çərşənbə günü, 11 noyabr 2026
     

Baş redaktorlar "öz jurnalist haqları" ilə bağlı xəbərə belə reaksiya verdilər…

Image


MEDİA Agentliyinin icracı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının toplantısında deyib ki, redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq.

O bildirib ki, bununla bağlı MEDİA Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib, məsələ həllini tapıb:

"Bu hal "Media haqqında" qanundakı problemdən yox, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsindən irəli gəlir. Çünki həmin redaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrində bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka krediti götürmək üçün hər hansısa bir banka müraciət edəndə, bank işçisi onun kim olduğunu bilmir və problem yaranır. Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik. Nazir və onun komandası bizə yol göstərdi və problemi aradan qaldırdıq. Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaq”.

Yayılan bu məlumatla bağlı baş redaktorların reaksiyasını öyrəndik.

  • Rəfail Becanov: “...onların sosial imtiyazlardan istifadə etmək hüquqlarını özündə ehtiva edəcək və mən bunu müsbət dəyərləndirirəm”

Cebhe.info saytının baş redaktoru Rəfail Becanov  qəzetimizə açıqlamasında bildirdi ki, jurnalistlərin Media Reyestrindən keçməsi ilə bağlı lazımsız bir kampaniya  başladılıb: “Bu  kampaniyanın məqsədi prosesi gözdən salmaq, bunu cəmiyyətin gözündə etibarsız ideyaya çevirməkdən ibarətdir. Əslində Media Reyestri, hər zaman deyildiyi kimi, qanunvericiliyin də tələbində var ki, jurnalist təyin etmir, yaxud da jurnalistin  jurnalistliyini təsdiq etmir. Sadəcə olaraq jurnalistlərin müəyyən sosial imtiyazlara malik olmasinı özündə ehtiva etdirən bir bazadır. Hesab edirəm ki, bundan bu şəkildə narahat olmağın xüsusi səbəbləri var. Bu səbəblər də, təbii ki, prosesi gözdən salmaq, prosesin əleyhinə fəaliyyət göstərmək və prosesi etimadsızlaşdırmaqdır. O cümlədən də media subyektlərinin qeydiyyatı məsələsinə gəldikdə, media subyektləri naməlum siyahıya, naməlum saya malik olmamalıdır. Hər halda bəlli bir bazası olmalıdır və bu şəkildə də həyata keçirilməlidir. Bunların hamısını birləşdirib, bir hücum təşkil etmək, xüsusilə qanunun qəbul olunmasından və təsdiqlənməsindən bir il sonra Media Reyestri ilə bağlı sənədlərin, təqdimatların hazırlanıb cəmiyyətə təqdim olunduğu müddətdən uzun müddət keçəndən sonra bunları etmək  xüsusi maraqlı dairələrin sifarişinə bənzəyir. Jurnalistlərin, redaktorların, istərsə də şöbə müdirlərinin Reyestrə düşməsi də təbii bir haldır. Bu hal onların da sosial imtiyazlardan istifadə etmək hüquqlarını özündə ehtiva edəcək və mən bunu müsbət dəyərləndirirəm”.

  • Hacıbəy Heydərli: “Yaxın zamanda Azərbaycan mətbuatı saflaşdırılacaq və mətbuata yeni nəfəs gətiriləcək”

Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ jurnalistlər tərəfindən birmənalı qarşılanmayan bir anlaşılmazlıq idi: “Jurnalistlərin ağıllarında bununla bağlı xeyli suallar vardı. Media İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov dünən bununla bağlı qərarını açıqladı. Qərar verilib ki,  artıq şöbə müdirləri, redaktorlar da jurnalist kimi media reysterinə alınacaqlar. Əslində çox düzgün və yerində verilmiş bir qərardı. Çünki son vaxtlar görürük ki, Media Reyestri ətrafında yersiz müzakirələr aparılır. Bu məsələləri siyasiləşdirmə cəhdləri var. Orda olan kiçik nüansları belə qabardaraq cəmiyyətə səhv şəkildə təqdim etmək istəyən qüvvələr mövcuddur. Belə olan bir məqamda uzun illər jurnalistika sahəsində dövlətə və dövlətçiliyə bağlı olan şəxsləri də məhz bu xırda nüanslar vasitəsilə öz tərəflərinə çəkmək istəyirdilər. Amma artıq bununla bağlı qərar da verildi. Şöbə müdirləri, qəzetlərdə digər sahələrdə çalışan redaktorlar  Media Reyestrində jurnalist kimi qeydə alınacaq. Bu çox düzgün qərardı. Mən bildiyim qədəri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Media İnkişaf Agentliyinin rəhbərlərinin görüşündən sonra verilmiş bir qərardır. Artıq razılığa gəlinib. Düşünürəm ki, jurnalistləri düşündürən digər məsələlər də tez bir zamanda həllini tapacaq və Media Reyestri ümumilikdə Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına yeni çağ gətirə biləcək. Təbii ki, istənilən yenilik cəmiyyətlərdə normal qarşılanmır. Media Reyestri ətrafında olan söz-söhbətlər təbiidir. Amma iradə olarsa, peşəkar jurnalistlər bu məsələdə Agentliyə dəstək olarsa, yaxın zamanda Azərbaycan mətbuatı saflaşdırılacaq və mətbuata yeni nəfəs gətiriləcək”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ