Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.
O qeyd edib ki, 54 min çadır, 102 min yataq zəlzələ bölgəsinə göndərilib.
"Dünyanın ən böyük təbii fəlakətlərindən birini yaşayırıq. Zəlzələ olan 10 bölgəni fəlakət zonası elan etdik. Bu çətin günümüzdə yardım təklif edən, yanımızda olan hər kəsə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.