Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Talıbov repressiyasının daha bir "neqativ irsi" aradan qalxdı - Tural Səfərovun haqqı... - MÜSAHİBƏ

Image


Məlum olduğu kimi, 2 fevral tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında jurnalist Tural Səfərova bəraət verilməsi üçün kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Tural Səfərov barəsində çıxardığı qanunsuz qərar ləğv edilib.

Qeyd edək ki, Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından, iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.

  • “Vasif Talıbov ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlı qəzetdə yazıların dərcində maraqlı deyildi və mən buna etiraz edirdim, ona görə də…”

Məlumat üçün bildirək ki, Tural Səfərov 2021-ci ilin iyun ayında Vasif Talıbovun tapşırığı ilə Naxçıvanda qanunsuz şəkildə həbs edilmişdi. Nə səbəbdən həbs olunması, məhkəmə prosesinin gedişi barədə Tural Səfərovla həmsöhbət olduq.

- Sosial şəbəkədə yazılan hər hansı fikrə, statusa görə jurnalistin tutulması düzgün deyil. Sizcə, bu siyasi sifarişli idi? Tural bəy, nə baş vermişdi?  Sizi nə üçün həbs etmişdilər?

 - Əvvəla onu deyim ki, mənim həbsimə səbəb olan status tənqidi status idi. Mənim əməlimdə heç bir cinayət tərkibi yoxdur. Ölkədə hər gün minlərlə belə statuslar paylaşılır, tənqidi yazılar dərc edilir, açıqlamalar verilir. Bu məntiqlə yanaşsaq, gərək hər gün Azərbaycanda yüzlərlə sosial şəbəkə istifadəçisi, jurnalist həbs edilə. Yəni demək istədiyim odur ki, “Facebook”da yazdığm status həbsim üçün bəhanə idi. Mən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilmişdim. Həbsimin isə çox ciddi siyasi səbəbləri vardır. Mən Vasif Talıbovun Naxçıvanı Azərbaycandan necə qopardığını, dövlətə və ölkə rəhbərliyinə necə xəyanət etdiyini bilirdim və bu barədə danışmaq qərarı vermişdim. Vasif Talıbov məni susdurmaq,  hələ 2017-ci ildə “Şərq qapısı” qəzetinin baş redaktoru olduğum dövrdə etdiyim “özbaşınalığın” cəzasını vermək üçün həbs edilməyim barədə tapşırıq verdi. İstintaq təcridxanasında açıq şəkildə deyirdilər ki, sən Vasif Talıbovun tapşırığı ilə burdasan. Ona görə də səni heç kim xilas edə bilməz.

- 2017-ci ildə nə baş vermişdi? Vasif Talıbov sizdən nəyin acığını çıxırdı?

- Bilirsiniz ki, 2017-ci ilin fevral ayında Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Biz bu xəbəri “Şərq qapısı” qəzetində manşetdən dərc etdik və bu da Talıbovun xoşuna gəlmədi. Ümumiyyətlə, Vasif Talıbov ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlı qəzetdə yazıların dərcində maraqlı deyildi və mən buna etiraz edirdim. Ona görə də 2017-ci ilin aprel ayında tutduğum vəzifədən istefa verdim. Bu da Talıbovun xoşuna gəlmədi və məni cəzalandırmaq üçün fürsət axtarırdı. Belə bir “fürsət” isə 2021-ci ilin may ayında əlinə keçdi.

- Talıbovun əlinə keçən “fürsət” nə idi? Sizi hansı maddə ilə təqsirli bilərək həbs etdilər?

- 2021-ci ilin may ayında valideynlərimi ziyarət etmək məqsədilə Naxçıvana getdim. Muxtar respublikadan Bakı şəhərinə qayıdarkən Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra xoşagəlməz hadisələrlə rastlaşdım. Bilirsiniz ki, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində hər sərnişin üçün 23 kiloqram yükün ödənişsiz daşınmasına icazə verilir. Mənim isə, səhv etmirəmsə, təqribən, 70 kiloqram yüküm var idi. Oxucularımız üçün sual yaranar ki, Tural Səfərov 70 kiloqram nə gətirirdi? May ayı Naxçıvanın yaxşı vaxtıdır, bir sıra nemətlərin bol olduğu dövrdür. Məhz bu ayda yetişən Naxçıvan göycəsi, cacığı, uşqunu Bakıda yaşayan naxçıvanlılar üçün əvəzsiz nemət hesab olunur. Odur ki, mən də dost-tanışa bir az bu nemətlərdən gətirirdim. Nə isə. Biletimi kəsdirib yükü təhvil verdim. Ödədiyim pulun qəbzini tələb etsəm də mənə qəbz təqdim olunmadı. Sonra minik salonuna keçərkən daha bir xoşagəlməz hadisə baş verdi. Sanki terrorçu yoxlayırmışlar kimi məni yoxlamağa başladılar. Kompüterimi açdırıb fayllara baxmaq istədiklərini bildirəndə etiraz etdim. Bunun guya qanuni olduğunu dedilər. Bir neçə gün bundan əvvəl Naxçıvana gəldiyimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda belə tələblər irəli sürülmədiyini xatırlatdım. Hava limanı işçilərinin kompüterin açılıb-bağlanmasını tələb etməsini yanlış hesab etmirəm. Ola bilər ki, mövcud qaydalar belədir. Amma bu qaydalar sərnişinə izah edilməli idi. Hava limanında ödədiyim pulun qəbzinin verilməməsi, gördüyüm natəmizlik, işçilərin sərnişinlərlə kobud rəftarı məndə bu qənaəti formalaşdırdı ki, burda nöqsanlar var və ictimailəşdirilməlidir. Elə hava limanında olarkən öz “Facebook” səhifəmdə bir status yazdım. O status ki, məni həbsə apardı. Bakıya qayıtdıqdan sonra hava limanında yükümü gözləyərkən xeyli ləngidim. Bütün sərnişinlər yükünü götürüb getdi. Mən bir saatdan çox idi ki, öz yükümü gözləyirdim. Nəhayət, hava limanının işçiləri mənim nə üçün gözlədiyimi soruşdular. Baqajımın gəlmədiyini bildirdim. Bir neçə dəqiqə sonra aydınlaşdı ki, mənim yükümün çoxu ayrı-ayrı sərnişinlərin adına rəsmiləşdirilib. Bunun səbəbləri barədə öz “Facebook” səhifəmdə növbəti statusu yazdım.

Bu hadisə may ayının 15-də baş verdi. Mənim Naxçıvan Beynəlxalq Hava Limanının direktoru tərəfindən məhkəməyə verilməyimdən, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunmağımdan iyunun 4-ə qədər xəbərim olmayıb. Halbuki, məhkəmə xüsusi ittiham qaydasında şikayəti mayın 21-də icraata götürüb, mayın 25-i və 27-də iştirakım olmadan iclaslar keçirilib. Naxçıvan şəhərində qeydiyyatda olduğum və illərdir ki, yaşamadığım ünvana dəfələrlə bildiriliş göndərilib və həmin ünvanda yaşamadığımla bağlı cavab alınıb. Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, həmin bildirişləri həbs olunduqdan iki gün sonra Naxçıvan Şəhər Məhkəməsinin məhkmə zalında imzalamışam. Bu, Azərbaycan hüquq sistemində analoqu olmayan biabırçı hadisədir.

- İttiham ərizəsi ilə tanış idiniz?

- Qətiyyən. Məhkəmə günü hakimə bildirdim ki, ittiham ərizəsi ilə tanış deyiləm. Təsəvvürünüzə gətirirsinizmi? Barəmdə həbs qətimkan tədbiri seçilib, iyunun 16-dan 18-dək iki gün istintaq təcridxanasında saxlanılmışam, ittiham ərizəsi ilə məhkəmə günü tanış oluram və kimin məni məhkəməyə verdiyini elə həmin gün öyrənirəm.

- Aydındır. Xahiş edirəm, söhbətimizə bir az əvvəl qaldığımız yerdən davam edək.

- Mən Naxçıvanda kifayət qədər tanınmış adamam və illərdir ki, həmin ünvanda yaşamadığımı muxtar respublikada bilməyən dövlət yetkilisi, demək olar ki, yoxdur. Məqsəd məhkəməyə gəlmədi görüntüsü yaradıb barəmdə həbs qətimkan tədbiri seçmək idi. Naxçıvan Şəhər Polis İdarəsindən əlaqə yaradılıb məhkəməyə dəvət olunduğum bildirildi, amma nə məqsədlə çağırıldığım deyilmədi. Naxçıvanda qeydiyyatla bağlı bir məsələ var idi və elə bildim ki, onunla əlaqədar dəvət edirlər.  Bakıda dostlarımızdan xahiş etdim ki, məhkəməyə nə məqsədlə çağırıldığımı öyrənsinlər. Çox keçmədən dedilər ki, məni xüsusi ittiham qaydasında məhkəməyə veriblər, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunuram. Sonra elektron məhkəmə portalı vasitəsilə bununla mən də tanış oldum. Maraqlıdır ki, məhkəmə portalında mənim adım qeyd olunsa da, şikayət verənin adı yazılmamışdı. Mənimlə əlaqə saxlayan polislərdən dəfələrlə tələb etsəm də, hətta vəkilim hakimlə şəxsən danışıb ittiham ərizəsinin təqdim olunmasını xahiş etsə də, ittiham ərizəsini bizə göndərmədilər. Niyə? Ona görə ki, qurama və əsassız idi. İndi dediklərimi inkar etmək fikrinə düşənlər bilsin ki, bu müsahibədə səsləndirdiyim hər bir sözün arxasında fakt var, sənəd var. Müasir dövrdə yaşayırıq. Müvafiq orqanlar telefon danışıqlarını, yazışmaları bir neçə saata əldə edə bilir.

- Sizə ittiham ərizəsi göndərilməyib, ittihamın da əsassız olduğunu bilirdiniz. Sizin mediada hər zaman geniş imkanlarınız və media cameəsində böyük nüfuzunuz olub. Həmin vaxt isə populyar bir informasiya agentliyinə rəhbərlik edirdiniz. Niyə bu məsələni o vaxt ictimailəşdirmədiniz? Nəyə görə öz ayağınızla gedib həbsə girdiniz?

  -  Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, məni o vaxt üçün çox doğma bir adamın vasitəsilə aldatdılar. Həmin şəxsin kreslosunu qorumaq üçün öz doğmalarına xəyanət edəcəyini ağlıma belə gətirməzdim.

- Naxçıvana gedəndən sonra nə baş verdi? Bildiyim qədərilə, tamamilə qanunsuz və absurd bir məhkəmə prosesi olub.

- İyunun 15-də Naxçıvana getdim. İyunun 9-da barəmdə həbs qətimkan tədbiri seçilsə də, məni həmin gün həbs etmədilər. Onun səbəbkarını dəqiq bilirəm, amma ad çəkməyəcəyəm. Hər kəs Vasif Talıbov kimi vicdansız və Allahsız deyil ki. Naxçıvanda vicdanlı məmurlar da var. Naxçıvana yeniyetmə oğlumla birlikdə getdim. Məqsədimiz bu xətadan sovuşub bir neçə gün orada valideynlərimin yanında qalmaq idi. Adını çəkmək istəmədiyim yüksək çinli məmur tapşırıq veribmiş ki, Tural Səfərov övladının yanında həbs olunmayacaq. Mənim həbsimlə bağlı Naxçıvanda ən ali səviyyədə qərar verildiyindən, onun bu prosesin qarşısını alacaq gücü yox idi.

  İyunun 16-da Naxçıvan Şəhər Məhkəməsinə getdim, hakimlə görüşmək istədiyimi bildirdim. Hardan bilim ki, məni aldadıb Naxçıvana gətirmək və həbs etmək üçün nə hoqqalardan çıxıblar? Əvvəlcə məhkəmə olacağını dedilər və müxtəlif xəstəxanalarda müəyyən sağlamlıq müayinələrindən keçirdilər. Mən ürək xəstəliyindən müalicə alırdım, amma orda mənim tam sağlam olduğumu yazdılar. Halbuki, sonra istintaq təcridxanasında müalicəni davam etdirdim və bu, apellyasiya məhkəməsinin hökmündə də öz əksini tapıb. Saxta sağlamlıq müayinələrindən sonra məni istintaq təcridxanasına apardılar. Təqribən saat 16 radələri idi. Səhər saat 10-dan o vaxta qədər, polis maşını Naxçıvan şəhərindən çıxıb Böyükdüz adlanan ərazidə yerləşən təcridxanaya gedənə qədər mənim hara aparılacağım barədə məlumatım olmayıb. Bu xırda detallara qədər ona görə danışıram ki, oxucular prosesin necə baş verdiyini anlasın, həbsimin qanuni yaxud qanunsuz olduğunu ayırd edə bilsin. Bu, Naxçıvanda hüquq sisteminin necə işlədiyini aydınlaşdırmaq baxımından da önəmlidir.

Nəhayət, iyunun 18-də o məşhur məhkəmə prosesi keçirildi. Məhkəmə iclasında hakim Gülnar Səfərəliyevaya dedim ki, mən ittiham ərizəsi ilə tanış deyiləm. Xahiş etdim ki, ittiham ərizəsi ilə tanış olmağıma şərait yaradılsın. Barəmdə may ayının 21-də cinayət işi qaldırılıb, iyunun 16-da həbs edildim, iki gün istintaq təsridxanasında saxlanıldm və mənə məhkəmə gününə qədər ittiham ərizəsi təqdim edilməyib. Heç Mozambikdə, hansısa vəhşi qəbilələrin yaşadığı yerlərdə də belə məhkəmə prosesləri olmur. Hakimə dedim ki, bu məhkəmə Azərbaycan hüquq sistemində qara ləkə kimi qalacaq. Nəhayət, mənə şərait yaradıldı və ittiham ərizəsi ilə tanış oldum. Bunun heç bir əhəmiyyəti yox idi. Çünki mənə nə qədər cəza veriləcəyini də artıq Vasif Talıbov müəyyənləşdirib. Beləliklə, mən 4 ay müddətinə azadlıqdan məhrum edildim. Bir ay istintaq təcridxanasında saxlanıldıqdan sonra apellyasiya şikayəti verdim və Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxilə ilə şərti azadlığa buraxıldım. Həmin ilin dekabr ayında amnistiya tətbiq edildi və məhkumluğum götürüldü.

Mən cinayətkar deyildim və Naxçıvan məhkəmələrinin bu qərarları ilə razılaşa bilməzdim. Ona görə də mənə bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verdik.

Fevralın 2-də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətimiz üzrə məhkəmə iclası keçirildi.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin barəmdə çıxardığı qanunsuz qərar ləğv edildi. Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından, iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə, yəni Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarıldı. Artıq mənim həbsim barədə siyasi sifariş verənlər tarixin zibilliyinə atılıb. Ona görə də Naxçıvan Ali Məhkəməsində ədalətli qərar çıxarılmasına heç bir maneə yoxdur. Ümid edirəm ki, Naxçıvan məhkəməsi Azərbaycan Ali Məhkəməsinin qərarına sayğı ilə yanaşacaq, əvvəlki səhvini düzəldəcək, ədaləti bərpa edəcəkdir.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ