Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi Azərbaycan Cümhuriyyəti - Təbrizli qardaşlarımıza yeni şans açılır...

Image


Milli mübarizə yolu ilə Quzey Azərbaycanın Sovet imperiyasının buxovlarını qıraraq yenidən müstəqilliyini bərpa etməsindən ən çox Tehran rejimi narahat oldu və dövlət müstəqilliyimizdən keçən 31 il ərzində suverenliyimizə qarşı təxribatlar həyata keçirdi.

Təbii, “şiə”liyi əlində bayraq edən Tehran rejimini narahat edən əsas səbəb bir gün Cənubi Azərbaycanın da müstəqil dövlət olmaq istəyini ortaya qoya bilməsi olub. Uzun illər molla rejimi soydaşlarımızın azadlıq mübarizəsinə qarşı amansız davranıb, nə qədər azadlıq aşiqini zindanlarda çürüdüb, amma onların, güneylilərin azadlıq, müstəqillik eşqini, əzmini sarsıda bilməyib. Soydaşlarımız öz tarixi köklərindən güc alaraq daim rejimə qarşı əyilmədən, sınmadan mübarizə aparıblar. Bu gün də küçələrə, meydanlara axışıb SEPAH-ın represiya maşını qarşısında mətanətlə davam gətirən soydaşlarımız Azərbaycanın Cənubinda milli hökmət qurmaq ərəfəsindədir. Onu da deyək ki, azadlıq, müstəqillik arzusu ilə Tehran rejiminə meydan oxuyan soydaşlarımızın milli azadlıq hərəkatına çevrilən addımlarına dünyanın çox yerindən ciddi şəkildə dəstək verilir. ABŞ prezidenti Co Bayden də ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin xalqı “özlərini azad edəcək”.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər" - deyə, Bayden bəyan edib.

Bu gün Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlayıb. 50 gündən artıqdır ki, orada baş verənlər, Baydenin məlum bəyanatı, dünyanın İranı təcrid saxlaması, Cənubda oyanış kimi halların şahidi olduq. Bütün bunların fonunda nə dərəcədə mümkündür ki, Səttarxan, Xiyabani, Pişəvəri inqilabından sonra milli dövlət qurmaq üçün soydaşlarımıza növbəti şans açılsın. Bu şans  mümkündürmü?

  • “Biz artıq Azərbaycanımızın güneyində bir milli dövlətin qurulması ərəfəsindəyik”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işsiçi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, baş verən bütün proseslər “şiə”, “islam” donuna girən Xomeyniçi Tehran rejiminin ziyanına işləyir. Soydaşlarımızın milli mübarizəsinə həm quzey Azərbaycandan, həm dünya ictimaiyyətindən dəstək var, ABŞ prezidenti səviyyəsində dəstək göstərlir. Bütün bu amillərin mollaktariyanın yıxılmasına zəmin yaratdığını deyən F.Ələkbərli qeyd etdi ki, həm Səttar xan, həm Şeyx Məhəmməd Xiyabani, həm də Seyid Cəfər Pişəvəri güneyli soydaşlarımızın müstəqil dövlətə, azadlığa sahib olması üçün mübarizə aparıblar. 40 ildən artıq molla rejiminin represiya maşını altında əziyyət çəkən soydaşlarımızın milli hökumət quracağı şübhəsizidir, çünki bu onların haqqıdır. “Azərbaycanın quzeyində müstəqil Azərbaycan dövlətinin mövcudluğu hər zaman güneydəki soydaşlarımıza ciddi stimul verib. Onlar da bizim kimi üç rəngli bayrağımızla, müstəqil dövləyimizlə fəxr ediblər. Təbii ki, hər zaman olduğu kimi yenə də Tehran rejimi bütün vasitələrdən istifadə edərək təxribatla məşğul olub, amma siydaşlarımızın əzmini qıra bilməyib. Şübhəsiz ki, bütün bunların fonunda Güney Azərbaycanda milli azadlıq hərəkatı artıq öz sözünü deməlidir və deməyə başlayıb da. Güney azərbaycanlıların müstəqil dövlətə sahib olmaq arzusu yeni deyil, bu mübarizənin yüz ildən artıq yaşı var. Azərbaycanın güneyində Səttərxan hərəkatı baş verib. Səttərxan hərəkatının əsas qayəsi Qacar dövlətinin türklüyünü qorumaq, türklüyü, milli ideyaları önə çıxarmaq idi. Xiyabani hərəkatı da xalqın azadlığı amalına xidmət edirdi. Seyid Cəfər Pişəvəri hərəkatı fars-şovinist Pəhləvi hakimiyyəti dövründə baş verdi, məqsəd yenidən milli hökumətə sahib olmaq idi və bu yolda üçün mücadilər verdilər. Milli hökumət quruldu, təəssüf ki, ömrü qısa oldu, amma ideyaları yaşadı. Onu da vurğulayım ki, hətta 1978-1979-cu illərdə Məhəmməd Kazım Şəriətmədari də Azərbaycanın muxtariyyəti üçün bir savaş verdi. Xomeyni də gəldikdən sonra Şəriətmədarinin həbsinə və müəmmalı şəkildə ölümünə "fətva" verdi. İndi isə artıq yeni bir dövrdür

Biz artıq Azərbaycanımızın güneyində bir milli dövlətin qurulması ərəfəsindəyik. Çünki bu gün Güney Azərbaycanda da milli hökumətinin varlığının ortaya çıxması bir şərt halına gəlib”.

F.Ələkbərli hesab edir ki, soydaşlarımızın müstəqil dövlət, milli hökumət qurmaq istəyinin reallaşması üçün şans yaranıb və soydaşlarımız bu şansdan istifadə edərək arzularını gerçəkləşdirməlidirlər. F.Ələkbərlinin sözlərinə görə, soydaşlarımız yalançı molla rejimindən xilas olub düzgün yol seçəcəklər və öz hökumətlərini dünyəvi müstəvidə quracaqlar: “Soydaşlarımız quracaqları hökumətdə həm dövlətçilik, həm də dini məsələlərə türkçülük gözü ilə baxacaqlar. Güney Azərabaycanda qurulacaq dövlətin modeli də var, Azərbaycan Respublikasının dövlətçilik modelidir. Quzeydə olduğu kimi, güneydə  də milli dövlət qurulacaq, milli, dini azadlıqlar, tolerantlıq mühiti mövcud olacaq. Dediyim kimi, model var. Bizim üçün çox böyük şans yaranıb. Şübhə etmirəm ki, yaranan bu şans nəticəsində güney Azərbaycanda milli istiqlal mücadiləsi müsbət nəticələnəcək. Çox ümid edirəm ki, bu dəfə başlanan milli azadlıq hərəkatının taleyi əvvəlkilərin taleyi kimi olmayacaq, bu hərəkat qalib gələcək. Çünki buna artıq ciddi zəmin yaranıb”.

F.Ələkbərli bildirdi ki, dünya əvvəlki dünya deyil, heç insanlar da molla rejiminin aldadacağı şəkildə deyil.  O, vurğuladı ki, İran adlanan molla rejiminin mahiyyətinin nə qədər saxta olduğu dəfələrlə ifadə olunub. F.Ələkbərli xatırlatdı ki, Cənubi Azərbaycanda 1925-ci ildə qanunsuz şəkildə hakimiyyət dəyişikliyi baş verdi və bir türk dövlətinin yerində fars Pəhləvi rejimi yaradıldı. O, vurğulayır ki, fars rejiminin saxtakarlığının əsası bu zaman qoyuldu. Xarici qüvvələrin havadarlığı ilə Azərbaycan-türk dövlətini devirən Pəhləvi rejimi “demokratiya” pərdəsi altında saxtakarlığa, türklərə qarşı represiyaya başlayıb. Alim qeyd etdi ki, Pəhləvi rejiminə qarşı mübarizə aparan da məhz soydaşlarımız olub. Farsların ikinci dəfə saxtalaşdırma əməliyyatını 1978-1979-cu illərdə baş verən inqilab zamanı həyata keçirdiyini vurğulayan F.Ələkbərli bildirdi ki, Şəriətmədarinin rəhbərliyi ilə aparılan azadlıq mübarizəsinə Fransa xüsusi xidmət orqanlarının hazırlayıb ortaya atdığı Xomeyninin “islam inqilabı” donu geydirməsi ən böyük saxtalaşdırma oldu. “İran adlanan ölkədə şiəlikdən əsər-əlamət olmayıb. Xomeyniçilər saxtakarlıq edərək uzun illər "islam" və "şiəlik" adı altında siyasi oyunlar oynayıblar.

Əslində, 1978-1979-cu il inqilabında müsbət elementlər vardı. Pəhləvilərin devrilməsindən sonra bütün xalqlar, o cümlədən də Azərbaycan türkləri yeni normal bir hakimiyyətin, dövlətin yaranmasına ümid edirdilər. Ancaq bütün bunların hamısını alt-üst edən Xomeyni və onun arxasında dayanan qüvvələr oldu. Fransa və başqa ölkələr Xomeynini Fransadan, Parisdən məhz  ona görə Tehrana göndərdilər ki, burda sözün həqiqi mənasında islami və dünyəvi dəyərlərə uyğun baş verən inqilabın mahiyyətini dəyişsin. Elə də oldu. Yəni Xomeynin gəldi və Azərbaycan türkləri başda olmaqla bütün xalqların istər dini, istər milli, istər şiəlik, istərsə də demokratik dəyərlərin üstündən bir xətt çəkərək fars ideologiyasını və Aryançılığı ortaya qoydu. Ancaq sözdə guya bunlar şiəliyin adından çıxış edirdilər, şiə təəssübkeşidir, islam təəssübkeşidir. Halbuki, Xomeyniçiliyin mahiyyətində şiəliyə və islama qarşı nifrət vardı. Ancaq bunu çox böyük ustalıqla gizlədirdilər. Bu məsələdə Fransa və digər Avropa dövlətləri mühüm rol oynadı. Lakin onlar bu nifrətlərini çox ustalıqla pədələnməyi bacardılar”.

F.Ələkbərlinin sözlərinə görə, beləliklə də, şiəlik adı aktında Xomeyniçiliyi yaymağa başladılar, bununla da Aryançılığı-İrançılığı yeni bir şəkildə ortaya qoydular. “Burada əsas silah kimi islam dinini və şiəliyi seçdilər, şiəlik libasına büründülər. Çünki bilirdilər ki, Azərbaycan türkləri və digər xalqların xeyli bir qismi bu məsələdə olduqca həssasdırlar. Yəni imamlara, Həzrət Əliyə, İmam Hüseynə, ümumiyyətlə əhli - beytə sevgiləri var. Və onların bu şəxslərə olan sevgisindən Xomeyniçilər çox ustalıqla istifadə etməyə qərar verdilər. Təxminən 40 il ərzində bunlar müxtəlif oyunlar otnadılar, təxribatlar qurdular, terror yuvaları yaratdılar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra eyni oyunları Azərbaycanda oynamağa başladılar, burda da inancı zədəli insanlardan istifadə etməklə agentura şəbəkəsi yaratdılar. Təbii onlara qoşulanlar gerçək şiəliyə bağlı olanlar deyildilər. Molla rejimi burada agentura şəbəkəsi, beşinci kalon yaratmaqla istəklərinə az da olsa nail oldu. Şiəlik adı ilə Azərbaycanda da bir neçə dəfə təxribat törətməyə cəhd etdilər, lakin qarşıları alındı. Tehran rejiminin niyyəti bəllidir, bu çirkin üsuldan istifadə edərək Xomeyniçiliyi daha geniş yaymaqdır. Azərbaycanda da bu çirkin kampaniyanı ortaya atdılar. Molla rejimi nəinki Azərbaycanda eləcə də İraqda, Suriyada, Yəməndə, hətta Türkiyənin özündə belə bu cür davranışlar sərgiləyir, terrorçular yetişməsinə dəstək olur. ASALA, PKK və digər terror təşkilatlarına da mollakratiyanın maliyə yardımları etdiyi söylənilir”-deyə F.Ələkbərlivurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ