Bazar günü günü, 04 oktyabr 2026
     

Cənublu fəal molla rejiminin işgəncələrindən Türkiyəyə sığındı… - MÜSAHİBƏ

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz Türkiyədə yaşayan və 1979-cu ildə Guney Azərbaycanın  Urmiya şəhərində doğulan Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Arazdır.

İlkin gəncliyindən milli mücadiləyə qoşulan Məcid Cavadi Araz molla rejimi tərəfindən işgəncələrə, izləmələrə, həbsə məruz qoyulub. 2002-ci ildə Türkiyəyə ali təhsil almağa gedən Məcid Cavadi sonradan bütünlükdə həyatını bu ölkəyə bağlayıb, əlbəttə, bir gün Güneyə əbədi dönmək ümidi ilə. Əvvəllər yurd içinə, yəni doğma Urmiyaya getsə də, 2011-ci ildən sonra molla rejiminin təqiblərinin ucbatından Vətəninə gedə bilmir. Türkiyə vətəndaşlığı alıb, orada çox şaxəli fəaliyyət göstərir.

  • “1997-1998-ci illərdən Azərbaycan Milli Hərəkatına qoşuldum”

Qardaş ölkədə yaşayan Məcid Cavadi Arazla vatsap üzərindən əlaqə saxlayıb müsahibə götürdük. Həyat hekayəsini onun öz dilindən öyrənin.

- Məcid bəy, özünüz barədə kiçik bir məlumat verin, ailəniz barədə danışın. Sizi necə tanıyaq?

- Atam-anam Mərəndin Yekan kəndindəndir. Amma mən özüm Urmiyada doğulub boya-başa çatmışam. 2002-ci ildə 23 yaşım olarkən ali təhsil almaq üçün Türkiyəyə gəldim. Ali təhsilimi Türkiyədə bitirdim Burada Orta Doğu Texnik Universitetində baş mühəndis vəzifəsində çalışıram. 20 ildir Türkiyədə yaşayıram, türk vətəndaşıyam…

- Eyni zamanda da çox aktiv ictimai-siyasi fəaliyyətlə məşğulsunuz. Bu barədə nə deyərdiniz?

- 2006-cı ildə qurulan Azərbaycan Milli Dirəniş Hərəkatının qurucu üzvüyəm, hazırda hərəkatın sözçüsüyəm. Təşkilatımızın yaranmasının 17-ci ili tamam olur. 2006-cı ildən bu təşkilatda fəaliyyət göstərirəm. Ondan əvvəlki illərdə də ictimai-siyasi proseslərdə aktiv olmuşam. 1997-1998-ci illərdə Azərbaycan Milli Hərəkatında fəaliyyətim olub. 1997-1998-ci ildə Azərbaycan milli hərəkatının içindəyəm. 2006-cı ildən də Azərbaycan Milli Dirəniş Hərəkatında fəaliyyətimi davam etdirirəm. Bir müddət əvvəl isə Mərkəzi Şura tərəfindən təşklatın sözçüsü təyin edildim. Eyni zamanda da təşkilatımızın yayın orqanı olan “Araznyus”mediasının da koordinatoruyam, yəni sorumçusuyam.  “Araznyus” da 2010-cu ildən fəaliyyət göstərir, təşkilatımızın yayın orqanıdır, Güney Azərbaycanın ən tanınmış medialarından biridir. İnternet televiziyamız var, sosial media hesablarımız çox aktivdir, veb səhifəmiz var. Bu cür fəaliyyətlərimi davam etdirirəm. Özüm də Ankarada yaşayıram.

- Güney Azərbaycana, doğma Urmiyaya gedib-gəlirsizmi?

- 2011-ci ilə qədər yurd içinə gedib-gəlirdim, amma Urmu gölü olaylarından sonra yurd içinə gedə bilmirəm.

- Urmiya Azərbaycanın qədim dövlətlərinin olduğu ərazidir, mədəniyyətimizin, tariximizin, dövlətçiliyimizin ilkin ocaqlarından biridir, Urmiya gölü də özündə böyük bir tarixi yaşadıb. Deyirsiz ki, Urmu gölü ilə bağlı etirazlardan sonra ora gedə bilmirsiz. Onda belə başa düşürük ki, getməyinizə molla rejimi mane olur. O dövrdə siyasi aktivliyiniz var idimi?

- Təbii ki... Dediyim kimi, mən 1997-1998-ci ildən Azərbaycan Milli Hərəkatına qoşuldum. Mən milli hərəkata qoşulanda 18 yaşım vardı və o dövrdən milli hərəkatın içindəyəm. Güney Azərbaycanda yaşadığım illərdə hər zaman İranın əmniyyət orqanlarının təzyiqləri ilə qarşı-qarşıya qalmışam, dəfələrlə istintaqlara çəkilmişəm. 2011-ci ilə qədər siyasi fəaliyyətimi açıq kimliklə etmirdim. Çünki təşkilatı fəaliyyətin cəzası orada bam-başqadır. Urmu gölünün qurudulmasına qarşı ən şiddətli etirazlar 2011-ci ildə oldu. Yay ayları idi. O illərdə Türkiyədə tələbə idim. Amma yayda tətil üçün Urmiyaya gedirdim. Mən də o etirazlarda iştirak edirdim. Məni Urmiya gölünün qurudulmasına qarşı etirazlar təşkil etməkdə suçlayaraq 2011-ci ilin yayında  həbs etdilər.  Göz altında qaldım, məhkəmə prosesi davam etdi, proses getdiyi zaman təhsilimi davam etdirmək üçün Türkiyəyə gəldim.

Türkiyədə idim mənə həbs cəzası kəsildi.

- İstintaq altında olduğunuz halda bəs ölkədən necə çıxmışdınız?

- Vəsiqə (girov) qoymuşdum. Tutuqsuz yarqılanmam üçün ora qoyduğum vəsiqəni ödəmək zorunda qaldım. 2011-ci ildən sonra vəziyyət kəskinləşmişdi. Həbs cəzam olduğu üçün artıq ora qayıtmadım. 2011-ci ildən sonra isə artıq öz adımla, kimliyimlə açıq fəaliyyətimə davam etdim.

- Bəs ailənizin taleyi necə oldu? Onları incitmirlər ki? Valideynlərinizin, qardaş-bacınızın vəziyyəti necədir?

- Atam rəhmətə gedib.

- Allah rəhmət eləsin.

- Allah ölənlərinizi bağışlasın. Atam mənim həbsə düşməyimdən bir neçə il əvvəl rəhmətlik olmuşdu. Bir yaşlı anam var. Özümüz də altı qardaş-bacıyıq. Dördümüz bu dəqiqə Türkiyədəyik. Böyük qardaşımla böyük bacım Urmiyadadırlar. Onlar yaşda məndən böyükdürlər. Bacımın nəvələri var. Buradakı qardaşlarımın hər üçü də milli hərəkatla məşğuldur, milli mücadilənin içində olan insanlardır. Buradakı qardaşlarım da artıq son illər yurd içinə gedib-gəlmirlər. Onlara qarşı da müəyyən təzyiqlər var.  Anam da yaşlı insandır. Deyim ki, indiyə qədər anama bir təzyiq olub, doğru olmazdı. Problem bu şəkildə olub - molla rejiminin istihbaratı, əmniyyət qurumları dəfələrlə evimizdə axtarış aparıblar, evi töküb-dağıdıblar, bunlar hamısı, əlbəttə, anama əziyyətdir...Sürəkli şəkildə evimizdə axtarış aparıblar.

- Ananız Urmiyadadır?

- Xeyr, hazırda Türkiyədədir, yanımızda. Həmişə qışı Türkiyəyə gəlir, yayı Urmiyaya qayıdırdı, amma indi burdadır.   

Fəaliyyətimlə bağlı bir məqamı da demək istəyirəm. 1997-ci ildə reformist Hatəmi prezidentliyi qazandı. Mən onda o reformistlərə qarışırdım, onlarla ünsiyyətdə olurdum. Siz qüzeydə millətimizə daha çox azərbaycanlı deyirsiz, biz isə özümüzü daha çox türk olaraq tanıyırıq. Azərbaycan bizdə bir coğrafi ərazi kimidir. Bizdə hamı türkəm deyir. O zaman reformistlərlə ünsiyyətdə olurdum, mitinqılər olurdu, deyirdilər, danışırdılar. Mən də yanlarına gedib-gəlirdim. Onlara suallar verirdim cavab alırdım. Bir dəfə onlara sual verdim ki, indi İranda hər şey reformistlərin əlindədir, bəs bizim buradakı haqlarımız, dilimiz, mədəniyyətimiz, ana dilində təhsilimiz necə olacaq, sizin bir reformist olaraq bizimlə bağlı proqramınız nədir? Hamısı mənə eyni cavabı verdilər, dedilər ki, İranda türk yoxdur, bu sözlər hamısı Türkiyədən gəlmə, Atatürkün məmləkətimizə yaydığı sözlərdir, bunu yığışdırın, türk-filan yoxdur, siz hamınız iranlısınız, əsli aryan  irqli adamlarsınız. Bu çox uzun söhbətdi. Mən onlardan incik qaldım ki, bunlar nə danışır axı? Mən atamdan, anamdan eşitmişdim ki, biz türkük. Kənddəki xannənəmdən, qoca bimimdən bizim türk olduğumuzu eşitmişik. Amma bu adamlar mənə “sən türk deyilsən, əsl aryan irqindən gələn azərisən, türk dilini də unutmalısan” deyirdilər. Halbuki, oxuyurdum, mütailəm vardı, bilirdim. Reformistlərin də niyyətini bildim. Həmin dövrdə özümü bir seçim qarşısında qoydum ki, ya ata-anamdan, ailəmdən, böyüklərdən eşitdiyim türklüyü, ya da bunların dediyini seçməliyəm, türklüyü seçdim. O adamların dedikləri beynimə batmadı. Necə olur ki, bu dil Türkiyədən gəlib, Türkiyənin dilidir, siz bu dili buraxmalısınız deyirdilər. Atatürk mənim kənddəki yaşlı bibimə, xannənəmə bu dili necə gətirib verib? Onların dediyi heç cür məntiqə sığmırdı. Bizim aşıqlarımız, bayatılarımız, tapmacalarımız, atalar sözlərimiz, dastanlarımız var, xannəmin bizə danışdığı nağıllar, yaşlı bibimin gecə bizə oxuduğu laylalar var. Bunların hamısını bizim millətimizə Atatürkmü öyrətdi? Zatən Türkiyə türkcəsi fərqlidir, Atatürk fərqli ləhcədə danışıb.

Molla rejiminin bu cür əsassız, məntiqsiz fikirlərinə görə 1998-ci ildə seçim etdim, yolumu bəlli etdim. Getdim millətçi kəsimin yanına. Bizim oralarda o zaman millətçilik, türkçülük, Azərbaycançılıq yeni-yeni oluşurdu. Urmiya Güney Azərbaycanın ikinci ən böyük şəhəridir. O dövrdə üst-üstə toplasaq  bizim şəhərdə 20-30, maksimum 50 nəfər Azərbaycançı, türkçü vardı, ondan artıq yoxdu. Gedib onları tapdım, onlara qoşuldum. Bunlar professor Zehtabinin tələbələri idilər.

Bilmirəm, professor Zehtabinin fəaiyyəti ilə tanışsız?

- Barəsində məlumatımız var.

- Zehtabini mütləq oxuyun. Professor Zehtabi Güneydə bizim Azərbaycan milli hərəkatının 90-lardan sonra oluşan mərhələsinin fikir babasıdır. Pişəvərinin dövründə 17-18 yaşlı gənc imiş. Milli Hökumət yıxılandan sonra Bakıya gəlib, uzun illər orada yaşayıb, oxuyub. Bir müddət Bağdada gedib universitetdə Azərbaycan dili dərsi verir, Azərbaycan türkləri ilə bağlı kitablar yazır. 1979-cu ildə Güney Azərbaycana gəlir, burada həbsə düşür, sonra çıxır. Professor Zehtabi 90-lardan sonra şəhər-şəhər gəzirdi. Təbrizdə, Şəbistərdə, Urmiyada, Sulduzda, Ərdəbildə, Zəncanda, Salmasda və başqa şəhərlərdə  tarix kursları açırdı. Bu kursların adı tarix idi, amma orada gənclərə Azərbaycan, türk ideyasını, milli düşüncəni aşılayırdı. Mən də onun tələbələrinə qoşuldum...

- Güneydəki proseslərə münasibətiniz necədir?

- Heç bir hadisəni tarixi köklərinə baxmadan doğru-düzgün analiz etmək olmaz. Əslinə baxsanız, bizim bugünkü hərəkatın 120 illik bir keçmişi var. 1905-ci il Məşrutə  inqilabından bəri Güney Azərbaycanda öz müqəddəratına hakim olmaq, öz müqəddəratını təyin etmək mücadiləsi davam edir. 1905-ci il Məşrutə inqilabının, 1920-ci ildə Xiyabani hərəkatının, 1945-ci ildə Milli Hökumətin, 1979-cu ildə Şəriətmədari hərəkatının ana xəttini Güney Azərbaycandakı türk millətinin öz müqəddəratına bu və digər şəkildə hakim olmaq istəyi təşkil edib. Bu gün də bizim mücadiləmiz eyni xətdə davam edir. Ola bilsin, zamana uyğun olaraq bizim sloqanlarımız, söyləmlərimiz, sözlərimiz, formullarımız şəkil dəyişdirib, amma özü, mahiyyəti eynidir. Bu gün bizim millətimiz öz müqəddaratına hakim olmaq istəyir. Təbii ki, öz müqəddaratına hakim olmağın ən ali, ən yüksək forması istiqlaliyyətdir. Bu bizim idealımızdır, ülkümüzdür. Amma dediyim kimi, bu dünən və bu gün meydana çıxmış bir məsələ deyil, bunun 120 illik bir keçmişi var. Özəlliklə, 1991-ci ildə Quzey Azərbaycan müstəqil olandan sonra birmənalı şəkildə bizim hərəkatımız siyasiləşib, təşklatlanıb, təşəkküllənib. Artıq bizim siyasi təşkilatlarımız formalaşıb, ideyalarımız, qurum və quruiluşlarımız formalaşıb. Bu gün bizim millətimizin bölgədə davam edən siyasi olaylara münasibəti aydındır. Təşkilatlarımızın yaydıqları bəyanat ortadadır. Bizim gözümüzdə İranda müstəmləkəçi, faşist, geriçi, irqçi bir rejim var ki, onun təməlində fars milliyyətçiliyi dayanır. Onun ideologiyası odur, sadəcə üstünə bir şiəçilik, şuibiçilik çəkilib. Bizim millətə, bütün qeyri-farslara müstəmləkəçi müamiləsi edir. İranda yurd içində, yurd dışında, beynəlxalq arenada legitimliyini itirmiş bir hakimiyyət, rejim var. Bu yıxılmağa məhkumdur. Yıxılma prosesi başlayıb. Son aylardakı etirazlar bunu açıq şəkildə göstərdi. Enində-sonunda bu rejim getməlidir. Bu rejim gedərkən də bizim millətimiz öz müqəddəratına hakim hakim olmalıdır. Xalqımız bu rejimin Azərbaycana qarşı terror hərəkətlərinin, səfirliyə terror hücumunun, onun gedib Ermənistana dəstək olmasının, onun yanında dayanmasının fərqindədir. Mücadiləmizin 120 illiyinin tamamında biz öz milli müqəddəratımıza hakim olmağı planlayırıq. Bunun da ən ali, uca forması, beynəlxalq və bölgəsəl şərtlər imkan verərsə, istiqlaliyyətdir...Azərbaycan milli hərəkatı olaraq bunun üçün əlimizdən gələni edəcəyik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ