çərşənbə günü, 11 noyabr 2026
     

Kreml İrəvandan tam üz döndərir - ermənilər təşvişdə...

Image


Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rossiya-24” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, Ermənistanda isterikaya səbəb olub. Bu barədə danışmazdan öncə qeyd edək ki, Lavrov açıq mətnlə Ermənistanı işğalda və KTMT-yə qarşı məkrli mövqe tutmaqda ittiham edib.

Nazir bildirib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi və  Azərbaycan öz torpaqlarını geri qaytardı: “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan ərazilərini geri qaytardı”. Lavrov KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub: “Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu. Biz Ermənistanın xahişini aldıq. KTMT-nin baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistan-Azərbaycan sərhədinə getdi və KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”. Amma Lavrov Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını xatırladıb: “Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq. Sadəcə, Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”. Lavrov Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənədi imzaladıqlarını və həmin sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağını xatırladıb: “Bizə hətta gələcək addımları müəyyənləşdirmək çətindir. Çünki Almatı Bəyannaməsində deyilir ki, yeni dövlətlər arasındakı sərhədlər Sovet İttifaqına daxil olan Sovet Respublikalarının inzibati sərhədləri olacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Sovet Respublikasının tərkibində olub. Ona görə də, burada vəziyyət çoxqatlıdır. KTMT-nin bu sadə olmayan vəziyyətdə sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması faktı, düşünürəm ki, çox vacib nailiyyətdir. Bu təklif hələ də masa üzərindədir. Əgər bizim ermənistanlı müttəfiqlərimiz, dostlarımız əvvəlki kimi bunda maraqlıdırlarsa, KTMT sülhməramlı missiyasını bir-iki gün ərzində yerləşdirmək olar”.

Ermənistan parlamentinin iqtidaryönlü deputatı Sarqis Xandanyan “Azatutyun” radiosuna müsahibəsində vurğulayıb ki, baş verənlərə görə Ermənistanı ittiham etmək lazım deyil və KTMT özü günahkardır: “Təəssüflər olsun ki, KTMT reallığı nəzərə almır və baş verənlərə qiymət vermir”. Lavrovun Ermənistanın uzun illər Azərbaycanın Qarabağ ətrafındakı 7 rayonunu işğal altında saxlaması, problemin həlli ilə bağlı Moskvanın təkliflərini rədd etməsi, bundan sonra Azərbaycanın ona məxsus torpaqları geri qaytarması ilə bağlı bəyanatına cavab olaraq erməni deputat bildirib ki, Ermənistan Rusiyanın bu mövqeyndən narazıdır: “Xeyr, bütün danışıqlar prosesi zamanı aydın idi ki, Ermənistan istənilən varianta razılaşdığı anda Azərbaycanın tələbləri getdikcə daha da artacaq və bu halda onlar Ermənistan üçün qəbuledilməz həddə çatacaq. Ona görə də Ermənistanı heç bir nəticə əldə etməməkdə qınamaq olmaz. Mən burada Ermənistanı günahlandırmağı məntiqli hesab etmirəm. Yaxşı olar Rusiya öz hərəkətlərinə baxsın”. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyantsın sözlərinə görə, Lavrovu ittiham etmək olmaz. Çünki Azərbaycan Rusiya və Qərb üçün daha vacib ölkədir: “Problem bizdədir, bizdə həmişə reallıqla heç bir əlaqəsi olmayan bir gözlənti meydanı yaradan qüvvələr var. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı varsa, ona qarşı sanksiyalar tətbiq edə bilməz. Bu bir mesajdır ki, gedin, Azərbaycanla dialoq yolu ilə öz problemlərinizi həll etməyə çalışın və Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq üçün alət axtarmağa çalışmayın. Bu cür mesajlar nəhayət siyasi sahəmizin müəyyən hissəsinin illüziyalarını kökündən qopara bilər. İnsan illüziyalarla yaşaya bilməz. Həm Moskva ilə əlaqəli olan ruspərəstlər, həm də Brüssel və Vaşinqtonla əlaqəli olan qərbpərəstlər cəmiyyətdə bir tərəfdən Rusiya hakimiyyətinin, digər tərəfdən isə Avropa İttifaqı və ABŞ səlahiyyətlilərinin müəyyən etmədiyi gözləntilər zolağı yaradırlar. Bəli, Avropa İttifaqı Azərbaycana qarşı əməli addımlar atmayacaq. Hər şeyə daha çoxqatlı baxmalıyıq. Həm Rusiyanın, həm də Qərbin Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edəcəyi və ya sərt addımlar atacağı ən azından sadəlövhlükdür. İstər Qərb tərəfdaşlarımız, istərsə də Moskva üçün Azərbaycan Ermənistandan qat-qat vacib tərəfdaşdır”. Rusiyalı politoloq Aleksey Naumov Lavrovun dediklərini təsadüf saymır: “Lavrovun sözləri Kremlin Cənubi Qafqaz regionunda ümumi xarici siyasət çərçivəsində Ermənistana münasibətini dəyişmək niyyətindən xəbər verir. Uzun illər Rusiyanın bu regiondakı siyasəti Ermənistanla müttəfiqlik sazişinin mövcudluğuna və Azərbaycanla dost, lakin təmkinli münasibətlərə əsaslanırdı. Hazırda İrəvan Bakı ilə münasibətlərinin nizamlanmasında Moskvanın vasitəçiliyindən imtina edir, Ermənistan liderləri və ilk növbədə Nikol Paşinyan Rusiya diplomatiyasına, sülhməramlılarına və ümumilikdə Kremlə qarşı təhqiramiz hücumlara yol verir. Buna görə də Rusiya Ermənistanla münasibətləri yenidən nəzərdən keçirməyə başlayır. İrəvanla müttəfiqlikdə Rusiya ancaq təhqir görür. Ermənistan daim yeni müttəfiqlər, vasitəçilər axtarır və Rusiyanın maraqları ilə rahat şəkildə alver edir. Azərbaycan isə, Rusiyanın düşdüyü çətin vəziyyətə baxmayaraq, müttəfiqlik öhdəliklərini yerinə yetirir və dostluq münasibətlərini tam şəkildə saxlayır. Rusiya ilə Azərbaycan arasında faktiki müttəfiqlik münasibətləri barədə bəyanat 2022-ci il fevralın 22-də, hamının Rusiyadan üz döndərməyə hazır olduğu vaxt verilib. İndi biz bunun Rusiya rəhbərliyinin çıxışlarında necə rəsmiləşdiyini görürük. Lavrovun bəyanatını alqışlayıram, çünki bu gün rus kabinetlər Rusiyanın Cənubi Qafqazda əsl dostu, müttəfiqi və tərəfdaşının kim olduğunu anlamağa başlayıblar”. Erməni analitik Hraçya Qalustyan isə məsələnin başqa tərəfinə nəzərə salır: “Şübhə etmirəm ki, Bakı Rusiyanın Baş naziri Mixail Mişustinin sözünə çox sevinəcək. Mişustin Ermənistanın Baş naziri Paşinyanla görüşündə bildirdi ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının tərəfdarıdır. Üstəlik, o, Laçın yolunda baş verənlərlə bağlı konkret heç nə demədi. Artıq Kreml açıq şəkildə Cənubi Qafqazda Azərbaycanı dəstəklədiyini vurğuladı. Söhbət ilk növbədə Zəngəzur dəhlizi layihəsindən gedir. Məlumdur ki, rəsmi Bakı əminliklə - Ermənistan razı olsa da, olmasa da - bu planı həyata keçirəcəyini qeyd edib. Paşinyan görüşdə Laçın yolundakı vəziyyətə diqqət çəksə də, Rusiya heç nə etmək fikrində deyil. Onların diqqəti Ukrayna ilə müharibəyə yönəlib. Kreml yenə uçot dərəcəsini yüksəltmək üçün oynayır. Rusiya Prezidenti Vladimir Putinin anlayışına görə, Kremlin dünya hökmranlığı uğrunda mübarizədə sadəcə olaraq uduzmağa haqqı yoxdur. O, ABŞ-ı dünya hegemonluğu taxtından sıxışdırıb çıxarmağı planlaşdırır. Bundan sonra digər dövlətlərlə məşğul olmaq asan və sadədir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ