Cümə axşamı günü, 12 noyabr 2026
     

İctimai və dövlət maraqlarının etibarlı müdafiəsi Azərbaycanı daha qüdrətli ölkəyə çevirir

Image


Ötən əsrin son onilliyində Azərbaycanın yenidən siyasi müstəqilliyinin bərpası və inkişafı kontekstində obyektiv olaraq milli kimliyin axtarışı prosesi başlandı. Ölkənin siyasi inkişafının obyektiv kursunun gözlənilməsi baxımından bu çox vacib məsələ idi.

Belə məqamlar sırasında ölkənin ictimai və dövlət maraqlarının qorunması məsələləri daim ön planda yer alıb. Bu maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur. İstənilən dövlətin siyasətini müəyyən edən milli, ictimai və dövlət maraqlarıdır.

  • Milli maraqlar əsasında yürüdülən siyasət

İstənilən cəmiyyətdə konkret insanın maraqlarını  nəzərə almadan dövlətlərin, partiyaların, sosial qrupların, konkret şəxslərin siyasətində əsl məna, niyyət və atılacaq addımları anlamaq mümkün deyil. Bu sabit əlaqə bir çox elm adamları və siyasətçilər tərəfindən qeyd olunur. Tarixə nəzər saldıqda görmək olur ki, insanların hərəkətləri ilk növbədə öz maraqlarından irəli gəlir. Bu baxımdan siyasi maraqlar aktual və kifayət qədər mürəkkəb elmi-nəzəri və praktiki problemdir ki, onun öyrənilməsi müxtəlif qüvvələrin fəaliyyətinin məntiqini anlamağa, siyasi hadisə və proseslərin inkişafını qabaqcadan görməyə imkan verir.

Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, təsisatların, dövlət birləşmələrinin məcmusuna görə müxtəlif olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Müstəqilliyin və xalqın dövlət kimi formalaşması şəraitində maraqların tabeliyində milli, ictimai və dövlət maraqları üstünlük təşkil edir. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, cəmiyyətdən problemlərin həllini tələb edən mövcud praktikaya əsaslanan tamamilə düzgün haldır. Düzdür, milli, ictimai və dövlət maraqları mücərrəd, subyektiv kateqoriyadır, çünki onun parametrləri dünyanın mənzərəsi və müəyyən bir cəmiyyətdə, dövlətdə hökm sürən dəyərlər sistemi ilə müəyyən edilir. Milli maraqların reallığı prosesdə və həyata keçirildikcə üzə çıxır və bu da öz növbəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün güclü iradəli və fəal prinsipin, vasitələrin olmasını nəzərdə tutur. Ona görə də siyasət milli maraqların reallaşdırılmasının mühüm vasitəsidir. Daha bir mühüm nüans odur ki, hər bir ölkədə millət son nəticədə dövləti təmsil edir, ona görə də siyasi leksikonda milli mənafedən danışarkən dövlət mənafeyini, əksinə, dövlət mənafeyi isə milli mənafeyi nəzərdə tutur. Bəzən buna görə milli-dövlət maraqları anlayışından istifadə olunur. Dövlət rəhbərləri milli maraqlar problemlərini işləyib hazırlayarkən və onların əsasında müəyyən qərarlar qəbul edərkən obyektiv iqtisadi, siyasi, coğrafi və digər amilləri, daxili siyasi maraqları, müxtəlif ictimai-siyasi qüvvələrin, maraqlı qrupların, təşkilatların siyasi manevrlərini mütləq nəzərə alır. Bunun əyani nümunəsi Azərbaycanın tiçsalında Vətən müharibəsində özünü göstərdi. Bu müharibədə Azərbaycanın qalibiyyətini şərtləndirən başlıca məqamlardan biri məhz ölkə hakimiyyəti tərəfindən cəmiyyətdə bütün təbəqə və qüvvələrin maraqlarını ortaq məxrəcə gətirə bilməsi, bunun milli, ictimai və dövlət maraqlarına çevrilməsini təmin edə bilməsi oldu. Hazırda ölkəmizdə dövlət öz maraqlarını əlində olan bütün vasitələrlə təmin edir. bura ilk olaraq  siyasi, ideoloji, iqtisadi, diplomatik, hərbi məqamlar daxildir. Azərbaycanın gələcək taleyi baxımından həlledici rola malik  məqam kimi yenə milli, ictimai və dövlət maraqlarının gözlənilməsi durur. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.

  • Milli maraqların müdafiəsinə xidmət edən strategiya və taktikalar

Milli maraqların tədqiqi təkcə nəzəri əhəmiyyət kəsb etmir, həm də siyasi sistemlərin praktiki ehtiyacları ilə müəyyən edilir. Siyasi prosesin həyata keçirilməsi perspektivləri daha çox maraqların mövcud formaları ilə müəyyən edilir. Siyasi prosesin subyektlərinin maraqlarının üst-üstə düşməsi dövlət subyektlərinin maraqlarının inkişafı üçün prioritet vəzifə kimi çıxış edir.

Öz maraqlarını dərk etməmək hər bir cəmiyyəti  münaqişəyə və parçalanmaya sövq edir. Bu mənada ən vacib məsələlərdən biri milli maraqların, onların müdafiəsi üçün strategiya və taktikaların müəyyən edilməsi, əsaslandırılmasıdır. Azərbaycan bunu uğurla edir. Son dövrlərdə cərəyan edən hadisələrə nəzər salmaqla bunu görmək olar. Məlumdur ki, Ermənistan və Qərbdəki havadarları 12-14 sentyabr təxribatlarını və Azərbaycanın əks-həmləsi ilə düşmənin zərərsizləşdirilməsi fonunda yaratdıqları süni ajiotaja istinad edərək, Praqa görüşündə Azərbaycanın mövqeyinə ciddi zərbə vurmağı planlaşdırır, hətta bunun üçün kifayət qədər münbit mühit də formalaşdırmışdılar. Ermənistan və Fransa Azərbaycanın fiaskosuna nail olmağa çalşırdılar. Amma prezident İlham Əliyev nəinki Praqadan məğlub ayrılmadı, əksinə, “Avropa siyasi birliyi”nin ilk Zirvə Toplantısını Bakı üçün zəfərə çevirdi. Hətta İrəvan öz havadarı Fransanın gözü önündəcə Alma-Ata bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etməyə məcbur oldu. Bu, Qərb siyasi səhnəsinin açıq-aşkar fəthi, Azərbaycanın bölgədə status-kvo yaradan güc mərkəzi kimi bir daha rəsmən tanınması demək idi. Həm də milli, ictimai və dövlət maraqlarının uğurlu müdafiəsi bu fonda özünü qabarıq büruzə verdi. Bu maraqların daim etibarlı şəkildə təmini məqsədilə onların təzahür formalarının və mexanizmlərinin öyrənilməsi ölkəmizdə mütəmadi xarakter daşıyır. Dövlətçiliyin inkişafında mühüm amil kimi milli maraqların qorunması probleminin təhlili Azərbaycanın timsalında mütəmadi olaraq aparılır. Azərbaycanın inkişafının yeni reallıqlarını nəzərə almaqla milli maraqların mahiyyətini, qanunauyğunluqlarını, xüsusiyyətlərini və təzahür formalarını cəmiyyətin bütün üzvlərinə çatdırmaq da prioritetdir. Bu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı üçün zəruri önəm kəsb edir. Artıq milli maraqların müdafiəsi prosesini dövlətçiliyin inkişafında müəyyənedici amil kimi göstərmək, onun əsas parametrlərini müəyyən etmək istiqamətində Azərbaycanda mühüm uğurlara imza atılması da diqqətdən yayınmır. Bu, yeni dünya nizamının formalaşması kontekstində ölkəmzin milli-dövlət maraqlarının beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu daha dəqiq müəyyən etməyə imkan verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ