Cümə axşamı günü, 12 noyabr 2026
     

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin yeni mərhələsi başladı

Image


İşğaldan azad edilmiş ərazilərdə bu gün Azərbaycan dövləti tərəfindən genişmiqyaslı abadlıq-quruculuq işləri gərülür, meqa layihələr həyata keçirilir. Artıq dünya miqyasında da etiraf olunur ki, Qarabağın, Şərqi Zəngəzurun bərpası misli görünməmiş xarakterə malikdir.

Özü də Azərbaycan bütün bu işləri hələ də təkbaşına, öz imkanları hesabına həyata keçirir. Bu zaman ən incə detallar belə nəzərə alınır.

  • Beynəlxalq donor təşkilatları yenə ikili standartlardan çıxış edirlər

Azərbaycan dövləti tərəfindən aparılan bərpa işləri təkcə bu günü yox, həm də qarşıdakı bir neçə onilliyin reallıqlarını nəzərə almaqla həyata keçirilir. Çünki istənilən yaşayış yerini təkcə məhv edilmiş infrastrukturları bərpa etməklə, yenidən qurmaqla deyil, onilliklər ərzində orada həyatın necə olacağına dair strategiya, ideya əsasında qurmaq lazımdır. Çoxsaylı sınaqlardan sonra azad edilmiş ərazilərə qayıdacaq azərbaycanlılar təkcə coğrafi baxımdan deyil, həm də həyat keyfiyyəti prizmasından ən qabaqcıl dünya standartlarına uyğun yaşamağa layiqdirlər. Azərbaycan dövləti məhz öz imkanları heabına bunu həyata keçirir. Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı  prezident İlham Əliyev bu xüsusda maraqlı məqamlara diqqət çəkərək bildirirb ki, iki il əvvəl Azərbaycan ermənistanla münaqişəyə son qoyub: “Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq. Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür. İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik”. 

Burada beynəlxalq donor təşkilatlarının yenə ikili standartlardan çıxış etməsi müşahidə edilir. Məsələn, Azərbaycandan fərqli olaraq Ukraynaya fərqli münasibət sərgilənir. Qeyd edək  ki, Rusiya-Ukrayna savaşı nəticəsində  ikincinin ərazisində də Azərbaycanda olduğu kimi çox böyük coğrafi ərazidə dağıntılar var. Ukraynada da  mülki infrastruktur məhv edilib. Ukraynada müharibə hələ də davam edir, amma artıq indidən beynəlxalq donor təşkilatları Ukraynanın bərpa planları üzərində işləməyə başlayıb. Bir müddət əvvəl Ukrayna hökuməti, Dünya Bankı və Avropa Komissiyası Ukraynanın bərpasına dair ortaq hesabat yayımlayıb. Beynəlxalq qurumların fikrincə, 8 aydır sürən müharibə və dağıntılar Ukraynada mədəni mirasın qorunması, eləcə də iqtisadi inkişaf və yoxsulluğun azaldılması sahəsində son illər qazanılan uğurları da əldən çıxarır. Hesabatda qeyd edilir ki, dağıntılara məruz qalan Ukraynanın bərpası bir neçə mərhələdə gerçəkləşdirilə bilər. Birinci mərhələdə məktəb və xəstəxanaların, eləcə də nəqliyyat infrastrukturunun bərpası, qış aylarında ortaya çıxacaq enerji tələbatının ödənilməsi nəzərdə tutulur. İlkin mərhələdəki bərpa tədbirlərinin dəyəri 105 milyard dollar olacaq. Bu baxımdan, Dünya Bankı bildirib ki, Ukraynada həyatın normala dönməsini təmin edə bilmək üçün beynəlxalq ictimaiyyətin maddi dəstəyi kəsilməməlidir. Maraqlıdır ki, eyni problemlə üzləşən Azərbaycana analoji diqqət və yardım göstərilmir. Bu da beynəlxalq donor təşkilatlarına inamı sarsdır.

  • Azərbaycan uğur nümunəsi yaradır

Dünya ictimaiyyətindən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının səmərəli icrası istiqamətində hökumət çoxsaylı addımlar atır. Elə bu fonda prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib. Şərqi Zəngəzurda görülən işlərlə tanışlıqdan sonra səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, infrastruktur layihələrinin icrasının prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib. Məhz görülən işlərin vaxtaşırı yerinə yoxlanılması “Böyük Qayıdış” üçün görülən işlərin operativ və keyfiyyətli qaydada icrasına imkan verir.

Onu da qeyd edək ki, Azərbaycanın sırf öz imkanları hesabına həyata keçirdiyi işlər dünyada yüksək qiymətləndirilir. Bunu ölkəmizə səfər edən xaricilərin dedikləri də təsdiq edir. Qeyd edək ki, elə bu günlərdə “Türkiyə Səyyahlar Klubu” dərnəyi azad edilmiş ərazilərdə səfərdə olub. Dərnəyin üzvü Saimə Özmekik Zəngilanın Ağalı kəndində gördüklərindən sonra bildirir: “Qısa bir zamanda belə modern və ekoloji cəhətdən təmiz kəndin salınmasının özü Azərbaycan dövlətinin qüdrətindən xəbər verir”.O vurğulayıb ki, Zəngilanın Ağalı kəndinə heyran olub: “Gözümüzü sanki çox ayrı bir dünyada açdıq. Zəngilan rayonunun Ağalı kəndində olduq. Hər bir çətinlikdən sonra mütləq gözəl hadisələr yaşandığını hamımız bilirik və həmin gözəl hadisənin gerçəkləşdiyini bu gün öz gözlərimizlə gördük. Burda insanların necə qonaqpərvər və öz vətənlərinə bağlı olduğunu dərindən hiss etdik. Bu baxımdan azərbaycanlı qardaşlarımızla qürur duyuruq”. Belə misalların sayı kifayət qədərdir. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesini uğurla həuyata keçirən Azərbaycan məqsədinə çatmaq üçün bütün imkanlara malikdir. Lakin bu prosesdə beynəlxalq donor təşkilatlarının iştirakı və yardımı azad edilmiş ərazilərin daha tez müddətdə bərpasına imkan verər, nəticədə məcburi köçkünlərin qayıdışı da daha dinamik xarakter alar.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ