Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyanın iddialarının heç biri Soçi sənədinə salınmadı...

Image


Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələri ölkəmizin İrəvan üzərində növbəti mühüm diplomatik qələbəyə imza atdığını göstərdi.

Çünki görüşün sonunda qəbul edilən bəyanat, həmçinin, Rusiya prezidenti Vladimir Putinin dedikləri azərbaycanın mövqeyinin bir daha dəstəkləndiyini nümayiş etdirdi. Əvvəla, o baxımdan ki, Qarabağ münaqişəsinin tarixə qovuşduğu Soçi bəyanatında bir daha təsdiqini tapdı.

Qeyd edək ki,  Soçidə prezident İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüşdə də Azərbaycan dövlət başçısı bir daha qeyd edib ki, Qarabağ münaqişəsi tarixidr və bu xüsusda hansısa müzakirə edilməli məsələ yoxdur. İlham Əliyev qeyd edib ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bundan sonra Soçidə liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanatda da Azərbaycanın istədikləri təsbit edilib. Sənəddə yazılıb ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bundan əvvəlki 3 bəyanatın (9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il) icrasını müzakirə ediblər. Həmin bəyanatlarda tərəflər arasında atəşkəsin saxlanılmasından, bölgəyə Rusiya sülhmərəmlıların yerləşdirilməsindən, daha sonra isə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından bəhs edilib. Bu son bəynatda isə qeyd edilib ki, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə yuxarıda qeyd olunan sazişlərə ciddi əməl etməyə sadiq olduqlarını təsdiq edirlər: “Biz humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq”. Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilib, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanıb. Sənəddə o da bildirilib ki, müəlliflər güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar. Bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə, 1991-ci ilin Alma-Ata bəyannaməsinə (Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə) uyğun suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razı olublar: “Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına aktiv hazırlığın vacibliyini vurğuladıq. Mövcud işlənilmələr əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək". Həmçinin sənədə görə, Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan ilə Ermənistan arasında müsbət atmosferin yaradılması, iki ölkə xalqları arasında etimadı gücləndirmək məqsədi ilə üçtərəfli parlamentlərarası təmasların başlanması da vacib sayılıb: “Azərbaycan və Ermənistan liderləri Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışladılar”.

Beləliklə, göründüyü kimi sənəddə Qarabağ məsələsindən ümumiyyətlə bəhs olunmur. Vladimir Putin yeni Soçi görüşünün faydalı olduğunu, gələcəkdə mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını deyib: “Biz üçtərəfli bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, bütün məsələləri razılaşdırmaq mümkün olmadı, bəzi məsələləri ekspertlər səviyyəsində işlənmiş mətndən çıxarmaq lazım gəldi. Buna baxmayaraq, mən belə bir ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı olub və ümumilikdə vəziyyətin tənzimlənməsi istiqamətində sonrakı addımların atılması üçün şərait yaradılıb”. Putin bundan əvvəlki üçtərtəfli danışıqlardan bəhs edərkən deyib ki, o vaxt prinsipial məsələr üzrə razılıq əldə olunmuşdu və bundan sonra da əldə edilə bilər. Rusiya prezidenti azərbaycanlı və ermənistanlı həmkarlarına təşəkkürünü bildirib və deyib ki, üçtərəfli görüşlər gələcəkdə də davam etdiriləcək. Putin qeyd edib ki, regiondakı nəqliyyat və infrastruktur kommunikasiyalarını açmaq lazımdır: “Mən hərbi münaqişənin dayandırılmasına necə nail olunduğunu xatırlayıram. Biz onda hamımız belə bir mövqedən çıxış edirdik ki, ən başlıcası sülhü təmin etmək və inkişaf üçün, Ermənistanın iqtisadi inkişafı üçün şərait, iqtisadiyyatın, sosial sferanın inkişafı üçün yeni marşrutlar yaratmaq lazımdır. Nəticə etibarilə bunun üzərində işləyirik. Bütün bunlar insanların maraqları üçün planlaşdırılır. Mən çox ümid edirəm ki, irəliləyişə nail olacağıq”. Qeyd edək ki, Azəbaycan da məhz regiondakı nəqliyyat və infrastruktur kommunikasiyalarını açılmasını vacib hesab edir. Qeyd edək ki, Soçi görüşündən əvvəl Ermənistanın gündəmə gətirdiyi məsələlərdən biri də  Rusiya sülhməramlılarının Qarabağdakı mandat müddətinin uzadılması idi. Lakin Azərbaycan bundan imtina edir və bu məsələ Soçidə müzakirə edilməyib. Bunu Putin də təsdiqləyərək qeyd edib: “Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında bizim birgə bəyanatımızda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bu barədə (Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılması barədə) danışmışıq. Bu, bizim birgə razılaşmamızı tələb edir”. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərar digər məsələlərdən - sülh müqaviləsinin mümkün bağlanmasından və Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır: “Əgər bu məsələlər həll olunsa, onda sülhməramlılar məsələsi başqa cür olacaq. Əgər həll olunmasa və ya müəyyən dərəcədə həll olunsa) bizim sülhməramlı kontingentimizin taleyi bundan asılıdır. Demarkasiya, sərhədlərin delimitasiyası ən vacib məsələdir. Bununla razıyam. Biz həqiqətən də bu barədə çox danışdıq və bəzi ilkin şərtlər var ki, ümumi yol tapılıb”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ