Cümə axşamı günü, 12 noyabr 2026
     

Əliyevin Gürcüstanla uğurlu əlaqələri erməniləri əndişələndirdi - Cavaxetiyanı qarışdıracaqlar...

Image


Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündə bir daha təsdiq olundu ki, Azərbaycanla Gürcüstan bir-biri ilə çox yaxındır. Prezident İlham Əliyevin Gürcüstana səfər etməsi, habelə bu ölkənin Baş naziri Qaribaşvili ilə birgə “Qarabağ xanlığının irsi” sərgisində olması, bu sərginin məhz Mçxetidə keçirilməsi erməniləri bərk qıcıqlandırıb.

Baki-xeber.com xəbər verir ki, Azərbaycan və Gürcüstan arasında dinamik inkişaf edən münasibətlər Ermənistanda qorxuya səbəb olub. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Gürcülər düşünməsinlər ki, antierməni siyasəti onlara asan başa gələcək. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var. Gürcüstanla heç vaxt bəxtimiz gətirmədi. 1918-ci ildə gürcülər Ermənistana “hücum edərək” ermənilərin məskunlaşdığı Axalkalakini işğal ediblər. SSRİ dağılandan sonra gürcülər tez bir zamanda öz mövqelərini bildirib Azərbaycan və Türkiyənin tərəfini tutdular. Bu gün Gürcüstan iqtisadiyyatının bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın regionda Bakı və Ankaranın peykinə çevrildiyini söyləmək olar. Tiflis sözdə mehriban qonşuluqdan danışsa da, antierməni siyasət yeridir. 44 günlük müharibə zamanı gürcülər Rusiyadan gələn hərbi yüklərin Ermənistana keçməsinə icazə vermədilər... Gürcüstanın Ermənistana qarşı qeyri-dost münasibəti kontekstində Azərbaycan prezidentinin Tiflisə işgüzar səfəri də nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, gürcülər Əliyevi çox səmimi qarşıladılar. Bu başadüşüləndir - o, Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyur (təxminən 3 milyard dollar), iqtisadiyyatın bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın baş naziri Əliyevi sevindirmək üçün az qala hər şeyi etdi. Qaribaşvili bildirdi ki, Gürcüstan Azərbaycan üçün ən vacib ölkələrdən və dostlardan biridir. Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Əliyev və Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisində oldular. Bununla da tərəfini seçən gürcülər özlərini sadəcə donuz kimi apardılar. Erməni tərəfi gürcü qonşuların bu cür nalayiq davranışından müəyyən nəticələr çıxaracaq. Gürcülər düşünməsinlər ki, antierməni siyasətlərinə görə belə asan qurtula bilərlər. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var, xüsusən də Cavaxetiya məsələsində. Bu bölgənin əhalisinin böyük əksəriyyətini Ermənistana meyl edən ermənilər təşkil edir. Onlar üçün gürcülərin boyunduruğu altında yaşamaq ildən-ilə çətinləşir. Üstəlik, Tiflis bölgə ilə heç maraqlanmır və hətta orada narazılıq yaradır. Ermənistanın Cavaxetiyanın bizə qaytarılması məsələsini gündəmə gətirməsinin vaxtı çatıb”.

  • "Ermənistan Gürcüstanda yaşayan ermənilərdən bir alət kimi istifadə etmək barədə düşünür"

Məsələyə şərh verən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Bakı - Xəbər"ə bildirdi ki, Azərbaycan Prezidentinin Gürcüstana səfəri, onun  bu səfər zamanı çox istiliklə, mehribanlıqla qarşılanması Ermənistanın ciddi narahatlığına səbəb olub:  "Azərbaycan Prezidentinin Gürcüstan səfəri Ermənistanda çox böyük narahatlıqla qarşılanıb. Gürcüstan Baş nazirinin Azərbaycan Prezidentinə göstərdiyi diqqət, onun Azərbaycan barədə verdiyi bəyanat, Azərbaycanı Gürcüstanın ən əsas müttəfiqi elan etməsi erməniləri qıcıqlandırıb. Ermənistanın ayrı-ayrı siyasi xadimləri, politoloqları Gürcüstan əleyhinə bəyanatlar verirlər. Həmin erməni saytı da Gürcüstan əleyhinə çox kəskin məqalə yazıb və bu ölkəni Cavaxetiyanı Gürcüstana qarşı çıxaracaqları ilə  hədələyib. Ermənilər Gürcüstanı Cavaxetyada ikinci Qarabağ oyunu, Qarabağ fitnəkarlığı çıxarmağa başlayacaqları ilə  hədələyib. Erməni mətbuatı 44 günlük müharibədə də Gürcüstanın Azərbaycanı müdafiə etdiyini yazıb. Həqiqətən də belədir. Azərbaycan Prezidenti də müsahibələrinin birində açıq şəkildə dedi:"44 günlük müharibə dövründə bizim əsas vəzifəmiz qonşularımızın neytrallığını təmin etmək idi. Bəzi qonşularımız müəyyən səviyyədə, bəziləri isə yüksək səviyyədə neytrallıq nümayiş etdirdilər". Gürcüstan həmin günlərdə Azərbaycanın yanında olduğunu əməlləri ilə sübut etdi. Öz ərazisindən Ermənistana silah daşınmasına da imkan vermədi və Rusiyadan gələn silahlar uzun yol qət edib İran vasitəsilə Ermənistana çatdırıldı. Bu da, təbiidir ki,

 aparılan silahların sayına da ciddi təsir göstərdi. Ermənilər bunu sözsüz ki, unutmayıblar. Ermənistan Gürcüstanda yaşayan ermənilərdən bir alət kimi istifadə etmək barədə düşünür. Amma təbiidir ki, bunu edə bilməzlər. Cavaxetyada yaşayan ermənilər də buna getməz, çünki son illər Qarabağ avantürasının ermənilərin başına nələr gətirdiyini yaxşı müşahidə etmək imkanları oldu".

A.Səmədovun sözlərinə görə, ayrı-ayrı fitnəkarlar çalışsalar da, Gürcüstanda yaşayan ermənilərini bu işə qoşmaq, öz firnəkarlıqlarına cəlb etmək mümkün olmayacaq.

 "Ancaq Gürcüstan əleyhinə verilən bəyanatlar da göstərir ki, ermənilər Azərbaycanın regionda və keçmiş ittifaq məkanında nə qədər böyük nüfuz sahibi olduğunu görürlər və Azərbaycanın gücü qarşısında çarəsiz duruma düşdüklərini etiraf etmək məcburiyyətində qalırlar". A.Səmədov qeyd etdi ki, eyni vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da yaşanır. Onun sözlərinə görə, ermənilər dəfələrlə deyiblər ki, biz həmin təşkilatın üzvüyük, ancaq bizim müttəfiqlərimizin böyük əksəriyyəti Azərbaycanın dostlarıdır. "Baxmayaraq ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Bu vəziyyət  Azərbaycan hakimiyyətinin apardığı son dərəcə ağıllı, müdrik, düzgün siyasətin nəticəsidir. Bu siyasət son illər Azərbaycana böyük uğurlar gətirib. Ancaq düşünürəm ki, böyük uğurlarımız qarşıdadır"-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ