Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Qərbi Azərbaycanın barbarlıq qurbanı olmuş 400-ə yaxın məscidi... - II yazı

Image


“Tariximizin izi ilə” rubrikasında Qərbi Azərbaycanda mövcud olmuş, hazırda yalnız barələrində məlumatlar qalan məscdilərimizdən, dini ibadət ocaqlarımızda danışacağıq. Gizlin deyil ki, bu abidələr birbaşa erməni vandaliziminin qurbanı olub, onlar bu məscdiləri qəsdən, bizim izimizi oradan silmək üçün dağıdıblar. Düzdür, XX əsrin əvvəllərində də məscidlərimiz dağıdılıb, bu da bolşevik və daşnakların əli ilə baş verib. 

Bildiyimiz kimi, təkcə İrəvan və Zəngəzur tərəfdə 400-ə yaxın məscid olub. Biz bu məscidlərin əksəriyyəti barədə ötən yazımızda məlumat verdik. Bu yazımızda da mövzunu davam etdirəcəyik.

  • Məscidlərimizin soyqırımı…

İrəvanın məşhur Dəmirbulaq məhəlləsindəki XVII-XVIII əsrlərə aid olan Dəmirbulaq məscidi barəsində çox yazılıb, çox danışlıb. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün Dəmirbulaq məscidi, məscid binasının üstündə düzəldilmiş günlüyə görə isə Günlüklü məscid adlandırılırdı. Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən 1909 əsrlərdə tikdirilib. 1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb, talan edilib və yandırılıb.

Arcut kənd məscidi də Qərbi Azərbaycanın qədim məscidlərindəndir, bu məscidin 1041-ci ildə inşa edildiyi vurğulanır.

Dəmirçi kənd məscidi barədə də danışmaq yerinə düşərdi. XX yüzilin əvvəllərində tikilən və kəndin mərkəzində yerləşən məscid 1940-cı ilə qədər fəaliyyət göstərib. 1960-cı ildə yenidən açılıb və 1988-ci ilə qədər ibadətə açıq olub. Kəndin adı rəsmi sənədlərdə digər adı ilə - Şorlu Dəmirçi kimi qeyd olunur.

Mehmandar kəndində mövcud olmuş Hacı Abbas ağa məscidi 1840-cı ildə Hacı Abbas ağa tərəfindən tikilib. Məscidi inşa etmək üçün Türkiyə və İrandan ustalar gətirilib. 1919-cu ildə kənd əhalisi qırğınlara məruz qalıb qovulduqdan sonra yandırılıb. Sovet hakimiyyəti illərində kəndə qayıdan əhali məscidi təmir etdirib. Sovet hakimiyyəti dövründə məscid kimi istifadə olunması qadağan edilsə də, müxtəlif cür istifadə olunub. 1988-ci ildə kənd əhalisi deportasiya edildikdən sonra məscid dağıdılıb. Xələc kənd məscidinin isə 695-ci ildə tikildiyi qeyd edilir. Onun tikilmə tarixi giriş qapısının üstündə ərəb əlifbası ilə yazılan lövhədə qeyd olunub. Çay daşı və ağ əhənglə hörülən məscidin pəncərə və qapı kənarları ağ mərmər daşla əhatə olunub. Məscid qapısının üstündə böyük oval mərmər daşın üstündə ərəb əlifbası ilə yazılar yer alır. Uzunluğu təxminən 15 metr, eni 5 metr olan məscidin damı tünd qəhvəyi rəngdə dəmir tavan örtüyü ilə örtülüb. Məscidin 1 metr enində qalın tünd qəhvəyi rəngdə taxta giriş qapısı və qabaq hissədə qapının sağ tərəfində başları oval iki ədəd dəmir çərçivəli kiçik pəncərəsi var. 2012-ci ildə çəkilmiş bir videoda məscidin hələ də salamat olduğu görünür.

Qaraçanta kənd məscidi isə 1909-cu ildə kənd sakinləri Haqverdi və Elləzin maddi köməkliyi ilə tikilib. 1918-ci ildə daşnaklar tərəfindən yandırılıb, sonra kənd əhalisi tərəfindən təmir edilib. 1988-ci il deportasiyasından sonra dağıdılıb

Qızılbulaq kənd məscidində yerləşmiş Çaxırlı Məscidi 1870-ci ildə Axund Qəfərin təşəbbüsü ilə kənd ağası Böyükağa tərəfindən tikilib. Burada həm kənd sakinlərinə həm də ətraf bölgələrdən gələnlərə dini təhsil verilib. 1917-ci ildə məscid dağıdılıb.

  • Məşhur fransız səyyahı Jan Şardən qeydləri...

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan məscdilərimiz barədə maraqlı tədqiqat aparıb. O bu barədə yazır ki, hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadətgahların mövcud olmasıdır. “Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir memarlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılmışdır.

İslami dəyərlərin həyat normasına çevrildiyi qədim İrəvan şəhərində onlarla məscid mövcud olsa da, gah aramsız müharibələr, gah da tez-tez baş verən zəlzələlər nəticəsində onların bir çoxu tamamilə yer üzündən silinib. İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında həm müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların, həm də Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür.

Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinib.

1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi.

Məşhur fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olmuş və şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haqqında məlumat vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır. [255] J.Şardəni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (türbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb. Erməni tarixçisi Tatevos Hakopyan 1971-ci ildə İrəvanda erməni dilində çap olunan “İrəvanın tarixi (1500-1800)” monoqrafiyasında qeyd edir ki, çox güman ki, Div Sultan məscidi günümüzədək gəlib çatan Göy məscidin yerində olmuşdur və 1679-cu il zəlzələsi zamanı dağılmışdır.

1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Qravüraçı Erkül Nikole Dyubua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır”.

  • “Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə yeksan etmişdilər”

N.Mustafa bayaq barəsində danışdığımız Dəmirbulaq məscidi ilə bağlı maraqlı fakt təqdim edir. “Ermənistan SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayışda Babayev Əkbər Cəfər oğlunun Dəmirbulaq məscidinin icraiyyə orqanının sədri olduğu göstərilmişdir. Həmin orqanın 2 iyun 1985-ci ildə verdiyi digər arayışda Myasnikyan rayonu, Nərimanov küçəsi-145 (hazırda Vardanans küçəsi) ünvanında yerləşən Dəmirbulaq məscidi üçün siqnalizasiya quraşdırılması məsələsi qaldırılmışdır.

1988-ci ilin fevralında Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki  Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən - Dəmirbulaq məscidindən bəhs etmişdir. R.Kullen yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R.Kullenə söyləmişdir ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R.Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostu ona söyləmişdir.

Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir. Dar daş pilləkənlər məni ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş bir məkana gətirib çıxartdi. Mən demək olar əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə etdiyi məscid vardı. Lakin həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab etməyərək (müəllif burada “fars məscidi” adı altında “bərpa edilən” Göy məscidi nəzərdə tutur - N.M.) uçurmuşdular.

Bu məkan çox acınacaqlı və baxımsız bir yer təəssüratı yaratdığı üçün məndə şübhə oyatdı: bəlkə mən ünvani səhv salmışam. Pilləkənin aşağısında güllü paltarda açılıb-qatlanan stulda bir qarı oturmuşdu. “Burada nə vaxtsa məscid olmuşdu?” - yuxardakı meydançanı göstərərək, mən ondan soruşdum.

- Hə, olub, - o cavab verdi.

- Bəs onunla bağlı nə baş verdi?

- Biz ona axırıncı günə qədər əl vurmadıq, o vaxta qədər ki, onlar Bakıdakı erməni kilsəsini dağıtmamışdılar.

Mənə elə gəlir ki, o, 1990-cı ilin əvvəlindəki hadisələri nəzərdə tuturdu.

- Bəs siz onu niyə dağıtdınız?

- Onu niyə saxlamalıydıq ki? - o, çiyinlərini oynatdı. - Biz xristianıq, onlar müsəlman. Azərbaycanla problemlər başlayan kimi, bizim ermənilər gəlib onu 3 günə dağıtdılar. Onlar xüsusi texnika gətirdilər, adını da bilmirəm hansı ki, bax belə edir - və o, ovucunu yelləyərək buldozerin hərəkətlərinə oxşadırdı…

Mən ehtiyatla bildirdim ki, tikililərdən insanların əməllərinə görə qisas alınmamalıdır.

- Doğrudur, divarları günahlandırmaq olmaz - deyə, qadın mənimlə razılaşdı. Ancaq onlar (yəni erməni vandalları - N.M.) hər şeyə qarşı müharibə aparırlar…”.

Görünür, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə yeksan etmişdilər.

Bakıdakı erməni kilsəsinin sökülməsi xəbəri məqsədli şəkildə yayılmışdı ki, Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus mədəni irsin yer üzündən silinməsinə ermənisayağı bəraət qazandırılsın...”

Alim vurğulayır ki, doğrudan da, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni soyqırım həyata keçirilib…

Biz bu yazıda ermənilərin məscidlərimizə qarşı törətdiyi vandalism aktının az bir hissəsini təqdim etdik, amma indiki Ermənistan ərazisində 1988-ci ildən indiyə qədər bütün məscdilərimiz dağıdılıb, məhv edilib. Bircə İrəvandakı Göy Məscid saxlanılıb, onu da saxtalaşdıraraq “fars məscidi” olaraq təqdim edirlər. Azərbaycan xalqının tarixi irsi erməni vandalizminə məruz qalıb və beynəlxalq aləm, beynəlxalq məhkəmələr buna biganə qalmamalı, Ermənistana qarşı tədbirlər görməlidir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirilir

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ