Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi polkovnik Taleh Əliyev - “Ağır güllə yarası alsam da, Şuşa döyüşlərindən qala bilməzdim”... - MÜSAHİBƏ

Image


“Şuşanın qoxusu burnuma dəymişdi və mən artıq o havasız yaşaya bilməzdim, o məqamda arxada qalsaydım ölərdim”

O düşməndən şəhidlərimizin öcünü aldığı, Füzulidən başlamış Şuşaya qədər döyüş yolu keçdiyi, İkinci  Qarabağ müharibəsində Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azad olunmasında iştirak etdiyi üçün özünü şanslı sayır.

Taleyinə 2016-ilin Aprel döyüşləri də yazılıb, qəhrəmanımız Lələilahi (Lələ Təpə) yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Qazi polkovnik-leytenant Taleh Zaman oğlu Əliyev xalqımıza Zəfər şərbəti içirən Vətən oğullarından biridir. Zəfər dastanımızı yaradanlar sırasında xüsusi yeri olan T.Əliyevin peşəkar zabit, hərbiçi kimi Vətən müharibəsində göstərdiyi şücaətlər misilsizdir. Bildirək ki, T.Əliyev  Azərbaycan Respublikası  Prezidenti tərəfindən "Azərbaycan Bayraq"ordeni,"Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri tərəfindən "Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medallarla, “Xidmətdə fərqlənmələrə görə” 2-ci, 3-cü dərəcəli medallarla, "Ordunun yaranmasının 10-illik, 90-illik, 95-illik,100-illik yubiley"medalları ilə "Silahlı Qüvvələr Veteranı" medalı ilə təltif olunub.

Müsahibimiz Taleh Əliyevlə keçmişə körpü salırıq, onun Zəfər duyğularını öyrənirik, qəhrəmanımızı döyüş günlərinə qaytarırıq.

- Bizimlə müsahibəyə gəlməmişdən əvvəl deyəsən şagirdlərlə görüşə getmişdiniz?

- Nizami rayon 70 saylı orta məktəbdə Zəfər Bayramı münasibətilə çox möhtəşəm bir tədbir keçirildi, mən də həmin tədbirə qonaq kimi dəvət edilmişdim. Zəfər Bayramı ilə bağlı möhtəşəm tədbir keçirdiklərinə və məni də ora dəvət etdiklərinə görə məktəbin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm.

- Keçən iki il müddətində məktəblərə tez-tez dəvət edilirsiz?

- Sözün açığı, mən təhsil müəssisəsində keçirilən görüşlərə çox böyük böyük əhəmiyyət verirəm. Üç tədbirdə olmuşam, üçü də təhsil müəssisəsi olub. Onlardan ikisi orta, biri isə ali məktəb olub. Bu günlərdə də Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərovun dəvətilə bu ali məktəbdə Zəfər Bayramı ilə bağlı keçirilən görüşdə iştirak etdim. Təhsil müəssisələrində belə görüşlərin keçirilməsi məni çox sevindirdi. Pedoqoji Universitet çox dəyər verdiyim və hər zaman öz nüfuzunu qoruyan ali məktəbdir. Ən çox qiymət verdiyim məsələ budur. Çox hörmətli müəllimlərimiz ADPU-nun yetirmələri olub...Övladımın da bu ali məktəbdə təhsil alması məni çox sevindirir.

- Şagirdlərə, tələbələrə ən çox nədən danışırsınız?

- Dediyim kimi, təhsil ocaqları mənim üçün çox önəmlidir. Həm də uşaqlar, gənclər bizim gələcəyimizdir. Döyüş hər kəs üçün maraqlıdır. Döyüşlərdən də suallar verirlər, amma döyüş səhnələrindən çox vətənpərvərlik hisslərindən və xalqımızın özünün belə sezmədiyi qəhrəmanlıqlardan danışmağa çalışıram. Öz ömrünü hərbiyə həsr etmiş bir hərbiçi kimi bu qələbənin qazanılmasında ordu ilə yanaşı xalqın da böyük rolu olduğunu çatdırmaq istəyirəm. Bu çox böyük önəm daşıyır. Biz irəliyə getdikcə xalq arxamızca gəldi. İnanın ki, təhlükələrə görə xalqın qarşısı alınmasaydı onlar bizim arxamızca gedib oralara çıxardılar.

- Yəqin ki, xalqın orduya dəstəyi sizə stimul verirdi. Ruhlanırdınızmı?

- Tutaq ki,  çox gənc bir əsgərin çətinliklərdən vahimələnib tərəddüd içində qaldığı an ola bilər və bu halda bir ananın oğluna “bala, özünü qoru, təhlükəyə girmə” sözü  ona mənfi təsir göstərə bilərdi. Amma bizim analarımız arasında oğluna bunu deyən olmadı, əksinə analarımız oğullarını düşməndən qisas almaq üçün müharibəyə yola saldı. 

- Siz Aprel döyüşlərində də iştirak etmisiniz. Taleyinizə Vətən müharibəsində iştirak etmək də düşdü. Bu barədə nə danışa bilərsiniz?

- Hərbiçi olaraq xidmətimin 19-cu ili idi. Mən artileriya sistemlərində olmuşam. Düşünürdüm ki, 19 ildir hərbidəyəm, 19 ildir qisas üçün yol gəlirəm, amma hələ də qisasımı ala bilməmişəm.

- Hərb sənətini qisas üçün seçmişdiniz?

- Bəli. Birinci Qarabağ müharibəsi yeniyetməlik dövrünə düşdü. Onda mənim ayrı arzum, ayrı istəyim vardı. Müstəntiq olmaq olmaq istəyirdim, amma Birinci Qarabağ Müharibəsindən sonra qərarımı dəyişdim, dedim ki, hərbiçi olacağam. Öz-özümə sual verirdim ki, axı mən bu 19 ildə nə etdim? Heç qisasımı da ala bilmədim. Bu məni çox narahat edirdi. 19 il az bir müddət, az bir ömür deyildi. Əlbəttə, biz o illərdə gələcək döyüşçüləri hazırlayırdıq. Yüzlərlə əsgər şəxsən mənim tabeçiliyimdə olub, onlara hərbin sirlərini öyrətmişik, ehtiyata buraxmışıq. Aprel döyüşləri sanki neçə ilin üst-üstə yığılmış bir barıdı idi. Hər yerdə deyirəm, mən çox şanslıyam. Bəlkə də çoxları elə bilər ki, bir çox ağır döyüşlərdən sağ qurtardığım üçün şanslı olduğumu deyirəm. Xeyr. Bunu ona görə deyirəm ki, 2015-ci ildə ciddi bir qarşıdurma yaranmışdı, düşmənim  təxribatının qarşısını almaq üçün orta artileriyadan istifadə etməyə imkan verdilər. Çünki artıq düşmən bundan istifadə etmişdi, ona qarşılıqlı cavab vermək lazım idi. Bu şans, bu fürsət iki-üç bölməyə yaranmışdısa o bölmənin biri məndə idi. Mən “atəş” komandasını vermək şansımı özümə böyük xoşbəxtlik sayıram, böyük qürur hissi keçirirəm. 2016-cı ilin Aprel döyüşlərində iştirakıma gəlincə, mən 20 gün idi başqa bir vəzifəyə təyin olunmuşdum. 20 gündən sonra döyüşə qatıldım. Həmin döyüşdə ağır artileriya sistemlərlərində neçə illərlə xidmət edənlər vardı. Hərbi hissədə bir neçə bölmə vardı, onların içindən bir bölmə cəlb olunmuşdu o da mənim bölməm oldu.

- Aprel döyüşlərində də şansınız gətirdi...

- Burada da şansım üzümə güldü. Mən bunu özümə böyük şans sayıram. Bu düşməndən qisas almaq yanğısı ilə yaşayan bir zabit üçün doğurudan da bu şans idi. Aprel döyüşləri mənə bir çox şeyləri qazandırdı. Baxmayaraq ki, 19 il idi xidmət edirdim, peşəkar bir zabit idim. Döyüş təcrübəsi başqa bir şeydir və biz onu Aprel döyüşlərində qazandıq. Çox təəssüf edirdim, deyirdim ki, Aprel döyüşləri niyə dayandırıldı. Amma Ali Baş Komandanın apardığı siyasət, uğurlarımız, nailiyyətlərimiz bunu bir daha sübut etdi ki, nəyin nə vaxt olacağını cənab Prezidentdən gözəl bilən yoxdur. Əlbəttə, ömrümün çox xatirələri onunla bağlı olan yaxın dostumun şəhid olması mənə çox ağrı-acılar verirdi, hər yana baxanda onu görürdüm.

- Kimdən danışırsınız?

- Aprel döyüşlərində şəhid olan Rasim Məmmədov həm öz kəndçim idi, həm orta məktəbdə birgə oxumuşduq, bir yerdə təyyarə qəbula gəlmişikdik, imtahan vermişdik və dörd il bir yerdə oxumuşuq.

- Onun da qisasını aldınız.

- Bəli, bu mənim arzum idi və buna şükür da nail oldum. Aprel döyüşləri təcrübə qazandırdı, sonradan Türkiyədəki təhsilimin hərbidə qazandığım təcrübələrə qatqıları oldu. Türkiyədə təhsil aldığım vaxt Tovuz hadisıləri baş verdi. Koronavirus dövrü idi yollar da bağlı idi. Yollar bağlı olmasaydı biz hamımız təhsilimizi yarımçıq qoyub vətənimizin müdafiəsinə gələcəkdik. General Polad Həşimov da, polkovnik İlqar Mirzəyev də komandirim olub, hər ikisinin də tabeçiliyində xidmət etmişəm. Onların şəhdi olması xəbərini eşitmək çox acı idi. Onların və xalqımızın qisasını almaq çox vacib idi.

- Vətən müharibəsi başlayanda yəqin Azərbaycanda idiniz, yoxsa hələ qayıtmamışdınız?

- Avqust ayında qayıtdım və Beyləqan istiqamətində N saylı hərbi hissənin artileriya rəisi vəzifəsinə təyin edildim. Biz bilirdik ki, müharibə qaçılmazdır, çünki düşmənin təxribatları ortada idi. Yoldaşlar deyirdi ki, sən yeni vəzifəyə təyin olunmusansa mütləq döyüş olacaq. Bir ay müddətində doğurudan çox əziyyət çəkdim, amma bunun bəhrəsini döyüşdə gördüm. Qısa bir müddətdə öz bölmələrimi həm tanımağa nail oldum. Mən müharibə zamanı Füzuli istiqamətində hərbi hissənin artileriya rəisi idim. Ermənistanın təxribatları başlayanda mən döyüş komandasını gözləyirdim, o komanda gəlməyəndə başqa hisslər keçirirdim ki, niyə komanda verilmir? Nəhayət ki, o komanda gəldi. Öz hərbi hissəmlə ilk döyüş günündən Füzuli istiqamətində döyüşə girdim.

- Ən çətin döyüşlər olub Füzuli döyüşləri...

- Bəli. “Ohanyan səddi”ni birinci yaran hərbi hissələrdən biri biz idik. O hərbi hissə ki, Qaraxanbəyli yaşayış məntəqəsini azad etdi.  Onu da deyim ki, Qarxanbəyli ilk azad olunan yaşayış məntəqələrindən biridir. O sırf bizim istiqamətimizdə, mənim olduğum hərbi hissənin nailiyyəti idi.

- Taleh müəllim, siz Şuşaya qədər getdiniz, çox ağır güllə yarası aldınız, amma yenə də yolunuza davam etdiniz. O günləri necə xatırlayırsınız?

- Biz Füzuli istiqamətində irəlilədik, sonra Hadrut istiqamətində başqa hərbi hissələrin fəaliyyəti baş tutduğundan, Hadrut azad olunduqdan sonra  “Ohanyan səddi”nin yarılmasının ardınca çətin ərazilərdə biz itkinin çoxluğunu qiymətləndirərək yuxarı komandanlıqdan gələn qərara əsasən hərbi hissəni ikiyə böldük.  Hadrut istiqamətində, düşmənin bütün müqavimətini qırdıq, füzuli azad olundu. Sonra müəyyən hissələrimiz Qubadlı istiqamətində hücumlarını davam etdirmək üçün istiqmaətləndirildi, bir hissəmiz Hadrut istiqamətində müdafiəni təmin etdi. Döyüşün 34-cü günü idi. 34 gün idi ki, hərbi hissə dayanmadan döyüşürdü. Mənim hərbi hissə komandirim Aprel döyüşlərində iştirak etmiş polkovnik Vilayət Quliyev çox böyük döyüş təcrübəsinə malik idi. Əməliyyat bölmə rəisimiz Cahandar Əhmədov idi. O çox güclü, savadlı bir əməliyyatçı idi. Xoşbəxtiliyimiz də o idi ki, hamımızın fikrimiz eyni idi. 34 gündən sonra Hadrut istiqamətində bizə müdafiə tapşırığı verildi. Həm də artıq hərbi hissənin toparlanması lazım idi. Bu da bizim üçün qürurvericidir ki, bizi üstün gördüklərinə, o istiqamətdə tapşırıqları yerinə yetirəcək bölmə kimi bizi qiymətləndirdiklərinə görə bizə yeni tapşırıq verdi. Gecə saatlarında komanda gəldi ki, müdafiəni təhvil verirsiniz və Daşaltı istiqamətində hücuma keçirsiz. Bu da bir xoşbəxtlikdir. Şəxsən mən bununla fəxr edirəm ki, bizə güvəndilər və bizi verilən tapşırığı yerinə yetirən bölmə kimi qiymətləndirdilər. Noyabrın 2-si artıq biz Daşaltı istiqamətində irəliləyirdik. Yeni açılmış cığırlardan keçdik, keçilməz yolları adladıq. O cığırdan keçmək çox çətin idi, ordan ağır topları, sursatları itkisiz keçirmək çox çətin olsa da, sürücülərimiz bunu bacardı. Onların da bu işdə əməyi böyükdür. Çox təhlükəli yollar idi. Demək olar ki, bölməmiz o yollarla itkisiz keçdilər. Noyabrın 4-də Daşaltı istiqamətində hücumumuzu həyata keçirdik. Demək olar ki, biz Daşaltını üç bir tərəfdən sarmışdıq. Baxmayaraq ki, qarşıdakı yüksəklikdə düşmənin möhkəmləndirilmiş mövqeləri vardı. Biz onları dəf etdik. Noyabrın 5-də Daşaltını işğaldan azad etdik və Şuşa istiqamətində irəliləyərkən başımdan ağır yaralandım.  Snayper gülləsi kaskamdan keçib başımı dərin yaraladı. Elə bilirdim ki, güllə başımdadır...

- Bildiyim qədər hospitala getmək istəmirmişsiniz...

- Məni vuran düşmənin cavabı verildi, minatan atışları ilə düşmən məhv edildi. Hospitala getməkdən imtina edirdim, yuxarı komandanlıqdan göstəriş verildi ki, sən döyüşdən çıx və hospitala get. Vəziyyətimin ağır olduğunu bilirdilər. Heç kəsi narahat etmək istəməsəm də, artıq özüm-özümdən əl çəkmişdim. Döyüş meydanında özümü kiməsə yük etməmək üçün arxaya gəldim...Gündüz saat 11-12 radələrində xəsarət almışdım, amma gecə saat 12-də Füzuli Diaqnostika Mərkəzinə çata bildim. Burada yaramı təmizləyəndən sonra dedilər ki, qorxulu bir şey yoxdur. Amma güllənin kaskadan çıxmamasına və ağrılar olduğuna görə gülləni başımda hiss edirdim. MRT etdilər və baş sümüyümün salamat olduğunu və güllənin başımda olmadığını bildikdən sonra qərar verdim ki, yenidən geri qayıtmalıyam. Gecə başıma tikiş qoydular və səhərisi gün geri qayıtmaq üçün israr etdim. Həkimlərin dilimdən imzalı kağız alması hesabına da olsa yenidən döyüşə qayıtdım. İmzalı kağıza yazdım ki, döyüşlərə öz istəyimlə qayıdıram. Baxmayaraq ki, mənim yerimə vəzifəyə təyinat olmuşdu. Məni artıq “itki” vermişdilər...Heç kim mənim yaşayacağıma inanmırdı.

- Belə ağır vəziyyətdə yenidən döyüşə qayıtmağınızın səbəbi nə idi?

-  Ağır güllə yarası alsam da, Şuşa döyüşlərindən qala bilməzdim. Rabitə əlimə çatan kimi, komandanlığa bildirdim ki, mən öz vəzifəmi davam etdirəcəyəm. Noyabrın 6-da yenidən döyüşçə qatıldım. Noyabrın 7-si artıq Şuşanı alınmışdıq, Şuşada idik. Şuşanın qoxusu burnuma dəymişdi və mən artıq o havasız yaşaya bilməzdim, o məqamda arxada qalsaydım ölərdim.

- Həmin məqamda Şuşada olmaq necə bir hiss idi?

- İfadə olunmaz, sözlə deyilməz bir hiss idi. Mən döyüşdə yalan danışmışam.

- Necə?

- Yalanımın biri aldığı xəsarətdən yaşamaq ümidini itirən əsgərin  bir dəqiqə də olsa artıq yaşaması üçün ona verdiyim  “sən yaşayacaqsan, qorxma, narahat olma”  təsəllisi olub. Biz ümid vermək istəyirdik.  Şuşa artıq alınanda bizim elə yaralımız var idi ki, sutka yarım idi irəlilədikcə özümüzlə  aparırdıq. Çünki yol bağlanmışdı, onları başqa yerə qoya bilməzdik. Yarılarımız ölüm qalım mübarizəsi aparırdılar. Amma Şuşa alınandan sonra anladım ki, o yaralılar yaşamaq üçün yox, onlar Şuşanın alınması üçün mübarizə aparırdılar. Bir çox ağır yaralılarımız Şuşada azan səsi eşidəndən sonra şəhid oldular. Doğrudan da belə idi. Onlar yaşamaq üçün yaşamırdılar, tapşırığı yerinə yetirmək üçün yaşayırdılar. 

- Saysız orden və medallarla təltif olunmusunuz, onların arasında “Azərbaycan Bayrağı” da var. Bu ordeni alanda hansı hisslər keçirdiniz?

- Deyim ki, mənim müəllimim Birinci Qarabağ müharibəsindən sonra “Azərbaucan Bayrağı” ordeni almışdı. O vaxtdan mənim “Azərbaycan Bayrağı” ordeninə sevgim vardı. Mən bu ordenə layiq görüldüm. Ən böyük arzum o idi ki, “Azərbaycan Bayrağı” ordenini şəxsən cənab Ali Baş Komandan özü mənə təqdim edəydi,  belə olsaydı dünyanın xoşbəxti olardım. O vaxt gəlib şəxsən o tədbirdə iştirak etmək şansım olmadı. Mən “Azərbaycan Bayrağı”ordenini çox böyük qürurla daşıyıram.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ