Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində dünən baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada yüzlərlə bina dağılıb. Zəlzələ nəticəsində 6 444 bina dağılıb.
Kahramanmaraş mərkəzli zəlzələlərdə 9 057 nəfər həyatını itirib, 52 979 nəfər isə yaralanıb.
TAHİR