çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanda radikal müxalifət sıradan çıxarılır, ilk olaraq keçmiş nazir hədəfdə...

Image


Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinə başlamaq üçün parlamentə müraciət edib. Müraciəti təqdim edən baş prokuror Anna Vardapetyan Ohanyanın müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını satmaqda ittiham edildiyini açıqlayıb.

Prokurorluq 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrinin Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verdiyini bildirib. Bununla yanaşı, Seyran Ohanyana qarşı daha 2 ittiham üzrə cinayət işinin açılması üçün parlamentə müraciət edilib.

Hesab edilir ki, bütün bunlar, əslində, Ermənistanda hakimiyyətə qarşı çıxan qüvvələrin inzibati yolla neytrallaşdırılmasının növbəti təzahürüdür. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Keçmiş xidmət gələcəkdə məsuliyyətdən azad etmir. Bu gün Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” parlament fraksiyasının rəhbəri, general Seyran Ohanyan özü üçün bu ifadəni hiss etməlidir, onun barəsində deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatət daxil olub. Xatırladaq ki, parlament Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün baş prokurordan bir andaca üç vəsatət alıb. Birinci vəsatətə görə, Ohanyan müdafiə naziri olarkən xüsusilə külli miqdarda (işin iki epizodu) mənimsəmələr törədib, həmçinin şəxsi və qrup mənafelərinə əsaslanaraq, məmurların rəsmi maraqlarına zidd hərəkətlər edib. Eləcə də o, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub (iki epizod). İkinci və üçüncü vəsatətlərə görə, Ohanyan öz xidməti vəzifələrini yerinə yetirməyib, bu isə səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub, həmçinin o, mənimsəmə yolu ilə yenidən xüsusi külli miqdarda əmlak mənimsəyib. Təbii ki, bu cür ittihamlar Ermənistan cəmiyyətini heç də təəccübləndirmədi, çünki demək olar ki, hamının Seyran Ohanyanın rəhbərlik etdiyi dövrdə Ermənistan ordusunda xidmət etmiş qohumu, qonşusu və ya sadəcə tanışı var. Və xidmət edənlərin hər biri o illərdə xidmətin “cazibədarlığı” haqqında aclıqdan və alt paltarın çatışmazlığından tutmuş irimiqyaslı, hərtərəfli korrupsiyaya qədər çox şey deyə bilər. Keçmiş hakimiyyət vaxtı vəzifədə olan  Ohanyanın və ordu generallarının necə varlandığını bilməməliyikmi? Ohanyanın Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə Ermənistan ordusu cəmiyyətə və ictimai nəzarətə tam qapalı olub, orduda tez-tez qeyri-döyüş şəraitində əsgərlərin ölümü ilə nəticələnən “dedovşina” və cinayətlərə görə heç kim cəzalandırılmayıb. Çünki müdafiə naziri bütün bunların törənməsində birbaşa iştirak edib.

Onun haqqında Baş Prokurorluğun vəsatətləri ilə bağlı Ohanyanın gətirdiyi bəhanələr daha gülüncdür. Özünüz mühakimə edin. Ohanyan belə bəhanələr gətirir: “Bu işlər çoxdan başlayıb, ancaq Geqarqunik kazarmasında yanan əsgərlərimizin səsini boğmaq, ictimaiyyətin diqqətini bundan yayındırmaq və ümumi qəzəb dalğasının qarşısını almaq üçün vəsatət indi verilib.  “Hayastan” fraksiyası yaxın vaxtlarda bizim təşəbbüsümüzlə ordudakı real problemlərin müzakirəsində iştirak edəcək. Qoy bugünkü müdafiə naziri gəlib çox konkret suallara cavab versin. Desinlər ki, niyə kreslolarını qorumaq, polis dövləti qurmaq üçün pul xərcləyirlər, amma əsgərlərə elementar şərait yaratmırlar ki, kazarmalarımız yanmasın? Mən qalib ordunun generalıyam. Ordunu darmadağın edənlər məni heç nədə günahlandıra bilməzlər”. Ohanyanın bəraət qazandırdığı məqamlara nəzər salaq. Bəli, Geqarqunikdə diri-diri yanan 15 əsgərimizin ölümündə indiki hakimiyyət birbaşa məsuliyyət daşıyır. Baş nazir, müdafiə naziri, Baş Qərargah rəisi və “arxa siçovul” generalları da məsuliyyət daşıyırlar. Onlar hakimiyyətdə olduqları beş il ərzində heç olmasa ordunu müasir istilik və təhlükəsizlik sistemləri olan normal kazarmalarla təmin etməli idilər. Təəssüf ki, bu edilmədi və əsgərlərimiz hakimiyyətin və generalların cinayətkar ehtiyatsızlığının əvəzini canları ilə verdilər. Bəs insaf naminə, Seyran Ohanyan 9 ildə (Bir il Baş Qərargah rəhbərliyində, 8 il isə Müdafiə Nazirliyində) ordu üçün nə edib? Sənədlərdə fəxrlə kazarma adlandırılan tövlə otaqlarında əsgərlərimiz onun vaxtında yerləşdirilməyiblərmi? Yadınızdadır, Seyran Muşeqoviç, sizin zabitlər əsgərlərin valideynlərindən həyatlarını nizamlamaq üçün necə pul qoparırdılar? Ohanyan hazırkı naziri “əsgərlərə elementar şəraitlə təmin olunmadığı halda kreslosunu qorumaq və polis dövləti qurmaq üçün pul xərcləməkdə” ittiham edir. Bu isə cəmiyyətimizdə qəzəb doğurmaya bilməz - Ohanyan və onun generalları ordunu qarət etməklə necə varlandılar, bu, indiki müdafiə nazirinin heç ağlına da gələ bilməz. O ki qaldı “polis dövləti”nə. Bəli, indiki Ermənistan dünya üçün demokratiya nümunəsi deyil. Amma bu gün dünənlə, Köçəryan və Sarkisyanın dövründəki ilə müqayisə oluna bilməz. Bunu cəmiyyət özü də hiss edir. Ən azından, tənqidi yazılara görə hakimiyyət tərəfindən media təmsilçiləri döyülmür, onlara qarşı qondarma cinayət işi qaldırılmır. Polis dövləti Köçəryan və Sarkisyanın dövründə olub, Paşinyanın dövründə isə yox. Ohanyan qalib ordunun generalı olduğunu deyir. Amma unutmayaq ki, Sarkisyan 2016-cı ilin aprelində döyüş zamanı etdiyi səhv hesablamalara görə Ohanyanı işdən çıxarıb. Yəni o, Müdafiə Nazirliyini məğlubedilməz general halında tərk etməyib, məğlub biri kimi oranan uzaqlaşdırılıb. Axı, Seyran Muşeqoviç, bu gün biz polis dövlətində yaşamırıq, baxmayaraq ki, sən bunun əksini deyirsən. Əgər sənin heç bir günahın yoxdursa, onda nədən bu qədər qorxursan? Məhkəməyə gedin və günahsız olduğunuzu sübut edin. Yoxsa, günahlarınızın çoxluğundan qorxursunuz?”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ