28/03/2023 09:51
728 x 90

Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır...

img

Bu gün gecə Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 76-dən çox insan ölüb, 440 nəfər yaralı var.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

Xatırladaq ki, Türkiyədəki zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.

Ciddi dağıntıların olduğu bildirilir.

Peşə etikası

Son xəbərlər