Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Mahal Məmmədov Ağdamda ağır döyüşləri belə yaşadı... - MÜSAHİBƏ

Image


“…Müharibəyə gedənlərin hamısı şəhid olur”

Vətənin müdafiəsinə düşməndən öc almaq, torpaqlarımızı işğaldan azad etmək və şəhidlərimizin ruhunu sevindirmək məqsədilə yollananlar sırasında həmkarlarımızın da xüsusi yer tutması qürurvericidir.

“Bakı-Xəbər” qəzeti Zəfər yürüşündə iştirak edən, qələbənin qazanılmasında əməyi olan qazi jurnalistlərlə bağlı layihə təqdim edir. Qazi jurnalistlərə həsr etdiyimiz layihənin budəfəki qonağı həmkarımız, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovdur.

- Mahal bəy, bir jurnalistin döyüşçüyə çevrilməsi çətin olmadı ki?

- Döyüş jurnalistin alın yazısıdır. Bu peşə mübariz olmağı, döyüşməyi, insanların ümid yeri olmağı tələb edir. Hətta ətrafında kimsə problemlə qarşılaşan zaman sənə irad bildirir ki, jurnalist deyilsən, niyə yazmırsan...? Amma səngərdə yer almaq, ölümün qaşla-göz arasında olduğunu görmək asan deyildi. Hərbi xidmətdə 2001-2003-cü illərdə olmuşdum. Ehtiyatda olan zabit kimi təxminən 19 ay tağım komandiri vəzifəsini icra etmişdim. Yəni 2003-cü ildə tərxis olunduqdan sonra hərbi mundiri növbəti dəfə 17 ildən sonra geyinmək, illərdir alışdığın həyat tərzini dəyişmək asan deyildi. Döyüş kənardan asan görünə bilər, amma necə deyərlər, halva evində bişməyənə qədər şirindi, ləzizdir...Arzulayıram ki, nə müharibə olsun, nə də bundan sonra döyüşçüyə çevrilməyə ehtiyac yaransın. Çünki müharibə bəşəriyyət üçün ən dəhşətli bəladır.

Digər tərəfdən, müharibənin qoxusu artıq 2020-ci il iyulda Tovuzda baş vermiş döyüşlər zamanı duyulurdu. Həmin vaxt mən də Tovuzda idim və mümkün qədər nə iləsə əsgərlərimizə kömək etməyə çalışırdım. Şəhid dəfnində iştirak edirdik, yaralılarımıza baş çəkirdik, əsgərlərimiz üçün su, siqaret, qida, geyim və s. daşıyırdıq. Hərçənd, həmin vaxt dünya həm də bioloji müharibə – koronavirusla mübarizə aparırdı. Amma Tovuz döyüşlərindən sonra baş verənlər, görülən işlər müharibənin qaçılmaz olduğunu göstərirdi.

- Döyüş yolunuz haralardan keçdi?

- Sentyabrın ortalarında bir neçə dəfə səfərbərlik idarəsindən zəng vurub müəyyən dəqiqləşmələr aparırdılar və hər dəfə də deyirdilər ki, şəhərdən kənara çıxmayın, sizi təlimə cəlb edəcəyik. Müharibə xəbərini yolda – radioda eşitdim. Dostum Salyana qonaq dəvət etmişdi. Plana görə, gecəni orda keçirməli idik, amma əvvəlki zənglərdən də başa düşdüm ki, zəng gələcək və gecə Bakıya qayıtdıq. Ertəsi gün qismən səfərbərlik elan olundu. Xəbəri eşitdikdən sonra hərbi biletim və şəxsiyyət vəsiqəm hazır gözləyirdim. Təxminən 11:40-da “mübarək zəng” gəldi və sentyabrın 29-da Səfərbərlik İdarəsində oldum. Oradan Göranboydakı tamamlama məntəqəsinə yollandıq. Biz ön cəbhədə yer alan ordu korpuslarının birinin ehtiyat qüvvəsi idik. Yəni aktiv döyüşlərdə şəhid olanların və yaralanaraq döyüşdən kənarlaşdırılanların yerinə aktiv fazaya həmin tamamlama məntəqəsindən hərbi vəzifəyə uyğun transferlər olunurdu. Elə hərbi formanı da Göranboyda geyindik, 3 gün sonra Bərdəyə köçdük. Bərdəyə ilk raket düşəndə biz Olimpiya Kompleksində məskunlaşmışdıq. Məqsəd də həmin məntəqəni vurmaq idi. Daha sonra bölgü ilə Ağdama yollandıq. Ağdamdakı hərbi hissənin öz döyüş tapşırığı var idi. Bilirsiniz ki, hücum cənub və şimal cəbhələrindən həyata keçirilirdi. Ağdam isə müdafiədə dayanmışdı. Bizim qüvvələr digər istiqamətlərdə hücumu intensivləşdirdikcə, düşmən də məhz Ağdam istiqamətində müdafiəni yarmağa, əsas magistral yolları bağlamaqla Füzuli istiqamətinə hərəkəti məhdudlaşdırmağa, hətta hücumda olan qüvvələrimizi mühasirəyə almağa çalışırdı. Ağdamdakı briqadanın digər tapşırığı tez-tez hücum imitasiyası etmək idi. Bu da ona görə edilirdi ki, ermənilərin ən çox canlı qüvvəsi, hərbi texnikası məhz bu istiqamətdə cəmləşmiş, mühəndis istehkam qurğuları burada qurulmuşdu. Onlar müharibə başlayacağı təqdirdə hücumu Ağdamdan gözləyirdilər. Çünki Şuşaya ən qısa yol məhz buradan başlayırdı. Bizim taktiki qruplar bu istiqamətdə tez-tez hücum imitasiyası etməklə düşmənin digər cəbhələrə kömək məqsədilə istər canlı qüvvə, istərsə də hərbi texnika göndərməsinə, onlarda bu istiqamətdən hücum olmayacağına əminlik yaranmasına imkan vermirdi. Briqadamız az qüvvə ilə işinin öhdəsindən gəldi. Niyə az qüvvə? Çünki heyətin və texnikanın bir hissəsi digər istiqamətlərə köməyə getmişdi. Müdafiədə dayanmaq asan deyildi, 30 ilə yaxındır dayandığın məkanı qarşı tərəf yaxşı tanıyırdı, illərdir kəşfiyyat məlumatları filan.... Məsafəni o qədər dəqiq hesablayırdılar ki, hətta minamyotun mərmisini səngərin içinə atırdılar. Hər gün artilleriya, minamyot atəşi... Ölümün qoxusunu hər dəqiqə duyurdun, amma hər kəs qələbə haqda düşünürdü.

Müharibənin sonuna qədər Ağdamda oldum. Dekabrın 30-da isə tərxis olunaraq yenidən ehtiyata buraxıldım.

- Müharibə qan-qada, faciə deməkdir, hər şəhid bir qəhrəmandır, hər qazi bir tarixdir. Bir qazi kimi cəmiyyətin, dövlətin münasibətindən razısınızmı?

- Dost-tanışlarım sağ olsun, onların hörmətini, diqqətini-qayğısını hər zaman hiss edirəm. Yaxşı ki, onlar var...

- Məktəb vaxtı əllərini ürəklərinin üstünə qoyub "Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu" deyə himnimizi oxuyan uşaqlar böyüyüb qəhrəman oldular. O əsgərlərimizin qəhrəmanlığını ifadə etmək üçün bəlkə də kitablar bəs etməz, elə döyüş yoldaşlarınız oldumu ki, gözlərinin önündə şəhidlik zirvəsinə ucaldı? Onlar haqda nə deyərdiniz? Onların qəhrəmanlığını necə təsvir edərdiniz?

- Əslində, mənim də məktəb illərim müharibə dövrünə düşüb. Doğulub boya-başa çatdığım Tovuz rayonu Ermənistanla həmsərhəddir. Kəndimizə hər gün aramsız “Qrad”, “Alazan” mərmiləri düşürdü. Onsuz da ölkədə vəziyyət ağır idi, işıq, qaz yox idi, ərzağı talonla alırdıq – o da olanda… Bu azmış kimi, bir də taleyimizə günlərlə, bəzən həftələrlə zirzəmidə gecələmək yazılmışdı. Onlar da bilirdilər ki, sərhəd kəndlərdən mülki əhalinin böyük hissəsi arxa kəndlərə köçürülüb. Bizim kəndlə sərhəd arasında məsafə isə təxminən 10-12 km idi. Ona görə daha çox tələfat verməmiz üçün onlar bizim kəndi vururdular. Hətta atışma gedən günlərin birində sinif yoldaşımgilin (səhv etmirəmsə, 6-cı sinifdə oxuyurduq) evinə “Qrad” mərmisi düşdü və o şəhid oldu. Müharibənin nə demək olduğunu o illərdən bilirdik…Düzgün qeyd edirsiniz ki, vaxtilə məktəbdə tarix dərslərində müharibə haqda oxuyan gənclər Vətən savaşında qəhrəman oldular. O mənzərəni sözlə ifadə etməkdə, hissləri çatdırmaqda çətinlik çəkirəm. Amma döyüşmək uğrunda rəqabət apardıqlarını gördüm. Qorxmurdular, narahat olduqları məqam irəliyə getməməkləri ilə bağlı idi. Adicə taktiki qruplar yaradılanda könüllülük prinsipi əsasında seçilirdi əsgərlər. Heyətə düşməyənlər arasında uşaq kimi küsənlər də var idi. Yuxarıda qeyd etdiyim kimi, Ağdamda düşmən hücumunun qarşısını alırdı, plana görə hücum fazası sonra açılacaqdı...

Hüququndan keçməyə hazır olanların çoxluq təşkil etməsi məmləkətimin ən böyük sərvətidir. Bundan böyük dəyər, bundan böyük nemət ola bilməz. İnsan həyatından dəyərli heç nə ola bilməz. Amma insan oğlu, qızı könüllü olaraq ana Vətəni – torpağı üçün canından keçməyə, sağlamlığını itirməyə hazırdırsa, deməli, müstəqilliyimiz əbədidir! Eyni zamanda, onları da dəyərləndirmək, qayğısına qalmaq, onlara da etimad göstərmək lazımdır.

- Vətən müharibəsinin iki illiyidir. Əlbəttə, ağrı-acıları ilə yanaşı sinənənizə sığmayan böyük bir qürur daşıyırsınız. Qazandığımız qələbənin bir parçası olmaq nə deməkdir sizin üçün?

- Deməzdim ki, müharibəni ancaq əyninə hərbi forma geyinmiş əsgərlər qazandı. Xalq olaraq, birliyimizdən yaranan güc hesabına buna nail olduq. Adətən bizi ittiham edirdilər ki, birləşə bilmirik, birlik yarada bilmirik. Amma istər Tovuz, hələ ondan əvvəl də Aprel döyüşləri zamanı bunun şahidi olduq. Vətən müharibəsi zamanı isə artıq ön və arxa cəbhə anlayışı qalmamışdı. Biz Göranboydan Bərdəyə köçürüləndə mülki insanlar yolda dəfələrlə avtobusumuzu saxladıb, su, siqaret, qida, geyim və s. doldururdular. Yolboyu insalnalrın əl eləməsi, duaları, son tikəsini hərbçilərlə bölüşməsi…Unutmayacağım günlərdir. Həqiqətən də həmin anda qəribə hisslər keçirirdim. Yəni cəmi 2-3 ay əvvəl biz bunu Tovuzda edirdik, bu gün bizim üçün edirlər. Ona görə də qələbəmizi fərdiləşdirmək olmaz. Bu savaşı Azərbaycan xalqı qazandı. Əlbəttə, həmin müddətdə əynində hərbi forma olmaq, savaşa aparan hərəkatın üzvü olmaq qürurvericidir. Bir vaxtlar babalarımız bizə İkinci Dünya müharibəsi zamanı göstərdikləri sucaətdən danışırdılar. İndi zamanla Vətən müharibəsi haqda biz danışacağıq.

Allah şəhidlərimizə rəhmət eləsin, onlar ölümləri ilə ölümsüzləşməklə yanaşı, bu torpağı bizim üçün Vətən etdilər. Qazilərimizə isə sağlam və uzun ömür arzulayırıq. İnanıram ki, Azərbaycan var olduqca onların xidməti də hər zaman qürurla xatırlanacaq.

- Müharibədə yaşadıqlarınızın təsirindən xilas olmaq asan oldu?

- Səhv etmirəmsə, bu fikir almanlara məxsusdur: müharibəyə gedənlərin hamısı şəhid olur.

- Elə döyüşlər, elə hadisələr varmı ki, indi də onu yaddan çıxara bilmirsiz? Hətta onu yuxularda görürsüz?

- Orada yaşadığın hər saatın öz xatirəsi, yaratdığı hisslər var. Əlbəttə, elə çətin günlərdə baş verənləri, başına gələnləri heç vaxt unuda bilməz insan. Bir halda ki, ölümlə burun-burunasan. O günlərdə tanış olduğumuz, dostlaşdığımız insanlar var ki, bu gün də tez-tez zəngləşirik, görüşürük, xatirələri bölüşürük. Bir də müharibəyə yollandığımı hərbi hissədə qeydiyyata düşən zaman aşkar hiss etdim. Kadrlar idarəsində şəxsi məlumatları qeyd edir, əlaqə telefonu istəyirdilər. Başqa 2 yaxın qohumun nömrəsini də verməliydik. Səbəbini soruşdum, qeydiyyatı aparan MAXE dilləndi ki, müharibədir, ehtiyac olsa, yəni başına bir iş gəlsə, məlumat vermək üçün… Hara gəldiyimi onda anladım…   

- Hansı təltiflərə layiq görülmüsən?

- Prezidentin sərəncamı ilə “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.

- Müharibəyə getməsəydiniz özünüzü necə hiss edirsiniz?

- Müharibədə iştirak etməyim özü Allahın bir lütfü, qismətidir. Alnımıza yazılıbsa, başımıza gəlməlidir. Tovuz döyüşlərindən sonra sual verənlər var idi ki, səfərbərlikdə qeydiyyata düşmüsən? Deyirdim ki, mən hərbi mükələffiyətçi kimi zatən qeydiyyatdayam, zamanı çatanda özləri səsləyəcəklər. O zaman da sentyabrın 28-i oldu.

- Bayrağımız azad ərazilərdə dalğalananda hansı hisslər keçirirsiniz?

- Bir hadisə danışım. 2005-ci ildə oğlumun 1 yaşı olanda restoranda qeyd etdik. Mayın 5-dədir ad günü, həmin tarixdə boş zal tapa bilmədim, bir şadlıq evində mayın 8-də boş yer var idi. Razılaşdıq, deyilən tarixdə toplaşdıq, həmin gün xatırladım ki, böyük səhvə yol vermişəm. Əslində, işğal günləri ilə barışmırdım, amma axına qarşı da getmək olmaz. Mikrofonu götürdüm, hər kəsdən üzr istədim və kimsə özünü narahat hiss edirsə, gedə bilər, ondan inciməyəcəm, dedim. Amma onu da qeyd elədim ki, əmin olun o torpaqlar bizimdir, bizim olacaq. Şuşa azad olunanda sanki özümü dünyanın ən bəxtəvər insanı hesab edirdim. Həmin ad günü yadıma düşdü və sevindim ki, buna görə daha heç kim məni qınamayacaq. Əlbəttə, bizim olanın bizə qayıtması o yerlər üçün də xoşbəxtlikdir. Dilbər güşələrimizi hansı hala saldıqlarını görürük. Ağdamdan əsər-əlamət qalmayıb, daldalanmaq üçün bir koma belə yox idi ki, yağış yağanda ora sığınasan. Həmin yerlərin dili olsaydı, onlar nələr danışardı….

-  Müharibədə jurnalistliyiniz köməyinizə çatırdımı?

- Şəxsi heyətlə ünsiyyət zamanı bəli, münasibət qurmaq, müsbət ortam yaratmaq üçün işə yarayırdı. Amma ora hərbi qulluqçu kimi getmişdim, ona görə də nə smartfon telefonum, nə də fəaliyyət üçün hansısa əşyam var idi. Hərbiçi mundirini geydiyim an jurnalistika yaddan çıxdı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ