çərşənbə günü, 11 noyabr 2026
     

Terrorda Tehranın əleyhinə daha 2 fakt - terrorçunun avtomatı və şizofreniya məsələsi…

Image


Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadənin silahı necə əldə etməsilə bağlı sosial şəbəkələrdə maraqlı məlumat paylaşılıb. Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan “Kalaşnikov AK-47” markalı avtomatdır:

“Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi “N-12067”-dir. Bu da onun İranda nömrələndiyini göstərir. Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb. Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib”. Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur.

Eyni zamanda müəyyən olunub ki, Azərbaycanın Tehranda yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bu barədə İran mətbuatı məlumat yayıb.

Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə, şizofreniya da daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir.

Bu iki fakt terror aktının törədilməsində İran rəsmi dairələrinin aşkar izini müəyyən edirmi? O da məlum olur ki, İran terroru törədən şəxsə “şizofreniya xəstəsi” adını qoymaqla ustalıqla terror versiyasını arxa plana keçirmıyə cəhd edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bu faktlar terrorun İran dövləti tərəfindən təşkil olunduğunu sübut edir: “ Əvvəldən də məlum idi.  Görüntülərdən məlum  olur ki, terrorist  səfirliyimizə daxil olanda İran mühafizəçisi heç bir reaksiya vermir. Ona hansısa bir sənəd göstərib, keçə bilir. Burada avtomat silahın da artıq İran dövlətinə məxsus olması öz təsdiqini tapır. Bu onu göstərir ki, onlar bu işi qurublar, onu silahlandırıb göndəriblər. Ruhi xəstəxanaya salmaqla bağlı məsələdə onu müdafiə etməyə çalışırlar ki, guya ağlısız adamdı. Ağılsız adamdısa, əlində silah İran qərargahını niyə dağıtmır? Və yaxud deyirlər ki, Azərbaycan kökənlidi. Elədirsə, bilir ki, Azərbaycan Ermənistanla düşməndir. Ermənistan səfirliyini niyə dağıtmır? Deməli bu, İran rejiminin siyasi baxışlarının terror qismində təzahürüdür, bilərəkdən qurublar. İranda qaydadır bu, öz adamlarını da müdafiə edirlər. Mən həbsda olanda, xatırlayıram ki, İran tərəfdən xeyli narkotik gətirənlər həbs olunmuşdu. İki dövlət arasında məhbusların dəyişdirilməsi ilə bağlı İranla Azərbaycan arasında razılaşma var idi. Cəzasını çəkib qurtarmayan məhbusları İrana verirdilər. Narkotik daşıyanları İran dərhal ora çatan kimi buraxırdı. Çünki öz adamları idi. Bu adamı da ağılsız kimi göstərib dəlixanaya salmaq o deməkdir ki, onu oradan buraxacaqlar. Məsələ burasındadır ki, İran tərəfinin nə cür davranmasından asılı olmayaraq, bütün bunlar artıq sübut olmuş məsələdir. Özlərinə bəraət qazandıra bilməzlər. Çünki bu adamın çox təzadlı davranması, terrordan dərhal sonra İran televiziyalarının  ondan müsahibə alınması təəccüb doğurur. Dünyanın heç bir yerində belə şey görünməyib. Həbs olunan kimi dərhal saxlanılıb, istintaqa cəlb edilməlidir. O isə ictimaiyyətə müraciət edir, fikirləri yayılır. Bu birmənalı şəkildə bir oyundur. İranın Azərbaycana qarşı düşmənçiliyinin nəticəsidir. Mən qeyd edirəm ki, əslində həm də müharibə elanıdır. Təkcə Quzey Azərbaycan Respublikası deyil, Güney Azərbaycanda olan 40 milyonluq insanımıza qarşı müharibə elan etməkdir. 40 milyon azərbaycanlı bu məsələdə səsini qaldırmalıdır. Dediyimi bir daha təkrarlayıram ki, bu cinayətkar Azərbaycana təhvil verilməlidir. İran qanunlarına görə İran ərazisində bu cinayət törədilirsə, onlar ittiham etməlidir. Amma hadisə Azərbaycan ərazisində baş verib. Çünki səfirlik Azərbaycan ərazisi sayılr.  O zaman bizim qanunlar əsas götürülməlidir. Biz onu alıb, özümüz  istintaq etməliyik. Onların bu cür primitiv müdafiə üsulları qurması lazımsızdır. Ola bilər ki, həmin adamı bizə verməsinlər. Hər halda cəmiyyət də, dövlətimiz də, diasporda olanlarımız da, Güneydə yaşayan 40 milyon insanımız da bilməlidir ki, vəziyyət nə yerdədir və adekvat addımlar atılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ