Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Mail Əsgərovun Zəfər və jurnalist yolu… - MÜSAHİBƏ

Image


“Müharibəyə çağırıldığım an çox böyük sevinc və qürur hissi keçirdim” 

Azərbaycan jurnalistləri də Vətən müharibəsinin zəfərlə bitməsində əhəmiyyətli rol oynadılar. Müharibənin içində olmaqla böyük bir tarixin yaradılmasında həm iştirak etdilər, həm də hər hadisənin şahidi oldular.

Onlar ilk gündən sinələrini yağı gülləsəsinə sipər etdilər, əsas amalları torpağımızı düşməndən təmizləmək olsa da, eyni zamanda özlərini şəhidliyə də hazırladılar. Azərbaycan jurnalistləri Vətənin müdafiəsində cəsarətlə, mərdliklə dayandılar.

“Bakı-Xəbər” qəzetinin qazi jurnalistlərlə bağlı  ərsəyə gətirdiyi layihənin budəfəki qonağı “ARB Media Qrupu”nun mətbuat katibi, həmkarımız Mail Əsgərovdur.

- 44 günlük Vətən müharibəsinin ikinci ildönümünü yaşayırıq. Əlbəttə, 27 sentyabrdan 9 noyabra qədər olan bu tarix bütün mənalarda unudulmazdır. Zəfərə aparan o unudulmaz günü  necə xatırlayırsınız? Döyüşə necə yollandınız?

- Bilirsiz bizi Zəfərə aparan, ən çox  zəfərə kökləyən nə idi? İnsanlarımızın döyüşə gedən insanlara yanaşması, deyərdim ki, öz doğması kimi münasibət bəsləməsi idi. Əynimdə mülki paltar müharibəyə getməyə hazırlaşarkən bunu aydın şəkildə gördüm. İnsanlar biləndə ki, cəbhəyə gedirəm, məni öz doğmaları kimi bağırlarına basırdılar. Cəbhəyə yola salınmağım indi də yadıma düşəndə çox duyğulanıram və həmin hissləri keçirirəm. Qələbəyə çox inanırdıq. Biz döyüşdüyümüz ərazidə hər gecə təminat gətirirdilər. Bizim internetimiz yox idi, bu baxımdan, heç kimlə əlaqə yaratmağımız mümkün deyildi, informasiya ala bilmirdik. Orada hər dəfə xatırladığım bir deyim yaranmışdı: “Cənabdan nə xəbər?” Yəni bütün şad xəbərləri xalqımıza cənab Prezident çatdırırdı deyə, belə bir fraza yaranmışdı. Cəbhədə hər gün yeni şad xəbər eşidirdik. Bizim axır nöqtəmiz Füzuli rayonunun Qaraxanbəyli kəndi oldu. Biz döyüşlərdə irəlilədiyimizi görürdük, artıq düşmən postunda oturmuşduq. Düşmən işğal dövründə bizim ərazilərimizdə öz postunu qurmuşdu, sonra biz özümüz o postda oturduq.

- Döyüş yolunuz hansı ərazilərdən keçdi?

- Döyüş yolum Füzuli rayonundan başladı. Oktyabrın 15-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə yaralandım.

Bir həftə arxada təlimdə, hazırlıqda  və bir həftədən sonra aktiv fazada olduq. Aktiv döyüşlərin getdiyi nöqtələrdə oldum. Biz Haramıdan hücuma keçmişdik Qaraxanbəyli, Füzuli istiqamətində irəliləyirdik.  Oktyabrın 15-də 120 millimetrlik  minaatan mərmisi yanıma düşdü və onun partlaması nəticəsində yaralandım. O günlərdən artıq iki il keçir, bizim Zəfərimizin iki yaşı olur. Bilirsiz, hazırda ən böyük arzum nədir? Ən böyük arzum budur ki, bir daha şəhid xəbəri eşitməyək, bir daha anaların bağrı qan olmasın, bir daha heç bir övlad atasız, valideynsiz qalmasın.

- Siz şəhid ağrısını daha içdən yaşamısınız…

- Tələbəliyimiz Birinci Qarabağ müharibəsinə düşdü. Müharibəni görməmişdim, bilmirdim ki, müharibə nədir. 44 günlük Vətən savaşında isə müharibənin içində oldum, yaxınlarımızı, qardaşlarımızı, çox yaxın silahdaşlarımızı şəhid verdik, şəhidlərimiz oldu. Şəhidinliyin nə olduğunu bildim, acısını hiss etdim, içim yandı. Günü bu gün  də o ağrını yaşayıram. Mənfur düşmənin təxribatı nəticəsində  baş verən 12 sentyabr hadisəsində də şəhidlərimiz oldu, az qala hər gün insanlarımız ermənilərin basdırdığı minaya düşür...

- Sizcə, döyüşən ordumuzu qələbəyə kökləyən, inandıran əsasən nə idi? Ən çox nədən ruhlanırdınız?

- Bəli, 44 günlük müharibə, Zəfər tariximiz nəinki mənim, bütün Azərbaycan xalqının yaddaşından ömrü boyu silinməyəcək. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayarkən ilk gündən qələbənin qığılcımları özünü göstərməyə başladı. Mən 30 sentyabrda müharibəyə çağırılmışam…Sentyabrın 27-dən 30-na qədər çox böyük təəssüf hissi keçirirdim ki, niyə məni çağırmırlar. Deyirdim ki, məni çağırmayacaqlar, torpaqlarımızın işğaldan azad olunmasında mənim payım olmayacaq. Hər bir Azərbaycan vətəndaşı kimi mən də cəbhəyə gedib düşmənə qarşı döyüşmək, torpaqlarımızın azad olunmasında iştirak etmək istəyirdim.

Cəbhəyə getməmişdən əvvəl də, cəbhədə olduğum müddətdə də inanırdım ki, qələbə bizimdir. Ordumuzun bütün cəbhə boyu ərazilərdə, istiqamətlərdə ancaq irəli getməsinin şahidi olurduq. Düzdür, düşmən dirəniş göstərirdi, amma dirənişi yarıb irəli getməsi də məlumdur. Sevindirici xəbərlər gəlirdi. Düzdür, şəhid və yaralılarımızla bağlı üzücü xəbərlər də alırdıq, amma Zəfər xəbərlərimiz də çox olurdu. Biz bu xəbərləri 30 il idi ki, gözləyirdik.  

- Döyüşə çağırıldınız… Bu hissi necə yaşadınız?

- Sentyabrın 30-da artıq məni Səfərbərlik Xidmətindən çağırdılar və həmin günün axşamı artıq hərbi hissədə idim. Döyüş yolum 30 senytabrdan başladı.  27-dən 30-na qədər hər gün cəbhədə gedən prosesləri izləyib o qədər həyəcan keçirirdim ki…Bunu sözlə ifadə etmək çətindir. Mən ehtiyatda olan zabit kimi zabit məsuliyyətinin nə olduğunu gözəl bilirdim. Biz bunu döyüşlərdə gördük, xüsusən də piyada qoşunlarının fəaliyyətində. Mən özüm Milli Ordunun piyada qoşunlarında qulluq etmişəm. Ən qabaqda, düşmənlə təmas xəttində bizim quru qoşunların şəxsi heyəti durur deyə, itkiyə məruz qalan şəxsi heyətlərdən biri bizim şəxsi heyət idi. Buni hərbi xidmət dövündə də  bilirdim. Bilirdim ki, cəbhədə mənə də ehtiyac olacaq. Müharibəyə çağıldığım an çox böyük sevinc və qürur hissi keçirdim. Biz bilirdik ki, döyüş nə qədər çətindir, ölüm-itim olur, itki verilir. Ona rəğmən çox böyük sevinclə, digərləri kimi, mən də  müharibədə iştirak etməyə gedirdim…İkinci doğma evim saydığım ARB-nin kollektivi məni çox böyük ruh yüksəkliyi, sevgi ilə yola saldı…

-   Unuda bilmədiyiniz döyüşlər hansılar idi?

- Yeddi gün orda oldum və yeddi günün də hər günü biz şiddətli döyüşlərdə iştirak edirdik. Heç bir günü bir-birindən ayırmaq olmaz, hər günün öz itkisi, hər günün özünə görə məsuliyyəti, zəfəri və sevinci vardı. Düzdür, şəhid verirdik, ancaq buna rəğmən torpaqlarımızı alırdıq, qarşımıza qoyduğumuz məqsədə nail olurduq. Bu bizim üçün müharibə vaxtı çox böyük motivasiya idi. Onu da deyim ki, 7 günün 24 saatını, hər dəqiqəsini şəhid olcağım barədə düşünürdüm. Fikirləşirdim ki, şəhid ola bilərəm. Təkcə mən yox, döyüş yoldaşlarımın hər biri belə düşünürdü. Çox çətin və şərəfli yol idi.

- Səhv etmirəmsə, siz hospitalda olanda cənab Prezidentlə görüşmüsüz. Təəssüratlarınız necədir?

- Bəli, 2020-ci il noyabrın 11-də cənab Ali Baş Komandan, qalib ordunun sərkərdəsi İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Semaşko” deyilən 1 saylı Kliniki Tibbi mərkəzə yaralılarla görüşə gəldi. Həmin heyətdə mən də vardım. Mənim üçün çox yaddaqalan bir görüş oldu. Çünki qalib ordunun sərkərdəsi öz əsgəri, zabiti ilə görüşə gələrsə bundan gözəl bir görüş ola bilməz. İnanın ki, həyatımda olan ən önəmli hadisələrdən biri odur. Çünki 30 il həsrətində olduğumuz, “vaxt olacaq bu bayramı Şuşada qeyd edəcəyik”, “vaxt olacaq Kəlbəcər alınacaq”, “torpaqlarımız işağldan azad ediləcək” deyimlərinin həyata keçdiyi gün idi. Torpaqlarımız qaytarıldı və cənab Ali Baş Komandan bizimlə görüşə gəlmişdi. Cənab Ali Baş Komandanın bizimlə görüşə gəlməsinə necə sevinməmək olardı, ona bir təşəkkür borcum vardı. Təşəkkür borcumu sevinclə, iftixarla, sevgi ilə cənab Ali Baş Komandana bildirdim. Bu mənim daxilimdən gələn sözlər idi. İfadə etməli olduğum, lakin sözlə ifadə etməkdə çətinlik çəkdiyim çox sözlər vardı. O sevunci, o qüruru, yaşantını çatdırmaq çox çətindir. Onu bu gün də yaşayıram. O təəssüratlar mənim ömrümdə çox böyük iz buraxıb və onu ömrümün sonuna qədər xatırlayacağam. Hər an həm Zəfər təəssüratı, həm də cənab Ali Baş Komandanla görüşün təəssüratı ömrümün axırına qədər mənimlə yoldaşlıq edəcək.

- Müharibəyə gedəndə ailə üzvləriniz bunu necə qarşıladı, "getmə" deyən oldumu?

- Təbii ki, valideynlərim rayondadır, mən öz ailəmlə burada yaşayıram, iki övladım var. Yoldaşım bir azca narahatlığını büruzə verdi. Amma mənə heç kim “ getmə” sözünü demədi. Yaxınlarım, bacılarım artıq yığışmışdılar. Düzdür, hər kəs kövrəldi. Əlbəttə, müharibə dəhşətli bir şeydir. Onu filmlərdən hər kəs görüb və hiss edib. Bilirlər ki, getmək var, amma qayıtmaq olmaya bilər. Necə ki, Allah rəhmət eləsin, şəhidlərimiz bu taleni yaşadı. Ruhları şad olsun, onlar bizim qürur yerimizdir. Valideynlərimlə sağollaşmaq üçün rayona getdim, atam-anam alnımdan  öpüb məni müharibəyə yola saldılar. Valideynlərim də, yaxınlarım da mənə “Allaha əmanət ol” deyib Allaha əmanət etdilər. Düzdür, yaralandım, amma salamat qayıtdım.

- Qələbə xəbərini harda eşitdiniz və eşidəndə nə etdiniz?

- Qələbə xəbərini 1 saylı Kliniki Tibbi Mərkəzdə eşitdim. Həmin vaxt orada müalicə olunurdum, bu mərkəzdə 40 gün müalicə almışam. Sonra evə buraxılmışam. Cənab Ali Baş Komandan Şuşa işğaldan azad edildikdən sonra qələbə xəbərini xalqımıza çatdıranda biz hamımız sevindik, sevincdən, qürurdan hospital sanki silkələnirdi. Hər kəs bir-birini qucaqlayıb ağlayırdı. Mən özüm sevincimdən ağlayırdım ki, artıq şəhid verməyəcəyik. Çox şəhid gördüm, çox yaralı gördüm, çox ağrıdım…İndi isə artıq kapitulyasiya aktı imzalandı, düşmən təslim idi. Sevincimizin həddi-hüdudu yoxdu. Xüsusən də ona sevinirdim ki, bu zəfərdə müəyyən qədər mənim də rolum oldu. İçdən o qədər sevinirdim ki, sanki həyata yenidən gəlmişdim…

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, konstututsiyasına əl uzanarsa, təhdid olarsa ilk növbədə şəxsən əlimə avtomat götürüb qəsbkarlara qarşı döyüşməyə canla-başla hazıram. Baxmayaraq ki, ikinci qrup əliləm, bədənimdə iki qəlpə var, yenə də hazıram. Övladlarımı da vətənpərvərlik ruhunda böyüdürəm. Onlara bayrağı, dövləti, torpağı sevməyi təlqin edirəm.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ