28/03/2023 09:20
728 x 90

Ceyhun Bayramov Tehran terrorunda yaralananları ziyarət etdi - FOTO

img

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı yaralananları ziyarət edib.

Bu barədə XİN-in "Twitter" hesabındakı paylaşımda deyilir.

"Bu gün, xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb", - deyə paylaşımda bildirilir.

Peşə etikası

Son xəbərlər