Cümə axşamı günü, 12 noyabr 2026
     

44 Günlük qəhrəmanlıq səlnaməmiz...

Image


Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim…xəzanımdır, xəzanımdır, xəzanım.

Məhz bu misralarla şair Məmməd Araz doğma vətənimiz Azərbaycanımızın tarix boyu yağı düşmələr tərəfindən təcavüzlərə məruz qalmasından və hər zaman bu vətənin qəhrəman övladlarının torpaqlarımızın bölünməməsi üçün “Canımızdan keçərik, Vətəndən vaz keçmərik!” deyib ayağa qalxaraq düşmənə meydan oxumasından bəhz edir.Dünyaya göz açdığımız ilk vaxtlardan anamıza olan sevgimiz, bağlılığımız, vətənə sevgini, bağlılığı öyrədir bizlərə. Birinci sinfə getdiyimiz dövrlərdən başlayaraq isə dəyərli müəllimlərimiz üç rəngli bayrağımızın namusumuz,şərəfimiz olduğunu və torpağımızın müqəddəs, bölünməz olduğunu yaddaşlarımıza qazıyır.Tarix boyu torpaqlarımızda gözü olan yağı düşmənlər,erməni daşnaqları öz məkirli fikirlərini zaman-zaman həyata keçirməyə çalışmış və azərbaycanlılara qarşı soyqırımlar törətmişlər. Vətənimizin hər-bir qarışı bizə əzizdir. Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır. XX əsrin 80-ci illərinin sonları90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır.Ermənilər onun dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daimaAzərbaycandan ayırmağa çalışmışdırlar. 1987-ci illərin sonlarında onların ölkədəki mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələnmişdir. Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonAğdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələridüşmən tapdağı altına düşmüşdü. Qaçqın və köçkünlərin sayı 1 milyonu keçən və20 faizi erməni daşnaqlarının işğalı altında olan torpaqlarımız, Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən uşaq, qoca və qadınlarımız  qəlbimizdə dərin bir yara qoydu. Unutmadıq! Gəcək nəsillərimizə də unutdurmadıq!

30 ilə yaxınmüddətdə işğal altında idi ana vətən və hey harayladı bizləri. Ümüdümüzü itirmədik. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qayıdışı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Nizamsız hərbi hissələr ləğv edildi, güclü nizami ordu yaradılması prosesi başladı. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı)-də müzakirəyə çıxardı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə qəbul etməyə məcbur olduğu 822 saylı qətnamə ilə Kəlbəcər rayonunun işğalından narahatlığını ifadə etdi.BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan853, 874, 884 saylı qətnamələr qəbul etdi. Həmin sənədlərdə ermənilərin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan müxtəlif bəhanələrlə bu tələbləri yerinə yetirməkdən boyun qaçırırdı.

Bir gün mütləq geri dönəcəyik deyib bir-birimizə millət olaraq dəstək durduq. Əlbətdə ki, bu ümüdü bizə verən ağıllı sərkərdəmiz var idi. Ulu Öndər Heydər Əliyev. Onun Azərbaycan xalqının bu çətin dövründə vətəninə, millətinə sahib çıxması bizi ayaqda durmağa vadar etdi. Ayağa qalxıb dahada möhkəm olmağa çalışdıq. Ağıllı və müdrük siyasətçinin düzgün sayəsəti sayəsində Azərbaycan Respublikası suverenliyini bərpa etdi.Ulu Öndərin layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqlar olduğunu bütün dünyaya istər siyasi arenada istərsə də beynəlxalq arenada çatdırdı. Bu uğurlu siyasəti Azərbaycan xalqı tərəfindən hər daim dəstəkləndi. Xalq layiqli davamçının, müdrük liderinin arxasında dayanmışdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirmiş, yeni ərazilər uğrunda yeni müharibə çağırışı, mülki şəxslərdən ibarət könüllü dəstələri yaratmaq qərarı, 2020-ci il iyulun 12-də ErmənistanAzərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.Aylardı Ermənistan Respublikasının silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədirdi. Və bununla beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar var idi. Əsgərləri ilə çiyin-çiyinə döyüşən milli qəhrəman general-mayor Polad Həşimov, milli qəhrəman polkovnik İlqar Mirzəyev və neçə qəhrəman oğullarımız Tovuz döyüşləri zamanı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdurlar. Tovuz döyüşlərindən sonra müxtəlif ölkələrdə yaşayan Azərbaycanlılar dinc aksiyalar keçirərək dünyaya Ermənistanın işğalçı bir dövlət olduğunu və erməni terroruna dur deməklə səsimizi dünyaya eşitdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.Azərbaycan xalqı dəmir yumruq kimi birləşmişdi. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yaratdığından, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.İstər vətəndə istərsədə vətəndən xaricdə yaşayan vətənin igid oğulları və qızları döyüşlərdə iştirak etmək üçün könüllü olaraq hərbi komisarlıqlara axın edirdi.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirmişdir. İllərdi münaqişənin həllini gecikdirən Ermənistan, Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında aciz qalmışdı. Xalq olaraq bütün dünyaya birliyimizi nümayiş etdirirdik. Cənab prezidentimizin çıxışı “Biz öz torpağımızda vuruşuruq. Haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq! Qarabağ bizimdi! Qarabağ Azərbaycandır!” sözləri xalqda ruh yüksəyliyi yaratmışdır. Elə ilk gündən öz mənəvi dəstəyi ilə qardaş Türkiyyə yanımızda idi.Düşmən ilk gündən zirehli texnikasını döyüş meydanlarında qoyub qaçırdı.Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Düşmənin xeyli sayda hərbi texnikası, canlı qüvvələri, hərbi obyektləri, 12 ədəd “OSA” Zenit-Raket kompleksi məhv edilmişdir. Prezidentimizin ilk twitter paylaşımı gəlmişdi. “Müzəffər ordumuz Fizuli rayonunun Qaraxanbəyli, Qaravənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmalı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar, Ağdərə və Murov dağ silsilələrindəki yüksəkliklər azad edilmişdir”. Həmin gün cəbhədən ilk şəhid xəbərləri gəlməyə başlamışdı. Xalq işgaldan azad olunan torpaqlarına sevinir, hər bir şəhidi üçün bir ürəkdən ağlayırdı və eyni zamanda hər biri ilə qürur duyurdu. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilmiş, canlı qüvvə və texnikası sarıdan çıxarılmış, böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaqüçünErmənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.Oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhəridə, Bərdə rayonunda insanlar həlak olmuş, yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmışdır. 2020-ci ilin sentyabrın27-dən 10 noyabr tarixlərinədəkErmənistan münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.Ermənistan silahlı qüvvələri, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmuş Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparmış, habelə terrorçuluq cinayətləri törədilmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemlərini yarıb keçmişlər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir.Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən hələ də imtina edir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.

Bu qəhrəmanlıq səlnaməsində Ədliyyə nazirliyinin əməkdaşı ədliyyə kapitanı Ruhin Xəlilovda iştirak etmişdi. O 1987-ci ildə Cəbrayıl rayonunun yuxarı Məzrə kəndində dünyaya göz açıb. 5 yaşı olanda məcburi köçkün kimi ailəsi ilə birgə Bakıya gəlir. Öz doğma kəndinin azadlığı uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü olaraq döyüşə yollanır. Oktyabrın 21-də Qubadlıda gedən döyüşlər zamanı yaralı əsgər yoldaşını xilas etmək üçün çalışsada düşmənin namərd gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Geridə 3 övladı vətənə əmanət qalır. Ona “Fəxri ədliyyə işçisi” adı verilir. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasınagörə” medallarıyla təltif edilib. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin işçiləri Şirinov Elvin Şamil oğlu, Mehdiyev Həzrətəli Mehdi oğlu, Əliyev Elçin İldırım oğlu, İsmayılzadə Rüfət Sakit oğlu, Əkbərov İlqar Cümşüd oğlu 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Onlar “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdirlər.Şirinov Elvin Şamil oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilədə təltif edilmişdir.Vətən müharibəsindən geri qayıtdıqdan sonra hər-biri Penitensiar xidmətdə xidmətə qəbul edilmiş vəvəzifədə irəli çəkilərək hal-hazırda kiçik, orta rəis heyətində və mülki vəzifələrdə xidmət aparırlar. Azərbaycan Respuplikası vətəndaşlarından Vətən müharibəsində iştirak etmiş 52 nəfər daha Penitensiar xidmətə işə qəbul edilmişdir. Onlardan 2 nəfəri orta rəis heyətinə, 49 nəfəri kiçik rəis heyətinə, 1 nəfəri isə mülki vəzifəyə təyin edilmişdir. Penitensiar xidmətin sabiq əməkdaçı, hazırda təqaüddə olan ədliyyə-mayoru Çiçək xanım Biləndərlinin oğlu əsgər Elmar Nəbiyevdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 44 günlük Vətən səlnaməmizdə qəhrəmanlıq göstərən igidlərimizlə və şəhidlərimizlə qurur duyuruq. Hər biri bu xalqın qəlbində, yaddaşında bir qəhrəmandır.

Abbasova İLAHƏ
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
Hüquq şöbəsinin böyük inspektoru
ədliyyə mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ