20/03/2023 22:41
728 x 90

Qardaş Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 5 mini keçdi... - YENİLƏNDİ

img

Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində dünən baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.

Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada yüzlərlə bina dağılıb.

Açıqlanan ən son məlumata görə, zəlzələlərdə həyatını itirənlərin sayı 5 434-ə yüksəlib, 31 777 nəfər isə yaralanıb.

Ticarət naziri Mehmet Muş Kilisdə xilasetmə işlərinin artıq başa çatdığını deyib: "Kilisdə dağıntılar altında vətəndaşımız yoxdur. Burada həyat yavaş-yavaş normallaşmağa başlayacaq".

TAHİR

Peşə etikası

Son xəbərlər