Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhid televiziya işçisi Davud Qurbanov... - FOTO

Image


Fiziki ömrü yarımçıq qırılsa da, mənəvi ömrü əsrlər boyu yaşayacaq, onu sabahkı nəsillər də tanıyacaq, adı ilə fəxr edəcək. Bu, ATV-nin əməkdaşı - montajçı şəhid Davud Qurbanovdur. O da bütün şəhidlərimiz kimi, gənc yaşında canını vətənə fəda edib. Bilmirəm qəribədir, yoxsa belə də olmalıdır, nədənsə bütün şəhidlərin taleyi bir-birinə bənzəyir, bütün şəhid valideynləri bir-birinə oxşayır...

1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olan Davud Taryel oğlu Qurbanov müharibə başlayanda əsgəri xidmətdə olub... Vətən müharibəsinin iki illiyi münasibətilə qazi jurnalistlərlə bağlı gerçəkləşdirdiyimiz layihənin bu sayını taleyinə qazilik deyil, şəhidlik yazılan Davud Qurbanova həsr etdik. Şəhid Davudun anası Hacıyeva Qənirə İmran qızı ilə həmsöhbət olduq. Qənirə ana oğlundan danışdıqca həm qəhərlənir, həm də qüssələnir, amma qürurunu da gizlətmir. “Davud 2002-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində Rizvan Pirnəzərov adına 299 saylı tam orta məktəbin birinci sinfinə gedib. Davud Biləcəri qəsəbəsində böyüyüb boya-başa çatıb, ömrünü burada yaşayıb, biz də hazırda bu qəsəbədə yaşayırıq. 2013-cü ildə orta məktəb-litseyin 11-ci sinfini bitirib və elə həmin il də Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə qəbul olub. Davud orta məktəbdə oxuyanda həm əxlaqı, təlim-tərbiyəsi, həm də savadına görə həmişə şagid yoldaşlarından fərqlənib. Müəllimlərinin, şagird yoldaşlarının sevimlisi olub. Eyni zamanda da ictimai işlərdə aktiv olan bir şagird kimi məktəbdə tanınıb. Hələ məktəbdə oxuyarkən sabiq ombudsman tərəfindən təşkil olunmuş Azərbaycanda uşaq və gənclərin sülh şəbəkəsinin üzvü idi. Universitetə daxil olana qədər orada iştirak edib  məzunu olub. Davudun sabiq ombudsman Elmira Süleymanova ilə şəkli də var, ombudsman ona sertifikat verir, həmin şəkil indi də durur...”

Ana deyir ki, Davud savadı ilə seçilib və mütəmadi olaraq bilik yarışlarında, olimpiadalarda iştirak edib, üstünlük qazanan uşaqlar sırasında olub. Qənirə ana bildirir ki, Davud tələbə vaxtı da tələbələr və müəllimlər arasında özünə böyük hörmət qazanıb. 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunlarında Davudun könüllü kimi iştirak etdiyini xatırlayan ana deyir ki, oğlu bu fəaliyyətinə görə təşəkkürnamə də alıb. 2017-ci ildə Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin bakalavr pilləsini bitirən Davud həmin il də bu universitetinin magistratura pilləsinə daxil olub (ana göz yaşlarını saxlaya bilmir, səsi titrəyir). Qənirə anaya danışmaq çox çətindir, balasının yarımçıq ömür dəftərini vərəqləyərkən ürəyindən qara qanlar axır. Ana deyir ki, Davud 2018-ci ilin yanvarında Space teleradio şirkətində montajçı vəzifəsinə qəbul olunub. 2019-cu ilin aprel ayına kimi orada işlədikdən sonra mayın əvvəlində ATV kanalında “ATV Səhər”in montajçısı olub: “2019-cu ildə Davud magistraturanı bitirsə də, təəssüflər olsun ki, diplomunu götürə bilmədi. 2019-cu ilin oktyabrın 1-də iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə getdi. Gedəndə də bizə dedi ki, əsgərliyə getmək mənim vətənə oğulluq borcumdur, mən mütləq hərbi xidmət keçməliyəm. Davud orta və ali məktəbdə, magistraturada oxuyarkən qazandığı hörməti iş yerlərində də qazanmışdı. O hörməti onun iş yerindən indi də özümüzə münasibətdə görürük. Davud 2019-cu il sentyabrın 13, 14, 15-də işğaldan ilk azad olunan  torpağımız Cocuq Mərcanlıya ezam olunmuşdu, orda məktəb açılışından canlı yayım verirdilər. O çox böyük həvəslə Cocuq Mərcanlıya getmişdi. Dedi ki, gün gələcək, biz Şuşadan da belə bir veriliş hazırlayacağıq. Davudun arzusu idi ki, Şuşa işğaldan azad edildikdən sonra redaksiya heyəti ilə birgə orada ilk açılan məktəbdən veriliş hazırlanmasında iştirak etsin. O, ailənin dördüncü uşaq olub. Davudun özündən böyük iki qardaşı - Elnur və Emil Qurbanovlar hələ Davud dünyaya gəlməmişdən əvvəl avtoqəzada rəhmətə gediblər. İndi bir oğlum qalıb, adı Ümiddir. Davud ailənin sonbeşiyi olsa da çox ağıllı, dünyagörüşlü, dərrakəli, məntiqli bir uşaq idi. Onun gələcəyi görmə qabiliyyəti vardı. Ailənin kiçik üzvü də olsa, özünü ailəni idarə edə biləcək bir adam kimi aparırdı. Mən də, atası və qardaşı da həmişə Davuddan məsləhət alardıq. Məktəbli dostlarının da, tələbə və iş yoldaşlarının da  məsləhət yeri mənim balam idi. Davud çox şən, həyatsevər, adama pozitiv enerji verən  və hazırcavab oğlan idi. Abdulla Qurbani deyirdi ki, Davud, elə bil sənin gözlərindən od parıldayır, gözlərində bir həyat eşqi, həvəsi var. İş yoldaşları deyir ki, o danışıb-güləndə iş yoldaşları onun başına toplaşardı. Davud belə uşaq idi. Ümumilikdə götürəndə, onda hər hansı mənfi xarakter yox idi. Çox vətənpərvər uşaq idi. O hələ orta məktəbdə oxuyanda Qarabağ hadisələri ilə maraqlanardı, ərazilərimizin tarixini öyrənirdi, onlar barədə düşünürdü. Birinci kursda oxuyanda bir dəfə Xocalı soyqırımı haqqında bir videoçarx hazırlamışdı və internetlə əlaqə saxlayıb onu müsəlman ölkələrinə yayırdı ki, bizim xalqımızın başına Xocalıda, Qarabağda ermənilər belə faciələr gətirib, dünya birliyi və müsəlman ölkələri bizim səsimizə səs versin...” 

  • “Yeganə təsəllimiz budur ki, oğlumuz vətəni uğrunda şəhid oldu, Davud özü demiş, bu yolda qələbə çaldı”

Ana deyir ki, Davud həmişə torpaqlarımızın azad edilməsində iştirak etmək arzusunda  olub və Allah da onun bu arzusunu çin edib: “Özü də gülümsəyərək deyirdi ki, görəcəksiniz, bu qələbədə mənim də payım olacaq (ağlayır). O müsəlman ölkələrinə Xocalı faciəsini internet vasitəsilə yayarkən deyirdi ki, biz uşaq vaxtı gizlənpaç oynayanda “sağım gizlənməli, solum gizlənməli, kim tapılsa o yumacaq, amma Xocalıda isə deyirdilər ki, sağım erməni, solum erməni, gizlənməyəni öldürəcəklər” deyirdi. Belə vətənpərvər oğul idi. Davudun 2020-ci ilin oktyabrın 1-də ordudan tərxis olunması haqda əmri verilsə də, lakin evə gəlmədi. 27 sentybarda başlanan Vətən müharibəsində Davud da  öz əsgər yoldaşları kimi silaha sarılıb Vətəni uğrunda döyüşdü. Hərbi xidmətdə də özünə böyük hörmət qazanmışdı. Hərbi xidmətdə olarkən az bir müddətdə Davud əvvəlcə kiçik çavuş, sonra isə çavuş rütbəsi alıb, manqa başçısı vəzifəsində xidmət edib. Minamyot batalyonunun manqa komandiri vəzifəsində olub. Bayaq dediyim kimi, ordudan tərxis olunsa da, 27 sentyabrda müharibə başladığı üçün Davud da başqa silah yoldaşları ilə torpaqlarımızın azadlığı uğurunda döyüşüb. Oğlum 2020-ci ilin 3 oktyabrında Suqovuşanın işğaldan azad edilməsində qəhrəmancasına şəhid olub. Şəhid olmazdan əvvəl bizimlə əlaqə saxlayırdı. Demək olar ki, hər gün danışırdıq və hər dəfə də “məndən narahat olmayın, vəziyyətimiz yaxşıdır, arxayın olun ki, torpaqlarımızı azad edəcəyik. Bayrağımızı Şuşaya sancacağıq” deyirdi. Belə bir söz də dedi ki, erməninin bayrağını, papağını salmışam ayağımın altındadır. Son sözü o oldu ki, bizim burda vəziyyətimiz yaxşıdır, arxayın olun, siz hələ bizimlə fəxr edəcəksiniz. “Ata, ana, siz mənimlə fəxr edəcəksiniz” dedi. Çox təəssüf ki, “siz mənimlə fəxr edəcəksiniz” sözü oğlumun son sözü oldu. O sözü Davud bizə 2 oktyabrda demişdi, 3 oktyabrda isə biz Davudun şəhadətə yüksəldiyi xəbərini aldıq. Əlbəttə, Davud kimi bir oğulu itirmək bizim üçün çox ağır oldu. İndi də ağırdır. Bizim vətənimiz, xalqımız, el-obamız üçün də Davud kimi igidləri itirmək çətindir, ata-ana üçün isə daha ağırdır. Yeganə təsəllimiz isə budur ki, oğlumuz öz vətəni uğrunda şəhid oldu, Davud özü demiş, bu yolda qələbə çaldı. Təsəllimiz odur ki, bu qələbədə Davudun da payı var. Davud uşaq olanda deyirdi ki, bəlkə bu torpaqları elə mən azad edəcəyəm. Doğrudan da, Davud o sözü elə-belə demirmiş, o elə bilirmiş ki, torpaqlarımızın azad olunmasında, qələbənin çalınmasında onun da payı olacaq. Oldu da...”

Davud əsgərlikdə olmayıb mülki həyatda da olsaydı, mütləq mənada könüllü olaraq müharibəyə gedəcəkdi. Davud hərbi xidmətə gedib qayıtmış olsaydı da bir əsgər kimi döyüşə qatılacaqdı. Davudun çox böyük  arzuları vardı, o qısa, lakin mənalı bir həyat yaşadı. Xatirəsinin əbədiləşdirilməsinə gəlincə, həm Azərbaycanda uşaq və gənclərin sülh şəbəkəsinin məzunu, həm də namuslu-qeyrətli, vətənpərvər, ərazi bütövlüyümüz uğrunda şəhid olduğuna görə sabiq ombudsmanımız Elmira Süleymanovanın təşəbbüsü ilə yaşadığı binanın önündə barelyefi açıldı. Açılışda Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon YAP üzvləri və bir çox təşkilatlardan nümayəndələr iştirak edib. Bir ana kimi yeganə istəyim odur ki, Biləcəri qəsəbəsində Davudun hər gün məktəbə, universitetə, işə gedib-gəldiyi küşəyə onun adı verilsin. Bunu çox arzu edərdim. Əlbəttə, əgər mümkün olarsa. Oxuduğu məktəbdə onun adına bir sinif otağı ayrılıb. Orda bir guşə düzəldilib, Davudun müəyyən əşyaları ora qoyulub. Ad və şəhid düşdüyü günlərdə oxuduğu məktəbdə xatirəsinə həsr olunmuş tədbir keçirilir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ