Türkiyəyə növbəti yardımın göndərilməsi üçün hazırlıqlar gedir. Bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yazıb.
A.Hacızadə daha sonra yazır: "Növbəti yardım üçün hazırlıqlar gedir. Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərərçəkənlər üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470-dən çox xilasetmə və tibb qrupu göndərilib".