çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

25 samballı alimin tədqiqatı - "Arsak" sözünün ermənilərlə heç bir bağlılığı yoxdur" - FOTO

Image


Noyabrın 4-də Atatürk Mərkəzində Azərbaycan Respublikasının Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində təşkilat komitəsinin üzvləri, müəlliflər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini açan Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova 44 günlük Vətən müharibəsindən, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilməsindən danışıb. O qeyd edib ki, “Arsak: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib və eyni adla Azərbaycan, ingilis və rus dillərində kitab çap olunub. Konfransın təşkili və kitabların çapı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. F.Əhmədova bildirib ki, kitablarda 25 müəllifin "Arsak" sözünün mənşəyi, etimologiyası, qrammatik şəkilləri və tələffüzü, həmçinin Arsak bölgəsinin tarixi, coğrafiyası, inzibati mənsubiyyəti haqqında sanballı elmi mənbələrə əsaslanan məqalələr yer alıb. Bu tədqiqatlarda sübut olunur ki, “Arsak” sözünün, bölgəsinin ermənilərə heç bir aidiyyəti yoxdur.

F.Əhmədova ilk olaraq sözü Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağıya verib. A.Nağı erməni saxtakarlığının tariximizə, milli-mənəvi dəyərlərimizə vurduqları ziyandan danışaraq “Arsak:tarix və müasirlik” kitabının əhəmiyyətini qeyd edib. Kitabda verilən məqalələrdə yerli və xarici kitabxanalarda, elmi fondlarda saxlanılan sanballı tarixi mənbələr əsasında Azərbaycana məxsus tarixi adlar və ərazilər haqqında söhbət açılır, ermənilərin yazdıqları təhrif edilmiş tarixi əsərlər ifşa olunur. O, bildirib ki, kitabın  Azərbaycan, ingilis və rus dillərində çap olunması düşmənin saxta təbliğatına böyük zərbə vuracaq.

Təqdimatda iştirak edən professorlar Qasım Hacıyev, Əli Abbasov, digər müəlliflərdən fəlsəfə doktorları Gültəkin Nəcəfli, Ramin Əlizadə, Şamil Mehdi, Elxan Həsənli və başqaları çıxış edərək bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsindən danışdılar.

Təqdimat mərasimində Prezident Administrasiyasının məsul şəxsi Hatəm Cabbarlı və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Adil Hüseynov “Arsak:tarix və müasirlik” kitabının əhəmiyyətini dəyərləndirdilər.

F.Əhmədova 2023-cü ilin may ayında Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Zəngəzur Tarix və Müasirlik” adında konfransın keçiriləcəyini diqqətə çatdırdı.

Qeyd edək ki, konfransın Təşkilat komitəsinə PhD Akif Nağı (Azərbaycan), PhD Boran Əzizli (Azərbaycan), PhD Elxan Həsənli (İsveçrə), Elşən İbrahimov (Rusiya), professor Əli Abasov (Azərbaycan), Fəxrəddin Hacıbəyli (Almaniya), professor Fərhad Turanlı (Ukrayna), PhD Firdovsiyyə Əhmədova (Azərbaycan), PhD Gürsoy Solmaz (Türkiyə), İradə Əliyeva (İsveç), professor Kamran Rüstəmov (Rusiya), professor Kərəm Karabulut (Türkiyə), professor Qasım Hacıyev (Azərbaycan), professor Quram Marxuliya (Gürcüstan), Maisə Ağamirzəyeva (Niderland), Natiq Hümbətov (Gürcüstan), Novruz Novruzov (Azərbaycan), professor Oleq Kuznetsov (Rusiya), professor Rəfael Qəribov (Rusiya), Ziya Zakir Acar (Türkiyə), PhD Şamil Mehdi (Azərbaycan) daxildir.

Tərcümələr ingilis dili mütəxəssisləri Adilə Ağabəyova və Əli Əfəndiyev, Azərbaycan-rus dillərinə qarşılıqlı tərcümələr Şamil Mehdi, İradə Səfərova, Fəxrəddin Hacıyev tərəfindən həyata keçirilib.

AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi tərəfindən verilən rəydə kitabın elmi səviyyəsi dəyərləndirilib.

Kitaba yazılmış ön sözdə bildirilir: “İkinci Qarabağ müharibəsindən sonra erməni tərəfi Arsak regionu, onun tarixi, etnik və siyasi mənsubiyyəti, adın etimologiyası ilə bağlı xüsusi canfəşanlıqla saxtakarlıq edir, beynəlxalq rəydə Arsak adının və tarixinin guya ermənilərə aid olması ilə bağlı yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Əslində bu adın və tarixi bölgənin ermənilərə heç bir aidiyyatı yoxdur, Azərbaycana mənsub olduğu isə danılmaz faktlarla sübuta yetirilir. “Arsak: tarix və müasirlik” konfransının keçirilməsi bu faktların bir daha gündəmə gətirilməsi, elmi müzakirələrin aparılması, məqalə və digər materialların müxtəlif dillərdə çap olunaraq beynəlxalq birliyə təqdim olunmasına xidmət edir”.

Tarix üzrə fəlsəfə doktoru Akif Nağı (Azərbaycan) “Azərbaycan dövlətçiliyi tarixinin qədim dövrünə aid” məqaləsində yüzillər boyu ermənilərin həyata keçirdikləri saxtakarlıqların kökünü araşdırır, onların yalanlarının səbəbləri və gələcək mənfur niyyətləri barədə  faktları açıb göstərməklə ermənilərin “alimliyini” ifşa edir. Məqalədə deyilir:  “Ermənilərin bütün saxta iddialarının kökündə “Erməni yaylası” və yaxud “Ermənistan yaylası” ifadəsi dayanır. Onlar tarixdə heç vaxt olmamış bu yer adı ilə dünyada belə təsəvvür yaratmağa çalışırlar ki, guya həmin ərazidə qədim dövrlərdən başlayaraq ermənilər yaşayıb və ona görə də bu cür adlanıb.  Azərbaycanlı alim Rizvan Hüseynov bu mifin və yalanın da üzərindən xətt çəkib. Onun araşdırmaları nəticəsində məlum olub ki, “erməni yaylası” ifadəsi ilk dəfə 1843-cü ildə Estoniyanın Derpt (indiki Tartu) universitetinin nəşriyyatında alman dilində çap olunmuş “Erməni yaylasının geoloji xüsusiyyətləri” (Uber die geologigi sche Natur des Armenische Hoshlandes – Erməni yaylasının geoloji xüsusiyyətləri haqqında) adlı kitabda işlədilib”. Bu fakt Qafqazda “qədim ermənilər” ifadəsinin saxta olduğunu sübut edir.

“Arsak: tarix və müasirlik” konfransında fəal iştirak edən qardaş Türkiyə tarixçilərindən Doç. Dr. Mehmet Özmenli “Armeniyada arsaklar və kamsarakanlar” məqaləsində mövzunu inkişaf etdirərək “Arsak” bölümündə yazır: “İran coğrafyasına Orta Asya’dan gelip Part devletini kuran hanedan Arsaklardır (M.Ö. 250- M.S. 224) (Catina Horasean’dan geldiklerieni belirtmektedir). Eski İran’da Medler’den ve Akamenidler’den sonra gelen üçüncü yerel hanedanlık oldukları, ağır süvari birlikleri icat ettikleri belirtilen Partlar bundan dolayı Roma İmparatorluğu’nun doğudaki en büyük düşmanı olmuşlardır. Hanedanın bilinen ilk ismi I. Arsak’tır. Devlet ise M.Ö. 234 yılında II. Arsak unvanıyla I. Tiridat (M.Ö. 248-211) tarafından kurulmuştur”. Alim öz tədqiqatları ilə sübut edir ki, ermənilərin Qarabağa, Arsak adına iddiaları tamamilə absurddur.

Tarix elmləri doktoru, professor Qasım Hacıyev (Azərbaycan) “Ermənilərin Qarabağ və Arsak saxtakarlıqlarına dair” məqaləsində Arsak toponiminin tarixi kökləri və mənşəyini, genetik strukturunu araşdırır. Alim tarixi mənbələr əsasında göstərir ki, bu söz yalnız türk etnosuna mənsub istilahdır: “Ermənilər hansı toponimi saxtalaşdırıb ermənicə adlandırırsa, ondan imtina etmək düzgün nəticə deyil. Obyektivliyi, düzgün olanı ortaya qoymaq lazımdır. “Qarabağ” sözü tarixdə yalnız XII əsrdən sonra çəkilmişdir. O vaxta qədər Qarabağ ərazisi “Arsak” adlandırılmışdır. Bu sözün erməni dili ilə heç bir əlaqəsi yoxdur, “Ərsak” (sak ərlər) isə türk dilində olan sözdür. Ermənilər Azərbaycanın coğrafi ərazisi olan Qarabağ bölgəsini XX əsrin əvvəllərində (1923-cü il) süni şəkildə inzibati ərazi adlandıraraq qədim erməni torpaqları kimi qəbul etdirdilər və Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdılar. Qarabağ sözünü erməniləşdirə bilmədikləri üçün dünya ictimaiyyətini çaşdırmaq üçün “Arsak” sözünə əl atıblar. Ermənilər heç Arsak sözünü də tam saxtalaşdıra bilmədilər. Sadəcə, Arsak sözünə “t” hərfi artırmaq və son hərfi dəyişməklə adı “Artsax” şəklində “erməniləşdirməyə” cəhd etdilər. Heç şübhə yoxdur ki, təkcə “Arsak” sözü deyil, türk dilində olan yüzlərlə toponimlər, oronimlər, oykonimlər ermənilər tərəfindən saxtalaşdırlmışdır”.

Tarix üzrə fəlsəfə doktoru Ramin Əlizadə (Azərbaycan) daha qədim tarixi mənbələr əsasında yazdığı “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” məqaləsində xarici müəlliflərin yazdıqları salnamələrə istinad edərək ermənilərin uydyrma elmi dəlillərini puça çıxarır. Məqalədə deyilir: “Birinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Xuzistanda baş konsulu olan P. Sayks “Persiya tarixi” kitabında Parfiya dövlətini yaradan Ərsak sülaləsinin Turan tayfasına mənsub olduğunu və parn adlandığını, həmçinin dahelər kimi tanınan şimal köçərilərinin bir qolu oldu¬ğunu qeyd edir. O, e.ə. I minillikdə Yaxın Şərqdə siyasi güclərin ardıcıl olaraq hakimiyyət sürmələrinə nəzər salaraq yazır: “Samilər Babil və Aşşur imperiyalarında Midiya və Persiya ariləri güclənənə qədər öz hakimiyyətlərini qoruyub saxlamışdılar. III əsrdə arilər yenidən üstün mövqeyə yiyələnənə qədər isə beş əsr boyunca bir Turan irqinin hakimiyyəti altında idilər”. Burada P. Sayks Turan irqi dedikdə Parfiyanın Ərsaklar sülaləsini nəzərdə tuturdu”.

Rusiyadan tarix üzrə fəlsəfə doktoru, professor Oleq Kuznetsov, Gürcüstandan tarix elmləri doktoru, professor Quram Marxuliya öz məqalələrində Ermənistanın və ermənilərin özlərini saldıqları ağır iqtisadi-siyasi vəziyyətdən bəhs edirlər.

Oleq Kuznetsov “Qarabağ uğrunda 2020-ci il müharibəsi: bir il sonra” məqaləsində yazır: “Ermənistan bu gün tarixinin ən ağır və ən hüznlü çağını yaşayır. О, kasıb və getdikcə daha da yoxsullaşan, feodal-kriminal-oliqarxik siyasi rejimin hökm sürdüyü, elm və təhsili çökmüş, resursları isə çox məhdud və ildən-ilə kasadlaşan, $350 mln. dövlət büdcəsi müqabilində çoxmilyardlı xarici borcu olan, əhalisi, ilk növbədə, ziyalıları mühacirət edən, 2020-ci ilin payızında Qarabağ uğrunda müharibədə məğlubiyyəti nəticəsində $4 mlrd. dəyərində hərbi texnika və hərbi əmlak itirmiş, Azərbaycana təsir etmək xahişi ilə xarici ölkələrə yalvaran bir ölkədir”.

Tarix elmləri doktoru, professor Quram Marxuliyanın (Gürcüstan) “Sivniyeti Rusiya geosiyasətində və beynəlxalq münasibətlərdə” məqaləsində ermənilərin regiona köçürülmələri və süni şəkildə məskunlaşmaları, saxta iddiaları və havadarları barədə mülahizələrini bildirir: “XX əsrin sonunda hələ 200 il əvvəl ermənilər bölgəyə köçürülərkən onların “göz qoyduqlrı” Qarabağın dağlıq hissəsi onların işğalçılıq niyyətlərinin hədəfinə çevrildi. 13 fevral 1988-ci ildə DQMV-nin mərkəzi olan Stepanakertdə (Xankəndi) ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ilk mitinqə toplandılar. 1988-ci ilin fevralından Xankəndində başlanan mitinqlər Kreml və İrəvanın rəhbərliyi tərəfindən Xankəndindəki daşnak “elektorat” ilə “həmmüəlliflikdə” düşünülmüş siyasi ssenarinin ilk səhnəsi oldu. Dağlıq Qarabağı və onun ətrafındakı Azərbaycan bölgələrini işğal edən Ermənistan dövlətinin rəhbərləri sadəlövhlüklə düşünürdülər ki, bu torpaqlar həmişəlik onlarda qalacaq və Rusiya geosiyasi kursunu dəyişməyəcək”.

Tarix üzrə fəlsəfə doktoru Elxan Həsənli (İsveçrə) qədim dövlətlərin rəmzlərində “Arsak” sözünün etimologiyasına aid izləri araşdırır və sübut edir ki, bu rəmzlər qədim türk dövlətlərinə aid olub. Onun yazdığı “Arsak simvollarında Göytürk izləri” məqaləsindən bir parçaya diqqət edin: “Erməni saxtakarlığı artıq özünün absurdluğu ilə seçilir. Qədim Vikinqlərin, hətta ingilislərin erməni mənşəli olmaları haqqında qondarma məlumatlar Ermənistan Respublikasının Irəvanda yerləşən tarix muzeyində nümayiş olunur.

Keçmişin saxtalaşdırılmasında əsas hədəflərdən biri də müharibə cinayətlərinə Ermənistan cəmiyyətində haqq qazandırmaqdır. Erməni tarixçilərinin Qarabağ münaqişəsi zamanı törədilmiş müharibə cinayətlərini leqallaşdırmağa yönəl¬miş addımlarından biri də “Arsak” toponimılə bağlıdır. Separatçı fəaliyyətin ideoloji əsaslarını yaratmaq məqsədilə türk mənşəli Arsakın “Artsax”a çevrilməsi məhz işğalçılıq ideologiyasının əsasını təşkil edir”.

Fəlsəfə elmləri doktoru, professor Əli Abasov (Azərbaycan) “Azərbaycan və Ermənistanın etnonim və toponimlərinin müharibəsi” məqaləsi Cənubi Qafqazın iki ölkəsi arasında mövcud ziddiyyətlərin anatomiyasını tarixi faktlarla izah edir: “Aydındır ki, alban etnosu, udin qrupu istisna olmaqla, tarixən azərbaycanlı, erməni və qismən də gürcülər arasında əriyib getmişdir. Lakin ermənilər və gürcülər albanların dini-mə¬də¬ni ənənələrini tam uyğunlaşdırsalar da, islam dininin etiqadçıları olan azərbaycanlılar bu ənənəni öz tarixi irsinin ayrılmaz, lakin ayrıca hissəsi hesab edirlər. Bu baxımdan Azərbaycan tarixşünaslığında qədim Qafqaz albanlarının “türk etnosu kontekstində” etnik mənşəyi məsələsi işlənir. Bu çox incə tarixi prob¬lem hətta sovet dövründə də tez-tez “alleqorik” mübahisələrə səbəb olurdu”. Tədqiqatçı-alimin yazdıqlarından məlum olur ki, sovet dövründə ermənilərin saxtakarlıqlarına imperiya mərkəzindən yaşıl işıq yandırılıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova (Azərbaycan) “Tarixi toponimlərlə siyasi möhtəkirlik” məqaləsində göstərir ki, 1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasında azərbaycanlıların sayı 33,35% idi, nisbət göstəricisində isə azərbaycanlılar üstünlük təşkil edirdi:48,1% azərbaycanlılar, 45,21% ermənilər. Məqalədə deyilir: “Dəyişikliyə məruz qalan yalnız İrəvan quberniyasının etnik tərkibi deyildi, qu¬berniya ərazisində yer adları da dəyişdirilirdi. Bəhs edilən ərazidə XX əsrin əvvəllərində 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəli olmuşdur. Tədqiqatçılar İrəvan ərazisində türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmüşlər: 1. 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər; 2. 1918–1920; 3. 1920–1930; 4. 1930–1960; 5. 1960–1980; 6. 1991-ci ildən sonra dəyişdirilənlər”. Göründüyü ki, erməni saxtakarlıqlarının yayılmasında Rusiya imperializminin rolu böyük olub.

Araşdırmaçı yazar Ziya Zakir Acar (Türkiyə) “Aras havzasında Arsaklılar” adlı məqaləsində “Arsak” toponiminin türk-oğuz ellərinə aid olduğunu isbatlayır:  “Selvekoslular’ın parçalanmasından sonra, Armavir’de (Iğdır’ın kuzeydoğusunda, Aralık kazasının kuzeyine düşen Aras solunda) hâkim bulunan Selevkoslular’a bağlı bölge valisi Aktaksiyas (muhtemelen saka veya Med- ler’den), Romalılar’a bağlılığını bildirerek, senatonun muvaffakatıyla müstakil olmuş ve merkezi Armavir (Ermenistan’da, Aras Irmağı’nın solunda, şimdiki Serdarabad) olan “Artataksias” krallığını kurmuştu (M.Ö. 188). Bu devlet, Part (Arsaklı) İmparatorluğu ile Romalılar arasındaki mücadelelere sahne olup, sık sık el değiştiren bir tempon “Eski-Oğuz (Arsaklı-Türkmen)” göçebelerinin Kars havalisi ile Kür-Aras boylarındaki yaylak ve kışlaklara yerleştiklerini söyleyen Kırzıoğlu’nun verdiği malumatdan bu devirde de Asya’dan, Iğdır ve çevresine, Türk guruplarının büyük dalgalarla gelip yerleştikleri anlaşılıyor. Türk (Oğuz) millî rivayetinde, milattan önceleri Horasan’dan gelip Anı, Kars, Tiflis ve Demirkapı-Derbend’e hâkim oldukları bildirilen Oğuzların, Part devletini kuran Aksaklılar’dan olduğu muhakkaktır”.

“Arsak: tarix və müasirlik” kitabında maraqlı və faktlarla zəngin digər məqalələr də yer alıb. Magistr Elnarə Məmmədovanın (Azərbaycan) “Azərbaycanın maddi və mənəvi mədəniyyət ocağı – Qarabağ”, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəflinin (Azərbaycan) “Erməni dövləti: anlayışı və mahiyyətinə dair”, Dr Öğretim Üyesi Gürsoy Solmazın (Türkiyə) “Karabağ ve civarına hâkim Küçük Arsaklılar hakkında kısa bir literatür malumatı”, Yüksək Lisans Öğrencisi Hilal Şüheda Solmazın  (Türkiyə) “Uluslararası İlişkiler Çerçevesinde Bölgelerin Uluslararası Stratejik Değerlendirilmesi ve Barry Buzan'ın Bölgesel Güvenlik Analizi:  Karabağ Örneği”, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin (Azərbaycan) “Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ”, texnika elmləri doktoru, professor Kamran Rüstəmovun (Rusiya) “Köhnə mövzuda yeni mahnı və ya növbəti kələk: Qarabağ erməniləri!”, professor, Dr Kerem Karabulutun (Türkiyə) “Türkiye-Azerbaycan ilişkileri, Zengezur koridoru ve Kars-Ardahan Iğdır demiryolunun önemi”, Tarix elmləri doktoru, Həcər Verdiyevanın “Qarabağ tarixi həqiqət müstəvisində”, tarix elmləri doktoru, professor Fərhad Turanlının “Qarabağ Vətən müharibəsi:müqavilələr, bəyanatlar və qətnamələr”, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Səfərovun “Qanunlar və prinsiplərin erməni manipulyasiyası”, tarix üzrə fəlsəfə doktoru, dosent Rizvan Hüseynovun “Gəncəsər və Eçmiədzin Alban kilsələri Azərbaycan hakimlərinin qəbalə və fərmanlarında”, GHEİA fəxri doktoru Natiq Hümbətovun (Gürcüstan) “Dağlıq Qarabağda cinayətkar marionet rejimin “dövlət” kimi legitimləşdirilməsinə uğursuz cəhdlər”, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirovun (Azərbaycan) “Moğol hakimiyyəti zamanında Azərbaycanın Qarabağ bölgəsinin təbii-coğrafi və strateji əhəmiyyəti (ingilisdilli tarixşünaslığın əsasında)”, doktora öğrencisi Serpil Bayrakın (Türkiyə) “Kadim türk şehri Revan’ın Osmanlı idaresine geçmesi” və iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdinin (Azərbaycan) “Yuxarı Qarabağ (Arsak) 2.0. yeni dünya düzəninin başlanğıcı” məqalələri tarixi faktlara dürüst və novator yanaşmaları ilə seçilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ