çoxluğunda biz bunu müşahidə etmirik. İndi Ermənistan dövləti, baş nazir Nikol Paşinyan bu qərarı veribsə, yardım etmək istəyənlərə qoşulursa, bu yaxşı haldır. Əslində bunu xalqlar arasında münasibətlərin düzəlməsinə bir fürsət kimi də dəyərləndirmək olar. Yəni əminəm ki, Paşinyan məhz belə də edir. Belə də davranır ki, nəhayət erməni xalqı düşmən münasibətindən əl çəksin, Türkiyə və Azərbaycanla münasibətlər normallaşsın. Ancaq problem ondadır ki, hər zaman xəstə təfəkkürü ilə fərqlənən bir kəsim var. Onlar nə erməniləri rahat yaşamağa qoyur, nə də qonşularını. İndi də həmin şəxslər, qüvvələr hərəkətləniblər və mənəviyyatsızlığın ən dibini sərgiləməklə məşğuldular. O baxımdan bunun başqa adı ola bilməz”.
Vidadi ORDAHALLI