Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya sülhməramlı qüvvələri Qarabağı vaxtından əvvəl tərk edə bilər

Image


Azərbaycan sülh müqaviləsi üçün Ermənistana, ölkəmzin vətəndaşlığını qəbul etmək üçün isə Qarabağda qalan ermənilərə zəruri şanslar versə də, qarşı tərəf görünür, hələ də bütün bunları lazımınca qiymətləndirə bilmir. Hər halda, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya hərbçilərinin mandatının 10-20 ilədək uzadılması haqda sənədə imza atmağa hazır olduğunu deməsi də bunu sübut edir.

Azərbaycan Qarabağın tam inteqrasiyasına hazırlaşdığı bir vaxtda bu  əzəli torpağında, təbii ki, Rusiya hərbçilərinin mandatının uzadılmasına razılıq verməyəcək. Əks halda Qarabağ məsələsinin yenidən ciddi problem mənbəyinə çevriləcəyi qaçılmazdır. Bakı isə 44 günlük müharibədə qazandığı qələbədən sonra buna heç cür imkan verə bilməz. Əslində, bu reallığı Qarabağdakı ermənilər də yaxşı bilir. Amma onlar da təxribatçı fəaliyyətə son vermir. Oktyabrın 30-da Azərbaycanın Xankəndi şəhərinin mərkəzində keçirilən kütləvi aksiya bunun təsdiqidir. Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının da mitinqə qatıldığı bildirilir. Elə həmin gün separatçı qurumun “parlamenti” Rusiyadan “Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi” xahiş edib. Separatçı rejimin Rusiyaya müraciətində Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub. Bəyanatda konkret hansı mexanizmlərin nəzərdə tutulduğu göstərilməsə də, Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb. O da vurğulanıb ki, “Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur...”. Deməli, bu vəziyyətdə Azərbaycanın separatşı əhval-ruhiyyədə olanlara qarşı konkret tədbirlər görmə ehtimalı da artır. Çünki Qarabağda qalan ermənilər onlara verilən şanslardan istifadə edib Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəmirlər. Belə bir vaxtda sosial şəbəkələrdə yayılan məlumata görə, Xankəndidə Ermənistan siyasi camiəsinin təşkil etdiyi mitinqə gələnlərə pul paylanıb. Qeyd edilib ki, bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan mitinqin çoxminli olması üçün xeyli xərcə düşüb. Belə ki, o, Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə 50 dollar mükafat ayırıb. Proses isə bu cür həyata keçirilib: ətrafdan gələnlər Xankəndiyə çatmamış yanacaqdoldurma məntəqələrində 8 litr benzini pulsuz ala biliblər. Bunun üçün yanacaqdoldurma məntəqələrinə Vardanyan əvvəlcədən sifariş verib. Ermənistandan avtobusa doldurulub gətirilənlər isə Laçın dəhlizinə daxil olduqdan sonra salondaca “mükafat”larını alıblar. Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb. Qeyd edək ki, Qarabağ ermənilərinə yardım üçün Xankəndiyə göndərilən Ruben Vardanyan aktiv siyasi fəaliyyətlə məşğuldur. O, separatçıların “ikinci adamı” – “dövlət naziri” olmaq təklifini də qəbul edib və 1 noyabrdan “vəzifəsinin” icrasına başlayacaq. Bəzi iddialara görə, separatçıların lideri Araik Arutyunyan bütün səlahiyyətləri Vardanyana ötürərək aradan çıxmağın yollarını axtarır. Ruben Vardanyanın isə “Rusiya layihəsi” olduğu, Rusiyanın sifarişlərini yerinə yetirmək istiqamətində çalışacağı bildirilir. Elə Laçın dəhlizindən bu qədər adamın Xankəndiyə gətirilməsinin arxasında da Rusiya və rus sülhməramlıları dayanır.

Xatırladaq ki, Rusiya sülhməramlı missiyasını Qarabağdakı ermənilərin müdafiəçisi kimi qələmə verir. Əslində isə onların missiyası Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Yəni Qarabağda ikillik fəaliyyətlərindən sonra Xankəndidəki ermənilər Azərbaycanın bir hissəsi kimi yaşamağa etiraz edirsə, rus sülhməramlılar buna qarşı tədbir görməlidirlər. Bunu etmədikləri üçün Rusiya sülhməramlı qüvvələri Qarabağı vaxtından əvvəl tərk edə bilərlər. Digər tərəfdən, burada Azərbaycan faktorunun gözardı edilməsi ermənilərə baha başa gələ bilər. Ermənilərin çox güvəndiyi rus faktoru da onları xilas etmək gücündə deyil və bu, Fərrux kəndinin azad edilməsi zamanı özünü qabarıq göstərib. Erməni politoloq Andrias Qukasyan da qeyd edir ki, ermənilərin Rusiyaya güvənib addımlar atması ciddi səhvdir: “Yəqin ki, Qarabağ “hakimiyyəti”nin  Rusiya sülhməramlılarının mövcudluğu formatı haqqında daha ətraflı məlumatı var, lakin Qarabağda təhlükəsizlik təminatlarının təşkili məsələsi ətrafında kəskin siyasi mübarizənin getdiyini də başa düşmək olar. Çünki Avropa İttifaqının da öz təklif və istəkləri var. ABŞ-ın da buna öz yanaşması var. Ümumi vəziyyət elədir ki, həmin formatla bağlı dəyişikliklər ola bilər. ABŞ və Avropa İttifaqı Qarabağdakı rus qoşunlarını buradan çıxarmaq  niyyətindədir. Və onların siyasi hərəkətləri, görünür, buna yönəlib. Rusiyanın buna necə reaksiya verəcəyi ümumi vəziyyətdən, Rusiya ilə kollektiv Qərb arasında, xüsusən də Ukraynada münaqişənin necə bitəcəyindən asılı olacaq. Hər şey balansdan və geosiyasi dəyişikliklərdən asılıdır. Hər şey Ukraynadakı vəziyyətin dəyişməsindən asılıdır. Bu vəziyyətdə proqnoz vermək düzgün deyil. Ola bilsin ki, ruslarla söhbəti saxlamaq üçün həmin formatdan istifadə olunacaq, amma onlar nəzərə almalıdırlar ki, Rusiya Ukraynada mütləq darmadağın olacaq və 1991-ci ildə ruslar qaçanda Xankəndidə vəziyyət necə idisə, elə də olacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ