Cümə axşamı günü, 12 noyabr 2026
     

Soçi görüşünün ardından Kreml yeni Ermənistan siyasətinə başlayacaq

Image


Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli Soçi görüşünün nəticələri indi gündəmin ən əsas mövzularından biridir.

Hesab edilir ki, bu görüşdən sonra Ermənistanın Rusiya tərəfindən yeni təzyiq dalğası ilə üzləşməsi qaçılmaz olacaq. Bunu şərtləndirən əsas səbəb Ermənistanın Qərblə artan işbirliyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasında İrəvanın ABŞ və Avropanı moderator qismində görmək arzusudur.

Rusiya prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında çıxışı zamanı bundan narazılığını dilə gətirib. Həmin çıxışında Putin bildirib: “Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diqtə edə bilmərik”. Putin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir: “Uzun illər ərzində Ermənistan tərəfi ilə danışırdıq, dialoq aparırdıq və vəziyyəti nizama salmağı təklif edirdik. Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Deyirdik ki, gəlin, münasibətlərin normallaşmasına doğru gedək. İki Azərbaycan rayonu var ki, onlar böyük rayonlardır. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşacağıq, 5 rayonu verin. Onlar lazım deyil, mənasızdır və boşdur. Oradan adamlar gedib, onları saxlamağın mənası nədir? Qarabağla əlaqə üçün 2 rayon var, özü də onlar böyükdür. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunkü vəziyyətə gətirib çıxardı. Hesab edirik ki, qaçqınların qaytarılması ədalətli addımdır. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı. Nizamlanma, sülh müqaviləsi məsələsinə gəlincə, mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi lazımdır və biz sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq. Eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələləri. Hansı variantı seçmək isə artıq Ermənistanın, Ermənistan rəhbərliyinin və erməni xalqının işidir. Biz heç nəyə məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diqtə etməyəcəyik. Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”. Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirir ki, Soçi görüşü ərəfəsində Putinin dedikləri təsadüfi deyil: “Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı bilir ki, Rusiya prezidenti Vladimir Putin onu satqın hesab edir və Rusiya lideri Paşinyanı Ermənistanda hakimiyyətdən uzaqlaşdırmaqdan məmnun olardı". Politoloqun sözlərinə görə, Putin “Valday” forumunda çıxışı zamanı Paşinyana eyham vurub ki, Azərbaycana böyük güzəştlər etməlidir: “Putin bildirib ki, Rusiya uzun illər ərzində Ermənistan rəhbərliyini Azərbaycana güzəştə getməyə və Qarabağ ətrafındakı 7 rayondan beşini Azərbaycana qaytarmağa razı salmağa çalışıb. Yalnız bundan sonra Qarabağ problemini sülh yolu ilə həll etmək olardı. Lakin Ermənistan rəhbərliyi inadkarlıq edib və müharibənin başlamasına səbəb olub. Nəticədə onlar məğlub olaraq daha çox şey itirdilər. Beləliklə, Putin Ermənistan rəhbərliyinə güzəştə getməyəcəyi təqdirdə İrəvanı nələrin gözləyəcəyinə eyham vurub. Yəni əks təqdirdə yenidən müharibə olacaq və Azərbaycan heç bir güzəştə getmədən bütün Qarabağ ərazisini hərbi yolla tam nəzarətə götürəcək”.

Erməni ekspert, “Alternativ layihələr” qrupunun üzvü Vaqe Ovannisyan isə qeyd edir ki, Ermənistan barıt çəlləyinin üstündə oturub: “Putinin çıxışı daha çox Qarabağla deyil, Ermənistanla bağlı idi. Putinin bəyanatlarından sonra biz yeni mərhələyə qədəm qoyduq. Reallığı mümkün qədər praqmatik olaraq dərk etmək lazımdır”. Erməni siyasətçi bildirib ki, baş nazir Nikol Paşinyanın hər şey haqqında əla təsəvvürü var. Lakin insanların böyük əksəriyyəti vəziyyəti başa düşmür: “Bu normaldır, Ukrayna xalqı da başa düşmədi. Fevralın 23-dək açıq mətnlərdə deyilənlərə qulaq asmadı. İnsanlar adətən faktla qarşılaşana qədər vəziyyəti anlamırlar. Bundan sonra 10 milyondan çox insan didərgin düşdü, minlərlə yaşayış məntəqəsi, şəhərlər, ailələr, talelər dağıdıldı”. “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan da Rusiya-Ermənistan münasibətləri ilə bağlı çox maraqlı açıqlamalar verib: “Mən heç vaxt Ermənistanda yaşamamışam, mənim babam-nənəm də orada yaşamayıb. Ümumiyyətlə, ömrüm boyu cəmi iki dəfə Ermənistanda olmuşam. Amma mən etnik erməni olduğumdan, erməni xalqına deyəcəklərim var. Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, erməni xalqını o xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44 günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub yenidən Rusiyaya qarşı satqınlıq edir”. İndi hesab edilir ki, Ermənistan siyasətini dəyişməsə, Rusiya İrəvana qarşı sərt təzyiq siyasətini işə salacaq. Bu zaman Qarabağ erməniləri və Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli də tezləşə bilər. Bunu rusiyalı politoloq Yevgeni Mixaylov da xüsusi vurğulayır. O qeyd edir ki, Azərbaycan Qarabağ məsələsində Ermənistana güzəştə getməyəcək: “Ermənistan üçtərəfli bəyanatları yerinə yetirməlidir. İrəvanın ermənipərəst mövqedən çıxış edən Fransanı bu prosesə cəlb etmək istəyi və bununla bağlı müxtəlif imtiyazlar qazanmağa çalışması yaxşı heç nəyə gətirib çıxarmayacaq. Avropa İttifaqı və Fransanın səyləri ilə sülh müqaviləsinin əldə olunacağına şübhə edirəm. Onların addımları Azərbaycanın maraqlarına ziddir. Fransa prezidenti Emmanuel Makronun, eləcə də ümumilikdə Aİ missiyasının addımları Rusiyanın Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi ciddi səylərə zərbə vurur”. Ekspert bildirir ki, buna şəraiti Ermənistan yaradıb. Bu səbəbdən Kreml İrəvana qəzəblidir və bunun nəticələrini Ermənistan mütləq hiss edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ