Cümə axşamı günü, 12 noyabr 2026
     

Tehran Ermənistanı islam ölkəsinə casus qrupları göndərməkdə ittiham etdi

Image


İranda bir neçə həftədir davam edən etiraz aksiyasının hakimiyyət tərəfindən zorla yatırılması üçün edilən cəhdlər əks effekt verməkdədir. Hadisələrin gedişi artıq bu aksiyaların ölkədəki mövcud hakimiyyətin dayaqlarını əsaslı surətdə sarsıtmaqda olduğunu göstərir. Xususən də neftçilərin tətilə qoşulması daha böyük problemlər vəd edir.

İran neft sənayesinin daimi işçiləri bildiriblər ki, onlar da müqaviləli neftçilərin tətilinə qoşulublar və hökumətin etirazçılara divan tutumasına görə oktyabrın 29-dan işi dayandırıblar. Neft-kimya sənayesi işçilərinin tətilə qoşulması İran iqtisadiyyatının əsas gəlir sahəsində böhran yarada bilər. Xatırladaq ki, İranın neft sənayesi buna qədər də  beynəlxalq sanksiyalar altında olduğundan, inkişafında ciddi problem yaşayırdı. Müqaviləli neft işçilərinin təşkilat şurası isə oktyabrın 27-də tətilə başlandığını elan etmişdi. Şura bildirib ki, neftçilər etirazlarda saxlananların, o cümlədən 250 neftçinin dərhal azad olunmasını tələb edir. İndi onların sırasına neft sənayesinin daimi işçilərinın də qoşulması İran üçün ciddi problemdir. Ümumiyyətlə, son günlərdə İranın əksər şəhərlərindəki neft müəssisələrində tətillər başlayıb. Hətta tətilə başqa sahələrin işçiləri və dükan sahibləri də qoşulub. İran hakimiyyəti əvvəlki kimi aksiyaların qarşısını güc yolu ilə almağa çalışır və toqquşmalar davam edir. Son məlumatlara görə, İranın qərbi Mahabad şəhərində etirazçılar polislə toqquşub. Onların bəziləri hökumət binasını tutmağa çalışıb. Sosial mediada yayılan videolarda kütlənin hökumət binasını mühasirəyə aldığı görünür. Onlar binanın darvazasına daş, digər qırıntılar atıb. “Hengaw” insan haqları təşkilatının məlumatına görə, Mahabadda bəzi nümayişçilərin güllələnməsi halları olub. İranın qərbindəki Xürrəmabad şəhərində də aksiyalar genişlənir. Güney Azərbaycanın Sənəndəc şəhərində etirazçı gənclər tonqal yandıraraq yolu bağlayıb və "diktatora ölüm olsun" şüarı səsləndiriblər. Cənubi Azərbaycanın Marağa şəhərində Əli Xamneyi və Qasım Süleymaninin şəkilləri olan banner yandırılıb. Etirazlar onlarla universitetdə iranlı tələbələr tərəfindən də davam etdirilir. Tehranda yerləşən İslam Azad Universitetində tüfəng və dəyənəklə silahlanmış mülki geyimlilər tələbələrə hücum edib. Sistan və Bəlucistan əyalətinin sakinləri son zamanlar İrandakı etiraz aksiylarında daha fəal iştirak edir. Etiraz aksiyaları zamanı ölənlərin çoxu bu bölgənin sakinləridir. İranda 40 gündən çoxdur davam edən və hərbi polis qüvvələri tərəfindən geniş repressiyaya səbəb olan etirazlarda 37-si uşaq olmaqla 266 nəfər ölüb. İran İnsan Haqları Təşkilatının məlumatına görə, 14 min nəfər saxlanılıb.

Təhlilçilərin sözlərinə görə, bu etirazlar İslam Respublikasına tarixində ən ciddi problemə çevrilib. Bunlar fonunda İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik təşkilatı İranda baş verən son iğtişaşlarla bağlı ilk dəfə birgə bəyanat yayıb. Birgə bəyanatda bildirilib ki, mövcud məlumatlar əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildiyi aşkar olunub.

İran iğtişaşlarda ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini əsas rol oynamaqda ittiham edib. Məlumatda o da qeyd olunub ki, təlim kursları Türkiyə, BƏƏ, Hollandiya, Ermənistan, Gürcüstan, Malayziya, İndoneziya, Tailand, Çexiya, Cənubi Afrika Respublikası, İtaliya və Seyşel adaları kimi ölkələrdə keçirilib. Burada diqqət çəkən odur ki, İrandakı aksiyaların təşkilatçılarının təlim kurslarının Ermənistanda da təşkil edildiyi Tehran tərəfindən bəyan edilir. Belə bir vaxtda Almaniyanın xarici işlər naziri Analena Berbok da maraqlı açıqlama verib. O qeyd edib ki, SEPAH Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər. Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb. Qeyd edək ki, SEPAH 1979-cu ildə İran şiələrinin lideri Ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları SEPAH-ı terror təşkilatı kimi tanıyır. Elə indinin özündə də bu qurum etirazların yatırılmasında əsas qüvvə hesab olunur. Lakin  Güney Azərbaycandan olan siyasi fəal Məhəmməd Rəhmanifər bunun çətin olduğunu, budəfəki aksiyaların bəzi parametrlər baxımından fərqləndiyini bildirir: “Son 20 il ərzində bu ilk etirazlardır ki, ölkənin hər yerində keçirilir və fərqli bölgələrdə fərqli etniklər və millətlər bu etirazlara qatılır. Yəni biz 2006-cı il may ayında Azərbaycanda böyük ayaqlanmalara şahid olduq. Amma ölkənin başqa bölgələrində sadəcə susdular və tamaşa etdilər. Ondan 3 il sonra “yaşıllar hərəkatı” zamanı bəzi fars bölgələrində ayaqlanmalar oldu. Amma Azərbaycan və digər bölgələr seyrçi qaldılar. Ciddi şəkildə dəstək vermədilər. Ancaq indiki etirazlar fərqlidir. Etirazların baş tutmasından elə bir-iki gün sonra biz gördük ki, Azərbaycanın bir çox şəhərində, o cümlədən Urmiyə, Təbriz, Ərdəbil və Zəncan kimi şəhərlərdə azərbaycanlılar da etirazlara qatıldı. Kərəc və Tehran kimi yerlərdə də azərbaycanlılar çox geniş səviyyədə küçələrə çıxdılar... Biz Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən qız məktəblərinə hücumlara şahid olduq. Hətta bir qız uşağı orada həyatını itirdi. Bunun ardınca Ərdəbildə ciddi ayaqlanmalar oldu. Təbrizdə və Azərbaycanın digər şəhərlərində də etirazlar davam edir”.  

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ