çərşənbə günü, 16 sentyabr 2026
     

Soçidə erməni diplomatiyasının uduzduğu konkret məqamlar açıldı…

Image


Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşünün nəticələri Ermənistanda geniş müzakirə predmetidir.

Baş verənləri şərh edən erməni ekspert Styopa Səfəryan qeyd edir ki, Bakı bu görüşdə İrəvana yenə diplomatik dərs keçdi: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünün formal iştirakı məsələsini rəsmi şəkildə həll etməyə çalışdı. Rusiya ümid edir ki, Qərbin gündəmlərini öz nəzarəti altına almaqla onları mənasız edəcək. Amma belə olmayacaq. Azərbaycan bütün paytaxtlarda Ermənistanın Qarabağı onun tərkibində tanımağa məcbur olmasına nail olub. İndi bu çərçivədə Azərbaycan Qarabağın qalan hissəsi üzərində də nəzarəti tam bərpa edəcək”.

Baş verənlərlə bağlı “armenianreport” portalı yazır ki, hadisələrin gedişi Ermənistan üçün məyusedicidir: “Ən azından Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin birgə bəyanatını oxuyanda başqa fikirlər ağla gəlmir. Bəyanat BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasının qarşılıqlı tanınmasından bəhs edir. Bakıda hamı bunu böyük qələbə kimi qiymətləndirir. Axı, Qarabağdan, onun müstəqilliyindən, Qarabağ xalqının təhlükəsizliyinin təminatlarından, statusundan bəhs edilmir. Bunların heç biri bəyanatın mətnində yoxdur. Üstəlik, hətta Rusiya sülhməramlılarının missiyasına aid olan hissədə də Qarabağ coğrafi baxımdan qeyd edilmir. Bundan əlavə, üçtərəfli bəyanatın mətnində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması barədə heç bir qeyd yoxdur. Erməni hərbi əsirlərin qaytarılması ilə bağlı heç bir əsaslı razılaşmalar yoxdur. Yəni Azərbaycan tərəfdən heç bir güzəşt edilməyib. Eyni zamanda İlham Əliyev hətta “Qarabağ münaqişəsi tarixdir, o, 2 il əvvəl həll olunub və burada praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur!” ifadəsi ilə hamı razılaşdı. O, bunu Vladimir Putinlə görüşdə deyib. Rusiya prezidenti isə buan qarşı heç nə demədi. Bakı mediası yazır ki, “erməni tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun bəyanatda əks etdirmək istəyib, lakin buna nail ola bilməyib”. Üstəlik, Bakı mətbuatının yazdığına görə, “Paşinyan və komandası 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin sənədə daxil edilməsini istəsələr də, buna nail ola bilməyiblər”. Portal onu da qedy edir ki, əslində, Soçi görüşündən sonra Ermənistan və Rusiya arasında münasibətlər bir qədər də pisləşib. Belə ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın təkbətək görüşü zamanı maraqlı anlar baş verib. Putin ilə Paşinyan arasında demək olar ki, əməlli-başlı mübahisə gedib: “Bizdə olan məlumata görə, Nikol Rusiya prezidentinin dediklərinə məhəl qoymayaraq, Qərbin təklif etdiyi Brüssel platformasından yararlanacağını bildirib. Sözsüz ki, bu, Putinin xoşuna gəlməyib. Tərəflər yüksək tonla mübahisə edib. Görüşdən çıxan Paşinyanın hər şey üzündə yazılmışdı. Sözsüz ki, bu danışıqlar onun ürəyincə olmadı. Ermənistan baş nazirindən fərqli olaraq, İlham Əliyevin üzündə qələbə ruhu var idi”.

Qeyd edək ki, “Vestnik Kavkaza” nəşri də Soçi görüşü barədə maraqlı nüanslara diqqət çəkib: “Soçidə İrəvanın maraqlarını təmsil edən baş nazirin rəhbərlik etdiyi komanda 2021-ci ilin mayında baş verən hadisələrin qiymətləndirilməsini yekun sənədin mətninə daxil etməyi qarşısına məqsəd qoyub. Ötən il mayın 12-də Qaragöl yaxınlığında Azərbaycan və Ermənistan sərhədçiləri arasında toqquşma baş verib. Daha sonra İrəvan iddia edib ki, “Azərbaycan hərbçiləri sərhədi dəqiqləşdirmək bəhanəsi ilə saxta kartoqrafik materiallardan istifadə edərək Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləməyə cəhd edib”. Bakı isə izah edib ki, 10 noyabr 2020-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistanla həmsərhəd işğaldan azad edilmiş rayonlarda mürəkkəb dağlıq relyef strukturuna və iqlim şəraitinə malik ərazilərdə hava şəraitinin yaxşılaşdırılması ilə Azərbaycan sərhədinin xüsusi olaraq ölkəyə məxsus mövqelərinə mühafizəçilər yerləşdirilib. Sərhəd mühafizəsi sisteminin gücləndirilməsi istiqamətində addımlar Ermənistanla Azərbaycan arasında sərhəd xəttini müəyyən edən xəritələr əsasında həyata keçirilib. Mübahisəyə səbəb iki dövlət arasında müstəqillik bərpa olunandan bəri məlum səbəblərdən dövlət sərhədinin olmaması olub. Paşinyanın nə üçün həmin hadisələri indi xatırlatmaq qərarına gəldiyi, həm də ən yüksək səviyyədə imzalanması planlaşdırılan sənədin mətninə onların daxil etməsi qaranlıq olaraq qalır. İrəvanın Azərbaycan sərhədçilərinin Qaragöl gölü ərazisində guya qanunsuz hərəkətləri ilə bağlı bəyanatları yalnız təxribat kimi qiymətləndirilə bilər. Paşinyan yəqin ki, Soçi görüşündə erməni revanşistlərinin səsləndirdiyi fikirləri reallaşdırmağa çalışıb. Lakin həm Bakı, həm də Moskva Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsində başlanğıc nöqtəsi kimi yalnız SSRİ-nin yeni Konstitusiyasının qəbulundan əvvəl tərtib edilmiş Baş Qərargahın 1975-ci il rəsmi xəritələrini qəbul edir. Ermənistan tərəfi 2022-ci il sentyabrın ortalarında baş vermiş hadisələri bəyanatın mətnində əks etdirməyi təklif edib. Payızın əvvəlindən Ermənistan Azərbaycanın Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətinə artilleriya, eləcə də piyada qoşunlarını çıxarmağa başlayıb, erməni KİV-ləri sərhədyanı hərbi əməliyyatlar təhlükəsini qızışdırıb. Sentyabrın 13-də Azərbaycan ərazisinə yollanan Ermənistan diversant dəstələri Azərbaycan ordusunun mövqeləri ətrafındakı torpaqları minalamağa başlayıblar. Sonra diversantlar aşkar edilib, döyüş başlayıb. Paşinyan Putinə, Blinkenə, Makrona, Rusiya XİN-ə, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına kömək üçün zəng edib. Ekspertlər də bildirdilər ki, İrəvanın üçüncü tərəfləri prosesə cəlb etməyə çalışmasının sürəti bu hərəkətlərin əvvəlcədən hazırlandığını göstərir. O zaman Paşinyanın niyə İlham Əliyevə zəng etmədiyi, eləcə də ay yarımdan sonra nə üçün Soçi sənədinə bu hadisələri salmaq istəyi müəmmalı olaraq qalır”. Portal yazır ki, Ermənistan Soçidə razılaşdırılmış bəyanatın mətnində “Dağlıq Qarabağ” ifadəsinin yer almasını sona qədər təkid etsə də, Azərbaycan bununla razılaşmayıb. Bunu Ermənistanın  xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da etiraf edib: “Bakının yanaşması belədir ki, Qarabağın Azərbaycanın bölgələrindən biri kimi Ermənistana və sülh prosesinə heç bir aidiyyəti yoxdur. Ermənistan və Azərbaycanın suveren ərazilərinin yerləşdiyi torpaqlar ancaq sərhədin delimitasiyası ilə müəyyən edilə bilər. Amma delimitasiya sülh müqaviləsi bağlanmadan, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən mümkün deyil. Bu və ya digər şəkildə Soçidə Rusiya və Azərbaycan liderləri Paşinyanın bu istəklərindən imtina ediblər, onun bütün bu istəkləri təxribat kimi qiymətləndirilib. Ermənistan tərəfinin ziddiyyətli mövqeyinə baxmayaraq, sonda bəyanat qəbul olundu, orada “Qarabağ” sözü qeyd olunmadı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirildi”. Bu fonda Paşinyan özü etiraf edir ki, onun bəzi təklifləri də Soçidə rədd edilib. Məsələn, Paşinyan bildirir ki, Soçidə keçirilən sammitdə Ermənistan tərəfi Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib, lakin bu, rədd edilib: “Biz mandatın qeyri-müəyyən müddətə - 5-20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb”. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə Nikol Paşinyanın sülhməramlılarla bağlı təklifinin müzakirə edildiyini demişdi. Rusiya lideri vurğulayıb ki, mandatın uzadılması məsələsində birgə razılaşmaya ehtiyac var ki, bu da mümkün sülh müqaviləsinin bağlanması, sərhədlərin demarkasiyası və delimitasiyasından asılı olacaq.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ