Cümə axşamı günü, 12 noyabr 2026
     

Kreml İrəvanın qarşısında qəti Zəngəzur tələbi qoydu

Image


İkinci Qarabağ müharibəsindən sonra gündəmə gələn məsələlərdən biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu, Azərbaycanın tələbi, Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliyidir. Erməni mediası yazır ki, indi bu məsələdə rəsmi İrəvan yalnız qalıb. Çünki dünyada böyük əksəriyyət bu dəhlizin açılmasını tələb edir.

Ermənistanın “Qraparak” nəşri yazır ki, Ermənistan uğrunda mübarizə başlayıb, baş nazir Nikol Paşinyan ortadadır, bilmir nəyə təslim olsun ki, onu rahat buraxsınlar:
“İndi hamı açıq danışır ki, Zəngəzuru, Göyçənin yarısını, Cermuku, Basarkeçəri, Soylanı və Ağrı vilayətinin bir hissəsini verməlisən, Naxçıvanla quru əlaqəsi təmin edilməlidir. Digər tərəfdən deyirlər ki, əziz Ararat Mirzoyan, nə yaxşı ki, şikayət edirsən, amma boş vaxtın olan kimi gələrsən, nəyin nədən sonra olduğunu deyərik. Başınıza gələnlərə görə özünüzü günahlandırmayın. Əziyyəti özünüz çəkdiniz. KTMT-ni dağıtdınız, olmayan ağlınızla 44 günlük müharibəni qızışdırdınız, Hadrut və Şuşanı verdiniz, Kəlbəcərdən qaçdınız, Ermənistandan ərazilər verdiniz, rəqibə yol verdiniz... Elə isə, Nikolcan, indi də ayağa qalx, türk əl çalsın, sən də rəqs et”. Bu fonda Nikol Paşinyanın ailəsinə aid “Aykakan jamanak” qəzetində Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən məqalə dərc olunub. Nəşr qeyd edir ki, dəhlizin əsas istəkli tərəfləri Azərbaycan, Türkiyə və Rusiyadır: Dəhliz Azərbaycana aşağıdakılara imkan verəcək: 1.Azərbaycan-Naxçıvan-Türkiyə yükdaşımaları daha sərfəli şərtlərlə olacaq; 2.İrandan Ermənistana gələn yüklərə nəzarət imkanı yaranacaq; 3.Ermənistanda daxili siyasi vəziyyəti və ictimai əhval-ruhiyyəni gərginləşdirmək üçün bundan qaynar mövzu kimi istifadə etmək; 4.Azərbaycanın Zəngəzurla bağlı üstüörtülü ambisiyaları var. Dəhliz azərbaycanlıların bu ərazilərə qayıtması üçün qanuni zəmin yaradılması istiqamətində ilk addımdır və s. Dəhliz əvəzinə yol verilərsə, Azərbaycan vergi ödəməli olacaq və yükün hesabatını verəcək. Bunu isə Bakı istəmir.Türkiyəyə dəhliz nə verəcək: 1.Türk dünyası ilə maneəsiz əlaqə; 2.İrandan Ermənistan vasitəsilə Avropaya mümkün qaz nəqlinin bağlanması; 3.Yüklərin Azərbaycandan keçirilərək Türkiyəyə çatdırılması; 4.İrandan Ermənistanın quru ərazisindən keçən yüklərə təsir göstərmək imkanı; 5.Ermənistana əlavə təsir imkanları”. Ukraynadakı müharibə fonunda yüklərin daşınması üçün bu yolun Rusiyaya çox lazım olduğu vurğulanan məqalədə “dəhliz açılacağı halda Azərbaycanın Rusiya üçün rolu artacaq” deyə qeyd edilir. Məqalədə Rusiya və KTMT-nin ünvanına ittihamlar da yağdırılır. O da bildirilir ki, guya Rusiya Azərbaycanın “aqressiyasına” şərait yaratmaqla, Naxçıvana açılan dəhlizi gələcəkdə öz nəzarəti altına almaq istəyir. Halbuki, 10 noyabr bəyanatında Naxçıvana gedən yolun Rusiya Sərhəd Xidmətinin nəzarətində olacağı açıq mətnlə yazılıb.

Belə bir vaxtda “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan da olduqca maraqlı açıqlamalar verib. O qeyd edib ki, Rusiya dəhlizin açılmasında israrlıdır. Hökumətyönlü deputat bildirib ki, Zəngəzur dəhlizinə görə Rusiyanın  Ermənistana təzyiqləri artıb. Rusiyada gözlənilən Əliyev-Putin- Paşinyan danışıqları öncəsi Ermənistan baş nazirinin komandasının üzvü üçtərəfli görüşdən yaxşı heç nə gözləmədiyini bildirib. Rəsmi açıqlamaya baxmayaraq, o hətta görüşün baş tutacağına da şübhə etdiyini bildirib: “Görüş baş tutsaydı, iki həftə əvvəl Astanada olardı. Rusiya çarı orada toplantı təşkil etmək istəsəydi, təşkil edərdi, amma istəmədi. Yaxşı, indi o bu görüşü istəyir, rəsmi dəvətdən sonra görək nə olacaq”. Deputat Rusiyanın Azərbaycanın xeyrinə fəaliyyət göstərməsi ilə bağlı suala belə cavab verib: “Bunu hiss etmirsiniz? Mən Qərbin bizə təzyiq etdiyini görmədim, sadəcə olaraq görürəm ki, Rusiya dəhliz məsələsini qaldırır”.   “Şərəf duyuram” müxalifət fraksiyasının deputatı Tiqran Abramyan isə Qaqik Melkonyanın bu açıqlamalarına təəccüblənir: “Bir tərəfdən müxtəlif hakimiyyət orqanları Rusiya ilə münasibətləri müttəfiq və strateji kimi təqdim etməyə çalışır, digər tərəfdən isə belə bəyanatlar verilir. 2020-ci ildə 44 günlük müharibəni Rusiya dayandırıb. Birgə bəyanatlarda Rusiya üçüncü tərəf və əslində, qarant kimi çıxış edir. İndi hakimiyyət təmsilçilərinin bu cür bəyanatları, əlbəttə ki, həm ümumi proses, həm də Ermənistan-Rusiya münasibətləri üçün kifayət qədər böyük təhlükə yarada bilər. Əgər elə bir vəziyyət yaranarsa ki, Rusiya bu qədər çox istiqamətlərdə açıq-aşkar erməni maraqlarının əleyhinə işləsin, o zaman bu, Ermənistan-Rusiya münasibətlərinin siyasi səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsini nəzərdə tutur ki, bu da baş verməyib. Amma Paşinyan hakimiyyətinin siyasəti nəticəsində bu da olacaq”. Erməni türkşünas Tiran Loxmagözyan isə qeyd edir ki, İranın da Zəngəzur dəhlizinə mane olması mümkün deyil: “Bu gün İrana qarşı baş verənlərdə bizim günahımız böyükdür və iranlılar bizə satqın kimi baxırlar. Sərhədlərin dəyişməsi ilə bağlı İranın son bəyanatları Azərbaycana və ya Türkiyəyə deyil, Ermənistana yönəlib ki, torpağı verməyəcəksən, satmayacaqsan, imkan verməyəcəm. Azərbaycan dəfələrlə bəyan edib ki, silah gücü ilə götürə bilər. Bu gün onlar bizim hakimiyyəti əraziləri təhvil verməyə razı salırlar”. Erməni ekspert bildirib ki, İran hərbi yolla Zəngəzur yolunu özü üçün açıq saxlamağa çalışsa, o zaman Zəngəzurda İrana qarşı gözlənilən müharibə başlayacaq. Dəhliz Qərblə Türkiyənin əl-ələ verərək irəlilədiyi böyük bir layihədir. İndi hər ikisinin planları üst-üstə düşür, Türkiyə Turan yaratmaq, Qərb isə Rusiyanın cənubunda böyük sədd qurmaq istəyir. Bu proqram SSRİ dövründə də var idi, ona “yaşıl aypara” deyirdilər. Bu gün bu proqram daha da böyüyüb, SSRİ-dən qopmuş türkdilli xalqları da bu proqrama daxil etmək istəyirlər. İkinci problem odur ki, İrana qarşı da planlar var, çünki İran ya Türkiyənin bu bölgədə əsas düşmənidir, ya da Qərbin və İsrailin tikanıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ