Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi-yazar, hüquqşünas Vaqif Hüseynin döyüş yolu... - MÜSAHİBƏ

Image


“Xalqımızın ürəyində həm məğlubiyyətlə barışmamaq hissi, həm də intiqam duyğusu  vardı”

Onlar da özlərini Zəfər yürüşünün yoluçuları sırasında gördülər. Qələmi silaha dəyişib düşmənə qarşı döyüşdülər. Bir çoxları ön cəbhədə, ən qaynar nöqtələrdə yağı düşmənlə üz-üzə mücadilə verdi, bəziləri isə  ona etibar edilən strateji əhəmiyyətli yerlərimizin keşiyində dayandılar, müdafiə mövqeyində durdular, ordumuzun geri qaytardığı ərazilərimizin müdafiəsi ilə məşğul oldular.

Yuxarı komandanlıq tərəfindən kimə nə əmr verildisə onu canla-başla icra etdilər. Azərbaycan jurnalistləri, yazarları, əli qələm tutanları 44 günlük Vətən müharibəsində çox böyük qəhrəmanlıqlar göstərdilər. Zəfər yürüşündə 30-a qədər həmkarımızın iştirak etdiyi deyilir. “Bakı-Xəbər” qəzeti qazi jurnalistlərlə bağlı xüsusi layihə təqdim edir və layihəmizin növbəti qonağı “Yeni Müsavat” qəzetinin yazarı və hüquqşünası Vaqif Hüseyndir. İki oğul atası olan Vaqif bəy digər qəhrəmanlarımız kimi bu qisasın övladlarımıza miras qalmaması üçün müharibəyə gedib və düşmənlə mübarizədə iştirak edib.   

- 44 günlük Vətən müharibəsinin ikinci ildönümünü yaşayırıq. Əlbəttə, 27 sentyabrdan 9 noyabra qədər olan bu tarix bütün mənalarda unudulmazdır. Bu unudulmaz günü necə xatırlayırsınız? Zəfərə aparan gün xatirinizdə necə qalıb?

- 27 sentyabrdan 9 noyabra qədər olan tarixlə bağlı danışarkən qeyd etməli olduğum məqamlar var. Mən özüm rütbəli zabitəm. 2007-2009-cu illərdə hərbi xidmətdə olmuşam. Gəncədə xidmət etmişəm. Müharibənin bitməsinə10-15 gün qalmış bizi də cəbhəyə çağırdılar. Yeri gəlmişkən, qeyd edim ki, mən İstanbul Universitetinin doktorantura pilləsində təhsil alıram. Mənə dedilər ki, magistratura tələbəsisiniz, imkan varsa sənəd gətirin bəlkə sizi ona görə aparmayacaqlar. Dedim ki, ehtiyac yoxdur, müharibəyə getməliyəm. Açığını deyim ki, həmin vaxt belə bir şeyi istəmədim, edə də bilməzdim. Vətənə xidmət hər bir kəsin borcudur və əgər çağrılmısansa getməlisən. Mənə elə gəlir ki, hər kəs bu məsuliyyəti öz üzərində hiss etməlidir.

Biz müharibənin son dövrlərində cəbhəyə getdiyimizə görə yerimiz əsasən müdafiə olunan yerlər idi. Mən Füzuli, Xocavənd bölgəsində  olmuşam. Orada hətta bizim düşmənlə üz-üzə mövqelərimiz vardı, çox yaxın idik. Bizim bölüyə də “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı verdilər, biz o medalları aldıq.

- Sizcə, döyüşən ordumuzu qələbəyə kökləyən nə idi?

- Ordumuzu müharibəyə kökləyən, qələbəyə inandıran bir çox amillər vardı. Xalqımız çox vətənpərvər xalqdır. Biz xalq olaraq bir qarış torpağımızın belə getməsi ilə barışa bilmərik. Bu baxımdan heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmamışıq, həmişə ərazilərimizi qaytarmaq arzusunda olmuşuq. Bu yalnız ermənilərlə bağlı deyil. Bu ənənələri ədəbiyyatla, əsərlərlə təlqin etdilər. 30 ildə xalqımızın ürəyində həm məğlubiyyətlə barışmamaq hissi, həm də intiqam duyğusu  vardı. Xalqımız heç vaxt torpaqlarımızın işğal edilməsi faktını qəbul edə bilmədi. Mənə elə gəlir ki, torpaq sevgisi bu xalqda özünü yenidən göstərdi və biz yenə də bu ruhla torpaqlarımızın azad edilməsinə qalxdıq. Xatırlayırsınızsa, insanlarımız könüllü şəkildə döyüşə gedirdi. Hər kəsin bir arzusu vardı, tezliklə torpaqlarımız işğaldan azad edilsin.

- Qələbə xəbərini harada eşitdiniz?

- Xocavənddə eşitdik. Üçtərəfli sazişin imzalanmasını duyduq. Şuşanın alınmasına çox sevindik. Ola bilsin ki, sona qədər gedə bilmədiyimizə görə məyusluq oldu, amma bu da bizdən asılı olan məsələ deyildi.

-Qələbəyə inanırdınızmı?

- Qələbəyə hər zaman inanırdıq. Ona görə inanırdıq ki, bizim xalqın əzmi qarşı tərəfin əzmindən daha böyükdür. Bir də ilk dəfə idi ki, biz qədər ərazimizi azad edə bildik. Mənim beynəlxalq münasibətlər üzrə ixtisasım var bu baxımdan deyirəm ki, torpaqlarımızı azad etmək üçün  gözəl şərait yarandı və biz bu şəraiti əldən verə bilməzdik. Bu inamla da  irəliyə getdik. Allahın köməkliyi ilə qalib gəldik.

- Ən böyük arzunuz nədir?

- İki oğlum var. Biz bu savaşa ona görə getdik ki, bu problem, bu dava bizdən sonrakı nəsillərə qalmasın. Ən böyük arzumdan biri də budur ki, Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa edilsin. İnişallah həll olunar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ