Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakı Paşinyanın sülhməramlılar arzusunu gözündə qoydu

Image


Soçidə baş tutan görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş  müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasında maraqlı tərəf kimi çıxış etdiklərini bildirirdi.

Bu xüsusda o qeyd edirdi: “Biz Rusiya sülhməramlılarının Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Qarabağda  mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”.

Qarabağdakı separatçı rejim də  Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyirdi. Separatçıların rəhbəri Arayik Arutyunyan bu fonda Rusiya sülhməramlı qüvvələrinin missiyasının müddətsiz uzadılmasını vacib sayırdı. O, bunun həyati əhəmiyyət kəsb etdiyini vurğulayır və qeyd edirdi ki, 2020-ci ilin noyabrından etibarən Rusiya sülhməramlıları onların təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. Onun fikirincə, ikinci əsas parametr statuslarının ən azı indiki vəziyyətdə saxlanmasıdır. Amma Soçi görüşü ermənilərin bütün istək və arzularının üzərindən xətt çəkdi. Soçidə qəbul edilən bəyanatda sülhməramlı qüvvələrinin regionda qalma müddətinin uzadılmasından ümumiyyətlə bəhs olunmur.  Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında da bu xüsusda maraqlı açılamalar verdi: “Sülhməramlılarla bağlı bizim 2020-ci il 10 noyabr tarixli birgə bəyanatımızda da qeyd olunub. Burda əlavə ediləsi bir şey yoxdur. Biz bu barədə danışdıq. Bunun üçün bizim birgə razılığımız olmalıdır. Bilirsiniz, bu, digər məsələlərdən asılı olacaq. Misal üçün, sülh müqaviləsinin mümkün imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdən asılıdır. Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq. Lakin bütün hallarda hər iki tərəf Rusiyaya gördüyü işə görə təşəkkürlərini ifadə etdilər”. Beləliklə, Putinin açıqlaması br daha təsdiq edir ki, sülhməramlıların bölgədə qalma müddətinin uzadılmasından söhbət getmir və bu xüsusda hansısa müzakirələr də aparılmır.

Bütün bunlar təsdiq edir ki, Ermənistanın əldə etdiyi nəticəİrəvanın görüşdən qazancsız qayıtmasıdır. Görünür, elə buna görədir ki, Nikol Paşinyan Soçi görüşünün nəticələrini pozmaq istəyib. O, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib. Bəyanatə əsasən,  Paşinyanın pozuculuq cəhdlərinin əbəs olmadığını söyləmək mümkündür. Çünki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Rusiyanın “Mülki müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko da məsələyə bu prizmadan yanaşır: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü başa çatdı. Yekun bəyanatda nə əksini tapıb: 1. Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi; 2. Qarabağ və orda yaşayan erməni əhalinin “statusu” haqda heç bir xatırlatma yoxdur. Orda nə baş verirsə və verəcəksə - Azərbaycanın daxili işidir; 3. Bakı və İrəvan arasında sülh sazişinin bağlanması üçün iş aktivləşdiriləcək; 4. Rusiya Cənubi Qafqaz regionunda və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında öz açar oyunçu mövqeyini saxlamaqda davam edir.Bundan başqa, nikol  Paşinyan İlham Əliyevlə müqayisədə siyasi baxımdan əhəmiyyətsiz görünür və təbii ki, Vladimir Putin də bunu görür. Paşinyan daim Rusiyadan nəsə dilənir. Pul və silah verilmirsə – heç olmasa başqasının çətiri altında dayanın. Rusiya üçün Ermənistan qulpsuz çemadandır”. Digər ekspertlər də diqqəti ona yönəldirlər ki, Ermənistan Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdı. Bunlardan birincisi, Praqa görüşündən sonra Ermənistana Avropa İttifaqının sülhməramlı missiya göndərməsi, ikincisi, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı açıq mövqenin ortaya qoyması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü, Xankəndində “uğurlu” mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Vladimir Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Amma bunların hamısının əbəs olduğu praktiki şəkildə özünü göstərdi. Proseslər Azərbaycanın istədiyi ssenari üzrə getdi.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ