Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasında son illərdə həyata keçirilən beynəlxalq layihələr, bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir.
Bakı-Tiflis-Qars dəmir yolunun açılması, Azərbaycanın təşəbbüsü və vasitəçiliyilə TAP, TANAP kimi iri transmilli enerji marşrutları ölkəmizi əksər dünya ölkələrinin diqqət mərkəzinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri , Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi kimi mühüm layihələr Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirib.
Eyni zamanda həyata keçirilən bütün beynəlxalq tədbirlər Azərbaycanıb dünya miqyasında nüfuzunun daha da artırılmasın təmin edib, dövlətlərarası əlaqələrini gücləndirərək Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətinə çevirib. Hazırda BMT, ATƏT, NATO, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar və Türkiyə, ABŞ, Rusiya, İngiltərə kimi digər güclü dövlətlərlə sıx əməkdaşlığımız mövcuddur.
Fransa və Ermənistanın BMT fiaskosu...
44 günlük müharibənin Azərbaycanın qələbəsilə yekunlaşmasından sonra, Ermənistan və dünya erməniləri bütün qüvvələrini səfərbər etdilər ki, beynəlxalq qurumlarda və diplomatik müstəvidə Azərbaycana zərbələr endirsinlər. Ancaq Azərbaycanın düzgün diplomatik gedişləri, həmçinin nüfuzlu beynəlxalq qurumlarla mövcud əlaqələri və hörməti buna imkan vermədi, ermənilərin bütün cəhdləri fiaskoya getdi.
Biz anoloji basqıları bu ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhəddində düşmən təxribatı zamanı baş verən toqquşmalardan sonra da gördük. Həmin hadisədən dərhal sonra
Fransa Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-də gecə başlayan döyüşlərlə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını çağırdı. Bu barədə Fransa Prezidenti Emmanuel Makron şəxsən təşəbbüs göstərdi. Ancaq Azərbaycanın distlarının sayəsində Fransanın bizi cəzalandırmaq istəti baş tutmadı. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Gozep Borellin bəyanatı isə belə oldu:
"Avropa İttifaqı xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan bir Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında dürüst vasitəçi kimi fəaliyyət göstərməyə davam etmək öhdəliyinə sadiqdir".
Borel həmçinin Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar-ın "vacib deeskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcəyini" açıqladı.
Ermənistan baş naziri Nikol Paşinyan iki ölkə arasında baş verənlərlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi. KTMT-dən bildirildi ki, onlar güc tətbiqini qəbuledilməz hesab edir. Bəyanatda deyilirdi ki, "ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 09 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".
NATO-da Azərbaycan və Ermənistan sərhədində gedən hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili azaltmağa çağırdı. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Cavier Colomina öz şəxsi Twitter hesabında bunları yazdı:
"Ermənistan və Azərbaycan sərhədləri boyunca baş verənlərdən çox narahat olduq".
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adından yayılan bəyanatda isə "hərbi düşmənçiliyin eskalasiyası" dərhal dayandırılması tələb edilirdi. Bütün bunlar göstərir ki, 44 günkük müharibədə və ondan sonrakı mərhələdə Azərbaycanın beynəlxalq inteqrasiya işlərində yeni mərhələ açıb.
Azərbaycanın BMT, QH və İƏT-dəki uğuru…
Qeyd edək ki, Azərbaycanın dünyada ən böyük təşkilat olan BMT-dəki mövqeləri kifayət qədər möhkəmdir. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına (TŞ) iki il müddətinə qeyri-daimi üzv seçilməsi də bunu göstərir. BMT çərçivəsindəki fəaliyyəti Azərbaycanın müstəqil inkişafına dəstək verməklə yanaşı, beynəlxalq ictimai rəyin ölkəmizin maraqlarına uyğun istiqamətdə formalaşmasına şərait yaradır.
BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da Azərbaycanın mövqeyi kifayət qədər möhkəmdir. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub. 100-dən artıq ölkənin təmsil olunduğu qurumda Azərbaycan öz fəallığı ilə seçilir, təşkilat daxilindəki siyasi məsləhətləşmələrdə fəal iştirak edir, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi üçün təkliflər irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasından qısa müddət sonra Hərəkatın keçmiş “Dağlıq Qarabağ” münaqişəsinə dair qəbul etdiyi qərarlar qurum üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını, həmçinin ölkəmizin diplomatik uğurunu göstərən əlamətdar haldır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da fəal rol oynayır. Qurumun Bakıda tədbirləri, nazirlər səviyyəsində toplantıları keçirilir. Təsadüfi deyil ki, təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıyıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul edib.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.