çərşənbə günü, 11 noyabr 2026
     

İrana bağlı informasiya mənbələrindən "Bakıda zəlzələ" təxribatı...

Image


İran hakimiyyətinə bağlı saxta informasiya resursları Azərbaycana qarşı növbəti dəfə təxribat törədib. İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrelin, guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlı məlumatın guya express.co.uk saytında dərc edildiyinə dair informasiyalar tirajanıb.

Araşdırma zamanı məlum olub ki, yayılan məlumat tamamilə yalandır və Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır. Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilən Ruben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlı heç bir məlumat aşkar edilməyib. Bundan əlavə, adıçəkilən saytda da belə bir məlumatın dərc edilmədiyi üzə çıxıb.

İranın belə panika yaymaqda başlıca məqsədi nə ola bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert, Azərbaycan Sosialist  Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

İran hakimiyyətinə bağlı saxta informasiya resurslarının Azərbaycana qarşı növbəti dəfə təxribat törətməsi ümumi prosesin tərkib hissəsidir:

“Bu tip, belə xatakterli yazıların verilməsi konkret olaraq bir ölkənin təbliğat maşınının, digər –  düşmən saydığı ölkəyə qarşı,  daha doğrusu,  ölkə əhalisinə qarşı törətdiyi psixoloji hücumdan savayı bir şey deyil. Təbii ki, bu tip xəbərlər məsələnin mahiyyətindən məlumatsız, elmdən uzaq olan sadə obıvatellər üçün nəzərdə tutulmuşdur. Məqsəd də bəllidir – ölkə ərazisində dezinformasiya yaymaq vasitəsilə panik situasiya və əhval-ruhiyyə yaratmaq, əhalini psixi gərginlik vəziyyətində saxlamaq və bundan doğa biləcək hallardan yararlanmaq.

Yadınızdadırsa, məlum Bakı zəlzələsindən sonra da oxşar xəbərlər yayılmış və nəticədə təsdiqini tapmayaraq zamanla unudulmuşdu.

Yəni zəlzələ hadisəsi elm aləmində hələ də əvvəlcədən proqnozlaşdırıla bilməyən təbii fəlakətlər sırasında yer alan hadisələrdən biridir. Gördüyünüz kimi, hadisənin baş verdiyi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin özündə belə bu hadisənin əvvəlcədən proqnozlaşdırılması və əhaliyə əvvəldən xəbərdarlıq edilməsi vasitəsilə qarşısının alınması yolları mövcud deyil.

Təsəvvür edin.  Uca dağın başında yerləşən qaya parçalarının altında yerləşərək qayanı saxlaya bilən kiçik bir daşın  nə zaman qopub düşəcəyi və dağ uçqununun əmələ gələcəyini  kim proqnozlaşdıra bilər? Yer altında gedən tektonik proseslər də bu sıradandır. Kilometrlərlə dərinlikdə yerləşən tektonik layların bir-birinə nisbətdə hansı zaman kəsimində və hansı səbəblərdən hərəkət edəcəyini kim əvvəlcədən dəqiq proqnozlaşdıra bilər?”

Ekspertin sözlərinə görə,  maraqlı sual yaranır: “Özünü İslam dövləti adlandıran İranın özündə  başına əmmamə qoyub alim adlandıran şəxslərin özləri Quranda zəlzələnin  dağıntılara, insan fəlakətinə səbəb olan təbii hadisələr sırasında olduğunu bilmirlərmi? Əgər bilmirlərsə, o zaman əz-Zilzal, yəni Zəlzələ  surəsini açıb sadəcə nəzərdən keçirsinlər. Birinci ayə belədir

-           Yer, özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

Üçüncü ayə

-           İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub? Deyəcəyi zaman.

Elə bu iki ayənin mətnindən də göründüyü kimi,  zəlzələ heç vaxt proqnozlaşdırıla bilinməyən  təbii proses olaraq və insan üçün müəmma olaraq qalacaq.

Bu, məsələnin bir tərəfidir. İkinci tərəfdən baxdıqda, məsələyə sırf konspiroloji don geydirməyə çalışan digər bir qrup şayiə yayıcıları da var ki, zəlzələ prosesinə süni yolla nail olunma ehtimalı üzərində diskussiyalar aparırlar. Guya Yerin dərin qatlarında hansısa üsulla rezonans – amplitud  titrəyişlər həyata keçirərək zəlzələ yaratmaq mümkünmüş.

Bu yerdə də sizin nəzərinizə iki məqamı çatdırmaq istərdim.

Birincisi, elə İran düşüncəli insanların nəzərinə çatdırım ki, İslamda Dəccalın hökmdarlığı zamanı digər ölkələrə təzyiq mexanizmi olaraq baş verəcək proseslər zəlzələ hadisəsi üzərində  deyil, onun törədə biləcəyi  iqlimə təsir üsulları üzərində qurulmuşdur. Yəni özünü qüdrətli birisi olaraq təqdim edən dini personaj digər ölkələri işğal altında saxlamaqdan ötrü quraqlıq yaratmaq və bu kimi iqlim proseslərini idarə etmək qüvvətində olacaqdır. Burada zəlzələ kimi proseslərdən söhbət belə gedə bilməz.

İkinci məqam. Uzaq illərdə mətbuatda gedən məlumatlarda süni zəlzələ yaradılması ilə bağlı elmi araşdırmaların aparılması ilə bağlı xəbərlər dolaşmaqdaydı. Təcrübənin başında Azərbaycan mənşəli alimin adının çəkilməsi də maraq doğuran xəbərlərdən idi. Lakin təcrübə nəticəsində bu prosesin idarə edilməsinin mümkün olmadığı üzə çıxmışdı və layihənin sonrakı mərhələsinə xitam verilmişdi.

Zəlzələnin yer altında nüvə silahının partladımasından doğa biləcəyi ehtimalı da sıfır altındadır. Ona qalsaydı, yeraltı nüvə sınaqlarının həyata keçirildiyi Semipalatinsk və ona yaxın ərazilər çoxdan Yer üzündən silinmişdi.

Fikrimi yekunlaşdıraraq onu demək istəyirəm ki, zəlzələ prosesi əvvəlcədən proqnozlaşdırıla bilməyən, qarşısıalınmaz təbii prosesdir. Onun hansı regionda və hansı zamanda baş verə biləcəyi zamanı əvvəldən söyləmək qeyri-mümkündür. Sadəcə laylarda gedən prosesləri tədqiq edərək müəyyən ehtimallar söyləmək olar ki, bu da ehtimaldan o yana getmir.

İran tərəfinin yaydığı məlumata gəlincə isə bunları deyə bilərəm – digər ölkə vətəndaşları arasında şayiə yayb psixoz vəziyyəti yaratmaqdansa, öz ölkələrində baş vermis zəlzələnin nəticələrinin aradan qaldırılmasına daha çox diqqət ayırsaydılar, daha məqsədəuyğun olardı”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ